Zamanı sözlə danışdıran yazıçı .....                     Məşhur müğənnidən illər sonra gələn etiraf: .....                     Fransa Ermənistanı Rusiyanın əlindən .....                     Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub .....                     Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? .....                     Rusiya ləzgiləri taleyin ümidinə buraxdı .....                     Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… .....                     Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub .....                     Rektor TƏBİB-in keçmiş işçisinə vəzifə verdi .....                     Küçədə, həyətdə, evin qarşısında cərimə: .....                     Erməni səfir Moskvadan getdi .....                     “AzInTelecom”a baş direktor təyin edilib .....                     TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI... .....                     "Həsən Seyidbəylidən sonra Kinematoqrafçılar İttifaqı öldü" .....                     Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI... .....                     Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? .....                     Paşinyan Sarukyan və Karapetyan haqda: .....                     Səhiyyə Nazirliyi saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başladı .....                     Məşhur avtoritetin qatilləri .....                     Az yağış yağacağı ehtimalı var .....                     Sənət sosial şəbəkələrə UDUZUR? .....                     "ASAN Xidmət"dən getdi, yeni vəzifəyə təyin olundu .....                     İrəvan və Moskva açıq döyüşə keçdi: 102-ci baza hədəfdə .....                     Trampın Çin səfərindən nə gözlənilir? .....                     Putinin “pul kisəsi” Kiyevə təhvil verilərsə... .....                     “İTV”-nin Baş direktoru .....                     Laçın şəhərində yeni yaşayış məhəlləsi tikiləcək .....                     “Onu ittifaqdan uzaqlaşdırmazlar, çünki Şəfiqə Məmmədovanı heç bir kişi ilə...” .....                     Sevgilisini döyən şəxsi bıçaqlayana cəza verildi .....                     Əməkdar artistinin xanımı xəstəxanaya yerləşdirildi .....                     “Bakı Bulvarı” dondurmalarında zərərli qida əlavələri aşkarlandı .....                     Putin, Köçəryan və Karapetyanı məğlubiyyət gözləyir .....                     Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi .....                     Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu .....                     Bakıda küçədə quldurluq edən gənclərə hökm oxundu .....                     “Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? .....                     Moskva Güney Qafqazdan gözünü çəkmir .....                     “Lalə Dadaşova ailəmizi bir göz qırpımında dağıtdı, onu pis vərdişlərə qurşandırdılar” .....                     Anasına görə sahibkarı öldürən gənc: .....                     Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb .....                 

Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… - MÜSAHİBƏ
Tarix: Bu gün, 14:14 | Çap et

Budəfəki həmsöhbətimizlə siyasətdən uzaq mövzulardan danışdıq, özü də hər bir vətəndaşımızı bu və ya digər şəkildə maraqlandıra biləcək, yaxud narahat edən məsələlərdən... Milli Məclisin 12 may tarixli plenar iclasında “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Yeni qanun layihəsini təqdim edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev həm dəyişikliklərin məzmunu barədə Musavat.com-a geniş məlumatlar verdi, həm də Azərbaycanın qeyri-neft sektorunun inkişafını sürətləndirəcək məsələlərlə bağlı olduqca maraqlı faktları açıqladı, çıxış yollarını sadaladı.


- Tahir bəy, icazənizlə, söhbətimizə parlamentin müzakirəsinə çıxarılan dəyişikliklərdən başlayaq. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin əsas məğzi nədən ibarətdir?

- Bu dəyişikliklər ümumi yaşıllıqlara aid deyil. Qanun layihəsi ancaq əkin sahələrində, kənd təsərrüfatı təyinatlı torpaqlarda təsərrüfat fəaliyyətinə mane olan yaşıllıqların götürülməsi ilə əlaqədardır. Loru dildə desək, götürülməsi, məhv edilməsi ilə bağlıdır. Deyək ki, sahibkar pambıq əkib, amma bir-iki il əkməyib və həmin sahədə. Bir də görürsən burada kol-kos, yabanı bitkilər əmələ gəlib, qısa müddətdə artıb. Sahibkar orada şum apara bilmir, gəlib cərimələyirlər ki, yaşıllığı məhv edibsən. Yaxud orada suvarma keyfiyyətli getmir. Həmin sahədə traktorun işləməsi mümkün deyil. Belə olan halda məhsuldarlığa ziyan dəyir və sahibkar əlacsız qalır ki, nə etməlidir? Həmin kol-kosu götürəndə müəyyən cərimələr tətbiq olunur, çətinliklər ortaya çıxır, problemlər yaranır. Biz də məsələ qaldırdıq ki, belə hallar varsa, gəlib baxsınlar, həmin yaşıllıqlar götürülsün, sahibkar üçün imkan yaradılsın. Çünki suvarmada çiləmə texnologiyası tətbiq olunur, sahə mütləq düz olmalıdır. Sahələrdə lazer malalama gedir. Ərazi düz olmalıdır ki, normal səpin, biçin getsin. Yaşıllıqlar bu işlərə mane olursa, torpağın mülkiyyətçisi müvafiq icra orqanına sahənin ölçüsü, yaşıllıqların həcmi, sayı, boyu və özü haqqında məlumat verir. Tutaq ki, bir hektar ərazidə kol-kos, yaşıllıqlar var, əkinə mane olur, onu götürmək istəyirəm. Müvafiq icra orqanı da on gün müddətində müəyyən rəyini, iradını bildirməlidir. İrad bildirilmirsə, avtomatik o kol-koslar götürülür.

- Bu təşəbbüs kimdən gəldi?

- Keçən il deputat həmkarımız Azər Badamova və digərlərinə müraciətlər olmuşdu. Bir neçə dəfə bu məsələ qaldırılmışdı. Azər müəllim keçən il iclasda bildirdi ki, vətəndaşlar kol-kos basmış sahələrini əkə bilmədiklərindən şikayətlənirlər, cərimələrə məruz qalırlar. Ekologiyadan, Əmlak Komitəsindən, bələdiyyə, icra hakimiyyətindən də sorğu-suallar ola bilər. Ona görə də hörmətli sədrimiz Sahibə xanım tapşırıq verdi ki, Tahir müəllim, Azər müəllimlə birgə Əli Hüseynovla içki formatında müzakirələr aparıb, təkliflərinizi təqdim edərsiniz. Elə də oldu. Baxdıq ki, bu, reallıqdır və qanun layihəsi hazırladıq.

- Bu qanun işləyəcəkmi?

- Komitə müzakirələrində də eyni sual oldu. Niyə işləməsin axı? Bəzən görürsən ki, yolun qırağında, ya örüş sahəsində iri, qiymətli ağacdır, kimsə kəsmək istəyir, əlbəttə ki, bu, yolverilməzdir. Amma müəyyən yaşıllıq var, onu götürmək olar. Bu qanun layihəsi bizə hüquqi əsas verəcək. Əvvəl əsaslandırma yox idi. İndi hüquqi əsas verir ki, sənədlərini ver, əsaslandır, ondan sonra kol-kosu götür.

- Tahir bəy, Aqrar komitənin sədrisiniz. Torpağa, təsərrüfata, əkin-biçinə münasibətiniz necədir?

- Mənim özümün də pay torpağım var, o vaxt ailəm məktəbdə işləyirdi deyə, pay torpağı verilmişdi. İndiyədək oranı əkib-becəririk. Qardaşımın da əkin sahəsi, pay torpağı var.

- Hansı rayonda?

- Ağcabədidə.

- Nə əkirsiniz?

- Oğlum rayonda işləyir. Alça, xurma bağı var. Torpağın bir hissəsinə yonca əkir. Bank işçisi olmasına baxmayaraq, ağacları becərir. Qardaşım heyvan saxlayır.

- Maraqlı məlumatlar oldu.

- Vallah mən özüm rayona gedəndə əynimi soyunub, əkib-biçirəm. Düzdür, elə də böyük torpaq sahəsi deyil. Pay torpağıdır. Əmimin oğludur, bizim öz pay torpağımızdır, qardaşımızdır, birləşdiriblər. Orada bir az meyvə bağı salıblar. Oğlum da hər gün 6-dan sonra işdən çıxır, gedir bağa baxır.

- Məhsulunu neyləyirsiniz?

- Bazara çıxarırsınız?

- Keçən il bir az xurma oldu, gəlib yığdılar, götürüb apardılar. Bir də görürsən Moskvadan gəlirlər, müqavilə bağlayırlar.

- Nə qədər məhsulunuz oldu?

- Vallah elə də çox deyildi, bir maşın oldu. Amma xurma bağları olan sahibkarlar var ki, 50-60 ton məhsul götürür, 50-60 min manat qazanır. Gəlib alırlar, qablaşdırırlar, yığırlar maşına, pulunu verib, gedirlər.

- Deməli, Milli Məclisdən təqaüddə çıxanda alternativ fəaliyyət sahəsi var...

- Mən ömrüm boyu təsərrüfatın içində olmuşam belə. Komsomolda, İcraiyyə Komitəsinin sədri işləyəndə də, “raykom” katibi işləyəndə də bütün günüm təsərrüfatda olub. On iki yaşından bizdə rayon adamları pambığın, taxılın içində olurdu. Hətta traktor da sürmüşəm,

- Daha bir maraqlı fakt. Hansı traktoru sürürdünüz, DT-75-i?

- Bəli. Əkin traktoru var idi ha, onu.

- Neçə il sürmüsünüz?

- Peşə məktəbində öyrənmişəm və sürmüşəm. Amma sonradan əkinlə məşğul olmamışam. Sadəcə, təcrübə keçmişəm. Kənddə əkiin işləri aparırdıq.

- İndi də sürə bilərsiniz?

- Əlbəttə, sürərəm.

- Yəqin o illərdə əllə pambıq da yığmısınız, eləmi?

- Allah sənə kömək olsun. Niyə yığmamışam?

AZƏRTAC-ın direktoru Aslan Aslanov 1975-ci ildə jurnalistikanı qurtarıb, təyinaytla Ağcabədiyə gəlmişdi. Mən də “Sürət” qəzetində işləyirdim. Sentyabrın 1-də işə başlayacaqdı, bizi göndərdilər pambığa. Aslan Aslanovla fartuk bağlayıb yetmiş, səksən kilo pambıq yığırdıq ikimiz. Kilosu da beş qəpik idi. O vaxt bütün idarəçilərin aktivlərini pambığa aparırdılar. Biz gedirdik, alağa, pambığa kömək eləyirdik.

- Məktəb vaxtı da sizi pambığa aparıblar?

- Hə, məktəbli vaxtı da gedirdik. Beşinci sinifdən yuxarı uşaqları pambığa aparırdılar. Gedirdik, iyirmi kilo pambıq yığırdıq. Beş qəpikdən təhvil verirdik. Biz məktəblilər iki - üç yüz kilo pambığın pulunu alanda o qədər sevinirdik ki... Əlimizin zəhməti idi o. Sonrakı dövrdə idarədə işləyəndə də o vaxt “raykom”un birinci katibinin də, prokrorunun da sahədə alaq yeri var idi. Çünki ümumi təsərrüfat idi. Hamı işə gedirdi, ona görə də təsərrüfat müəyyən qədər inkişaf eləyirdi.

- Bu günlərdə çağırışlar edilir ki, quzular erkən yaşda kəsimə aparılmasın. Heyvandarlıqdakı azalma da narahatlıq doğurur. O vaxtlar heyvandarlıqla bağlı vəziyyət necə idi?

- Mən o təşəbbüsü burada bir neçə dəfə qaldırmışam ki, erkən kəsimin qarşısı alınmalıdır. Müəyyən yerlərdə bu qadağalar var. Bəziləri bunu bəyənməyiblər ki, “deputat deyir quzu əti yemə”. Bilirsiniz, üç milyon xırdabuynuzlu heyvan azalıb. Bir milyona yaxın iribuynuzlu azalıb. On milyondan altı milyon səkkiz yüz minə düşüb. Əhali sayı da artıb, tələbat da çoxalıb. İri heyvandarlıq təsərrüfatları yaranıb, onun hesabına müəyyən qədər kompensasiya edir. Ancaq əhalinin təsərrüfat saxlaması məsələsi var. Birinci, bu dəqiqə həyətlər boşdur, heyvan saxlamırlar. İkinci, yaxşı, yeddi-səkkiz kiloluq quzunu kəsmək olar? Mənim yadıma gəlir, biz qonaq gedərdik kəndə. Yaxın qohumun həyətində bir sürü heyvanı olardı, deyərdi get, o qoçu tut, kəs! Hardasa altı aydan aşağı quzuya dəyməzdilər. Heç vaxt! Mütləq o yetişməlidir...

- Həm də günah sayılırdı…

- Günah sayılırdı, ay sağ ol! Deyirdilər, onu kəsmə, günahdır. Ya bilirdilər ki, bir heyvanın qarnında bala var, heç vaxt onu kəsməzdilər.

- Çox qəribədir ki, indi qoç əti daha ucuz ət sayılır, nəinki quzu…

- İndi xarici ölkələrə baxın, orada ət yetişir, elə iribuynuzlu heyvan var ki, bir ton iki yüz kilo gəlir. Bizdə haradasa qırx-əlli kilokuq buzovu kəsirlər. Xaricdə onu yetişdirirlər, özü də o ət özünü tutanda daha dadlı olur.

- Bizdə yüz əlli kiloluq erkək dananı kəsəndə deyirlər bunun vaxtı keçib və ətini daha ucuz qiymətə hesablaylırlar.

- Bilirsən, onu bişirmək, istifadə edilmək qaydaları var axı. Bizdə ancaq kababdır, dolmadır. Xaricdə müxtəlif cür yeməklər hazırlayırlar ətdən. Onun sümüyünü də ayırırlar.

- Görünür kompleks maarifləndirmə lazımdır…

- İndi bizim Qida Təhlükəsizliyi Agentliyi bu barədə aksiya keçirir. Bir çoxları qoşulub bu aksiyaya ki, niyə belə olmalıdır? Heyvanlara belə münasibət olmaz. İkincisi də biz cinsi azaldırıq. Heyvan erkən kəsilirsə, cinsi kəsilir. Ağcabədidə Hacı Məmmədhüseynin yetişdirdiyi Qaradolaq qoyun cinsi olub. Qoyunun biri 70-80 kilo olurmuş.

- Uşaqlıqda eşidərdik ki, qoçların quyruğu yerlə sürünməsin deyə, balaca arabalar bağlayırmışlar…

- Bəli, elə qoçlar olub. Ayrı-ayrı cinslər olub. İndi onların nəsli kəsiləndən sonra biz hara gedəcəyik? Necə ki, Qarabağdakı məşhur Qaradolaq cinsini tapmaq mümkün deyil.

- Aqrar komitənin sədri olaraq nə təklif edirsiniz?

- Vallah, dəfələrlə deyilib. Bizim həm maarifləndirici rolumuz var, həm də izahedici. Amma adamlar bəzən bunu ayrı cür başa düşürlər.

- Axı, yerli məhsul həm də sağlam qidadır. Ölkəmizə gələn turistlər yeməklərimizin dadından doymur. Amma özümüz xaricdən ağız dadımıza yad olan qidaları ixrac edirik, yerli ənənələr, cinslər sıradan çıxır. Axı, Qarabağın azad edilməsi həm də təsərrüfat üçün əlavə imkanlar yaradıb. Elə deyilmi?

- İnsanlar o qədər tənbəlləşib. Mən orta məktəbdə oxuyanda…Atam maliyyə işçisi idi, bizim həyətimizdə heç olmasa on-on iki qoyun olurdu. Bir dənə də inəyimiz var idi. Gəlirdim məktəbdən, atam da işdən gəlirdi, tez kartof, qarpız, nə bilim heyva, alma qabığından doğrayırdı, aparıb tökürdü, bir az da arpa qatırdı, aparıb qoyunlara verirdi, sonra gedirdi işə. Bizə də deyirdi ki, oğul, gəlmisiniz, gedin, iki qardaş, hərəniz bir kisə ot biçin, gətirin. Biz yedirdik, hərəmiz bir kisə ot biçirdik, gətirirdik, onun birini axşam üçün ayırırdı, birini də səhərə saxlayırdıq. İndi mən baxıram, elə mənim qardaşımın təsərrüfatında ot qalxıb bir metrədək, amma biçib, götürən yoxdur. Yaxud biçirlər, yandırırlar, tullayırlar, amma qabaqlar otu əl-əl axtarırdılar. İndi hamı qaçır ki, gedim, preslənmiş yonca alım, gətirim, hazır olsun. Əslində orada bitən təbii ot daha keyfiyyətlidir, daha yaxşıdır. Hər birimizin qapısında tayamız olardı, o otdan götürüb heyvana verərdik. İndi kəndə gedirsən, baxırsan, görürsən heç nə yoxdur. Axışırlar şəhərə. Heyvan saxlayan yoxdur. Bir-iki dəfə kəndlərimizdə bu barədə danışdım, dedilər bizim qızlarımız inək sağa bilmir. Bu barədə danışandan sonra məni “atəş”ə tutdular ki, müəllim, inək sağmaq dövrü keçdi. Çıxdım televizora, dedim ay qızım, ay oğlum, bəs onda niyə ət istəyirsən, niyə süd istəyirsən, niyə qaymaq istəyirsən? O vaxt hamı heyvan saxlayırdı. İndi yoxdur. Yaxud kəndə gedirəm, böyük kəndlərdə bir hektar həyəti olan var, amma bir dənə ağacı, göy-göyərtisi də yoxdur. Yumurtanı gəlir, şəhərdən alırlar. Adamlar bir növ tənbəlləşirlər.

- Sizcə, səbəbi nədir?

- Çünki həyat şəraiti yaxşılaşır. Ona görə adamlar istəyirlər ki, haradansa hazırını əldə etsinlər. Ona görə də heyvan məhsulları, ətin qiyməti belə qalxır. Südün qiyməti də. Qalxar da. Əvvəllər kəndli qapısında toyuq, ördək, qaz, hind toyuğu saxlayırdı. Heç olmasa, beş dənə qoyun saxlayırdı. Mən öz həyətimizdə görmüşəm. Yenə deyirəm, rəhmətlik atam görürdün, ayda bir dəfə qoyun kəsirdi, iyirmi beş kilo əti olurdu. Onun yarısını evə qoyurdu ki, bu, uşaqlar üçündür. Yarısını da aparırdı qəssaba verirdi. Ətin kilosu 3 manat 40 qəpik idi. O ətin pulunu alırdı, gedib yem alırdı, “jımıx”, çiyid alırdı. Gətirirdi, deyirdi ki, “qoy heyvanlar yesinlər, bu da onların payıdır”. Heyvanlar elə böyüyürdülər.

- Tahir bəy, deyəsən, ətli yeməklərə üstünlük verirsiniz, eləmi?

- Deyirlər Azərbaycanda ətdən çox istifadə olunur. Amma orta səviyyədə biz ət istifadə edirik. Hər il adambaşına 45 kilo ət düşür. Amma ən çox ət yeyilir Amerikadır. Bizdən bir dəfə yarımdan çox, altmış kilo, səksən kilo ət yeyirlər. Bizdə bu ət məhsullarının istifadə edilməsi bir az problemlidir, çoxçeşidli deyil. Elə ölkələr var ki, ət məhsullarından çoxçeşidli məhsullar, yeməklər hazırlayırlar.

- Deməli, zəngin mətbəximiz olması fikri ilə razı deyilsiniz?

- Nə zəngindir? Bizim mətbəximizdə dolmadır, bozbaşdır, lülə kababdır...Bundan başqa hansı var? Amma baxırsan, görürsən, xaricdə elə yeməklər hazırlayırlar ki... Xəmir xörəkləri, makarondan hazırlanan yeməklər. Biz daha çox əti qabardırıq, amma orada qarışdırırlar. Bu, həm də kompensasiya edir, ağırlıq yaratmır. Bir var, iki kilo əti gətirirsən, kabab çəkib yeyirsən. Bir də var, iki kilo ətin böyrünə iki kiloqram məhsul qatırsan, sonra bir az göy əti qatırsan, bunun böyüyünə kartof, badımcan, pomidor doğrayırsansan. Həmin iki kilo ətlə iyirmi adamı yola salmaq olar. Bir də var, dörd kilonu kabab çəkirsən, dörd adam yeyir, çıxır gedir...

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Bu gün, 14:56
Məşhur müğənnidən illər sonra gələn etiraf: - "Hamı sözü bir yerə qoymuşdu ki..."
Bu gün, 14:34
Fransa Ermənistanı Rusiyanın əlindən SİLAHLA QOPARIR
Bu gün, 14:31
Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub - ƏMR
Bu gün, 14:29
Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? - TƏFƏRRÜAT
Bu gün, 14:21
Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - “The Central Asia-Caucasus Analyst”
Bu gün, 14:19
Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… - MÜSAHİBƏ
Bu gün, 14:14
Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub - ADLAR
Bu gün, 13:48
Rektor TƏBİB-in keçmiş işçisinə vəzifə verdi - FOTO
Bu gün, 13:08
Küçədə, həyətdə, evin qarşısında cərimə: - “Qadağadırsa, bəs maşını hara saxlayaq?”
Bu gün, 13:04
Erməni səfir Moskvadan getdi – Nə baş verir?
Bu gün, 13:01
“AzInTelecom”a baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:59
TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI... - AXI NİYƏ?..
Bu gün, 12:58
"Həsən Seyidbəylidən sonra Kinematoqrafçılar İttifaqı öldü" - Ayaz Salayev
Bu gün, 12:51
Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 12:44
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Bu gün, 12:38
Paşinyan Sarukyan və Karapetyan haqda: - Biri oğlunu Belarusa qaçırıb, digəri oğrudur
Bu gün, 12:35
Səhiyyə Nazirliyi saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başladı
Bu gün, 12:25
Məşhur avtoritetin qatilləri Rusiyaya qarşı müharibəyə qoşuldu
Bu gün, 12:22
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:20
Sənət sosial şəbəkələrə UDUZUR? - “Biabırçı bir şeylə də məşhurlaşmaq olar”
Bu gün, 12:18
"ASAN Xidmət"dən getdi, yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 12:13
İrəvan və Moskva açıq döyüşə keçdi: 102-ci baza hədəfdə - TƏFƏRRÜAT
Bu gün, 12:09
Trampın Çin səfərindən nə gözlənilir? Görünəni odur ki...
Bu gün, 12:07
Putinin “pul kisəsi” Kiyevə təhvil verilərsə... - Qərb necə reaksiya verəcək?
Bu gün, 12:04
“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?
Bu gün, 12:03
Laçın şəhərində yeni yaşayış məhəlləsi tikiləcək – 41 milyon manat ayrıldı
Bu gün, 11:56
“Onu ittifaqdan uzaqlaşdırmazlar, çünki Şəfiqə Məmmədovanı heç bir kişi ilə...” - Xalq artistindən ETİRAF
Bu gün, 11:54
Sevgilisini döyən şəxsi bıçaqlayana cəza verildi
Bu gün, 11:45
Əməkdar artistinin xanımı xəstəxanaya yerləşdirildi
Bu gün, 11:43
“Bakı Bulvarı” dondurmalarında zərərli qida əlavələri aşkarlandı – DİQQƏTLİ OLUN! (Foto)
Bu gün, 11:42
Putin, Köçəryan və Karapetyanı məğlubiyyət gözləyir - Badalyan
Bu gün, 11:26
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi - QƏRAR
Bu gün, 11:18
Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?
Bu gün, 11:02
Bakıda küçədə quldurluq edən gənclərə hökm oxundu
Bu gün, 10:56
“Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:54
Moskva Güney Qafqazdan gözünü çəkmir - “Azərbaycanla da...”
Bu gün, 10:50
“Lalə Dadaşova ailəmizi bir göz qırpımında dağıtdı, onu pis vərdişlərə qurşandırdılar” - Elçin Cəlilovun qızı İLK DƏFƏ danışdı
Bu gün, 10:49
Anasına görə sahibkarı öldürən gənc: - “Təsadüfən “WhatsApp” yazışmalarını gördüm...”
Bu gün, 10:46
Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb - KİV
Bu gün, 10:44
Naxçıvan Dövlət Universitetində rüşvət verməyə imkanı olmayan tələbələr üçün “NİSYƏ DƏFTƏRİ” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:37
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçir
Bu gün, 10:34
“NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:30
“Kontakt Home” müştəriyə fırıldaq gəldi... MƏHKƏMƏ CƏZALANDIRDI! - Zənn edirlər ki, dərəbəylikdir?
Bu gün, 10:17
"BYD": SİRLİ UĞUR VƏ GÖZLƏNILƏN ÇÖKÜŞ... - Azərbaycan bazarını da tutan bu Çin markasını nə gözləyir?
Bu gün, 10:14
Rusiyanın 102-ci hərbi bazası Ermənistanın daxili işlərinə necə müdaxilə edir?.. - DETALLAR
Bu gün, 10:11
Əmisi oğlunu onun arvadı ilə bağlı xoşagəlməz söz dediyinə görə bıçaqladı – MƏHKƏMƏ
Bu gün, 10:09
Ermənistandan sərt açıqlama: Putinə dərs verməliyik - KİV
Bu gün, 10:04
“Azərmetalinvest” şirkəti 2025-ci ilin mənfəətini bölüşdürəcək
Bu gün, 10:02
Xarici dövlət borcu strateji valyuta ehtiyatlarının 5,3 faizini təşkil edir - DETALLAR
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru