UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                 

Trampın Çin səfərindən nə gözlənilir? Görünəni odur ki...
Tarix: 13-05-2026, 12:07 | Çap et

Sabah ABŞ Prezidenti Donald Trampın ən böyük rəqibi olaraq gördüyü Çinə səfəri başlayır. İki gün davam edəcəyi bildirilən səfərdə İran məsələsinin də müzakirə olunacağı gözlənilir. Bəs Si-Tramp görüşü İran məsələsinin diplomatik yolla həllində önəmli rol oynaya bilərmi?
Qısaca cavab versək, xeyr. Məsələ burasındadır ki, İran probleminə bu iki dövlət bir-birindən tamamilə fərqli aspektlərdən yanaşırlar. Ən əsası isə, ABŞ təkcə İranı deyil, həm də Çinin idxal etdiyi neftin yarısından çoxunu aldığı Fars körfəzini əlində saxlamadan qlobal rəqabətdə Pekinlə bacara bilməyəcəyinə anlayır. Belə ki, dünyanın alternativ enerji mənbəyi sayılan nadir torpaq elementlərinin 60%-i, hasil olunan ehtiyatlarının isə 90%-i Çinin əlindədir. ABŞ-ın da bu təbii sərvətlərə böyük ehtiyacı var. Çinin öz fosil yanacaq ehtiyatının əksəriyyətini aldığı Fars körfəzinə çıxış sərbəst olarsa, dünyanın bütün enerji qaynaqları Pekinin nəzarətinə keçə bilər. Trampın bununla razılaşması mümkün deyil və odur ki, ABŞ Fars körfəzinə tam nəzarəti təmin edib yalnız nadir torpaq elementləri məsələsində Çinlə rəqabət aparmaq istəyir.
Əslində Çinin də ABŞ-ın bu iradəsi ilə razılaşmaqdan başqa çarəsi yoxdur, əks halda Çin ABŞ-la müharibəni gözə almalıdır. Çünki bu baş verərsə, həm mövcud, həm də potensial enerji mənbələrinin önəmli hissəsini ya öz əlində cəmləşdirən, ya da ona sərbəst çıxış imkanı qazanan Çin yaxın zamanlarda dünyanın əsas super gücünə çevrilə və ABŞ hegemoniyasına son qoya bilər.
Məhz bu səbəbdən də sabah Si Çinpinqlə Donald Tramp arasında başlayan danışıqlarda Tayvan məsələsinin ön plana çıxacağına inanıram. Məlumdur ki, Tayvanı özünün ərazi bütövlüyü daxilində görən Çin ABŞ-ın bu ada ilə siyasi əlaqələrindən narahatdır. Vaşinqton guya, Tayvanı Çinin ərazisi olaraq tanısa da, onu silahlandırmağı da dayandırmır. Xüsusilə Tramp hakimiyyətə gələndən sonra ABŞ bu adaya indiyədək ən iri məbləğli silah satışını reallaşdırdı – 11.1 milyard dollarlıq. Çinlə Tayvan arasında müəmmalı ələqlər bununla da bitmədi, 8 may 2026-cı il tarixində Tayvan parlamenti yeni qanun qəbul etdi. Qanun 2033-cü ilə qədər ABŞ-dan 25 milyard dollar dəyərində silah sistemlərinin alınmasını nəzərdə tutur. Sözsüz ki, Trampın Çinə səfəri ərəfəsində Pekinin əsəblərini tarıma çəkən bu addımların atılması təsadüfi deyil. ABŞ Prezidenti səfərdən əvvəl ikitərəfli münasibətləri qəsdən gərginləşdirərək müzakirələr masasında əlində güclü kozırlarla oturmaq istəyir.
Üstəlik, Tayvanla Çin arasında ixtilafları qəsdən körükləmək Trampın MAGA ("Make America Great Again" (Amerikanı Yenidən Böyük Et)) strategiyasına da uyğundur. Sirr deyil ki, Tramp özündən əvvəlki hakimiyyətlər zamanı ucuz işçi qüvvəsi səbəbindən xaricə axan ABŞ kapitalını geri gətirməyə çalışır. Hətta bu məqsədlə idxal məhsullara ağır gömrük rüsumları qoyub xaricdə istehsalla məşğul olan ABŞ şirkətlərini öz ölkələrinə investisiya qoymağa çağırıb.
ABŞ sərmayəsinin dirçəltdiyi Tayvan da onun gözündən yayınmayıb. Bu ilin yanvar ayında ada yarım-dövləti ilə bağlanan müqavilələrə əsasən, Tayvandan ABŞ-a 250 milyard dollarlıq investisiya qoyulacağı təqdirdə, Tramp hakimiyyəti bu diyarın məhsullarına gömrük rüsumunu 20%-dən 15%-ə endirəcək. Tayvanın dünyanın ən qabaqcıl mikrocip istehsalçısı olduğunu nəzərə alsaq, ABŞ-ın ondan umduğu investisiyaların hansı istiqamətə yönələcəyini də təxmin etmək mümkündür. Dünyanın yeni enerji mənbələrinə keçdiyi indiki zamanda dünyanın ən qabaqcıl mikrocip istehsalçısı olan Tayvanın yarımkeçirici mühəndisliyi sərmayəsinin ABŞ-a axması Tramp hakimiyyətinin qazana biləcəyi ən böyük uğur olardı.
Sözsüz ki, Tayvanla Çin arasında münasibətlərin gərginləşməsi bu adadakı ABŞ mərkəzli sərmayələrin yenidən okeanın o tayına sığınmasına kömək edə bilər. Görünür, bu səbəbdən də Tramp İranı öz gücüylə, Körfəz ərəblərini İranın, Tayvanı isə Çinlə qorxutmaqda maraqlıdır. Məqsəd həm də körfəz nefti müqabilində Çin yarıkeçiciləri və nadir torpaq elementləri kozırlarını Pekinlə paylaşmaqdır.
Bununla belə, Çinin Tayvanı ələ keçirmək siyasəti ilə ABŞ-ın nə zamansa razılaşacağına da inanmıram. Bu ilk növbədə ABŞ-ın II Dünya müharibəsindən sonra Sakit Okeanda qurub həyata keçirdiyi Birinci Adalar Zinciri strategiyası ilə əlaqəlidir.
Birinci Adalar Zinciri nədir?
Bu strategiya Rusiya və Çinin qarşısındakı ada dövlətləri üzərindən təbii dəniz istehkamları qurmağa hesablanıb. Düzdür, Kuril adalarını ələ keçirməklə Rusiya öz ətrafında qurulmuş həmin istehkamı yarıb, amma Çin üçün hələ də bu əngəllər qalmaqdadır. Xəritəyə də diqqətlə baxsanız Yaponiyadan başlayaraq, Cənubi Koreyanın bəzi adalarını adlayaraq Tayvana, ordan isə Filippinlərə və Malayziyanın qərb sahillərinə qədər uzanan bu istehkam faktiki olaraq Çinin Sakit okeana çıxmasını və ordan Hind okeanına keçməsini əngəlləyir. Tayvan da bu təbii dəniz istehkamlarında açar coğrafiyalardan sayılır. Ada yenidən Çinin əlinə keçərsə, ABŞ-ın qurduğu bu istehkam pozular və dünya dəniz ticarətinin ən hərəkətli sahəsi ən böyük rəqibinin üzünə açılar. Bu mənada bəzi analitiklərin düşündüyünün əksinə olaraq, ABŞ İran qarşılığında Tayvanı güzəştə getməz. Ən azı o səbəbdən ki, Çin qarşısındakı bu əngəli ortadan qaldırarsa, onun imkişaf sürətinə çata bilməz və nəticədə dünya hegemonluğunu Sakit okeanın dərin sularında qərq olması ilə üzləşər.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Trampın Çin səfəri asan keçməyəcək. Amma bu, iki nəhəng arasında böyük ixtilaflara da çevrilməyəcək. Çünki, ABŞ-la Çin ən böyük ticarət ortaqlarıdır və dünyanın indiki çeşməkeşli dövründə heç bir dövlət ən böyük ticarət ortağını itirmək istəməz. İki nəhəngin anlaşa biləcəyi ortaq strategiya isə fosil yanacaqla alternativ enerji mənbələri üzərində nəzarəti bölüşmək ola bilər. Yəqin ki, Çinin nadir torpaq elementləri üzərində hegemoniyası ilə ABŞ, ABŞ-ın neft və qaz hegemoniyası iləə isə Çin razılaşmalı olacaq. Hər iki tərəfin bir-birindən asılılığı heç birinin digərinə embarqo tətbiq etməməsi üçün də vacibdir.
Müəllif: Heydər Oğuz - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Bu gün, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Bu gün, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Bu gün, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Bu gün, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Bu gün, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Bu gün, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Bu gün, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Bu gün, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Bu gün, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Bu gün, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Bu gün, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Bu gün, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Bu gün, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Bu gün, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Bu gün, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Bu gün, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru