Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                 

Eminə telefon verib, Azərbaycanın üstünə göndərən kimlərdir? – Xüsusi əməliyyat: kod adı “demokratiya”
Tarix: 18-02-2026, 12:12 | Çap et

Hədəf və məqsəd bəllidir: Azərbaycanın qlobal məkanda apardığı uğurlu siyasətdən diqqəti yayındırmaq, gündəmi dəyişmək. Qismən buna nail olurlar. Ucuz, primitiv və qara PR müəyyən qədər “nəticə” verir. Bu, işəyaramaz adamların əlində ölkəmizə qarşı silaha çevrilir, təəssüf ki.

Biz ölkəmizə, vətəndaşımıza tuşlanan silahları, o silahı tutan əlləri çoxdan qırıb atmışıq. Erməni separatizmi tarixin zibilliyinə gömülüb. Separatizmin tabutuna sonuncu mismar isə fevralın 17-də Bakı Hərbi Məhkəməsində vuruldu! Separatizmin “xaç atasına” çevrilmək istəyən Ruben Vardanyan haqda 20 illik həbs qərarı verildi. Ondan əvvəl isə məhkəmənin hökmü ilə digər separatçılar ağır cəzalara məhkum edildilər.

Vardanyandan böyük erməni olmaq istəyənlər

Amma bir başqa separatizmlə, düşmənçiliklə üz-üzəyik. Xaricdə məskunlaşan və mənəvi-psixoloji terrorla, ölkəmizə qarşı informasiya təxribatı ilə məşğul olan məlum dəstə sanki Ruben Vardanyanın, Arayik Arutyunyanın, Arkadi Qukasyanın, Bako Saakyanın, David Babayanın, David İşxanyanın, eləcə də digər separatçıların qisasını alır. Hər gün əxlaq, mənəviyyat terroru ilə məşğuldurlar. Dayanmırlar. Mühiti elə murdarlayırlar ki, təmizləmək vaxt alacaq. Amma onların səsinin kəsiləcəyinə, qanun qarşısında cavab verəcəklərinə əsla şübhə yoxdur! Vardanyandan böyük erməni olası deyillər hər halda…

Güllə kimi cavab

Münxendəki rəzaləti hər kəs gördü. Orada Azərbaycanın növbəti mərhələsinin xarici siyasət arxitekturası qurulurdu. Ölkənin gələcəyinə dair mühüm addımlar atılırdı. İlham Əliyev Azərbaycanın geopolitik vizyonunu növbəti dəfə beynəlxalq podiumda təqdim edirdi. Ermənistanla imzalanacaq sülh sazişinin şərtlərini, detallarını açıqlayırdı. Prezident panel müzakirələrdə önəmli çıxışlarla vacib mesajlar verirdi.

Dövlət başçısı “France24” kanalına müsahibəsində də mühüm fikirlər səsləndirdi. Müxbirin Bakıda barələrində hökm çıxarılmış separatçıların gələcək taleləri haqda qərəzli sualına şillə kimi cavab verdi. O cavab həm də separatçıların Qərbdəki dəstəkçilərinə ünvanlanmışdı.

“Soyuq duş” effekti

Paraleldə isə bir azərbaycanlı bütün bunları arxa plana atmaq üçün dəridən qabıqdan çıxırdı. Söhbət Emin Hüseynovdan gedir. Əlində telefon, jurnalist kimliyi ilə Münxen küçələrində sağa-sola qaçırdı. Gah Prezident İlham Əliyevə sual verməyə çalışır, gah prezidentin köməkçisi Hikmət Hacıyevə yaxınlaşmaq istəyirdi. İlham Əliyevin cavabı “soyuq duş” effekti yaratdı. “Müstəqil mətbuat yoxdur dünyada” sözü Eminin sahiblərinə, anti-Azərbaycan dairələrə göndərilən sərt ismarış kimi dəyərləndirilə bilər.

Çirkin və düşməncə missiya

İlham Əliyev dünyanın “müstəqil mətbuatını” yaxşı tanıyır. Onlara bələddir. 44 günlük müharibə vaxtı 30-a yaxın beynəlxalq mediaya müsahibə verib Azərbaycan Prezidenti. O media orqanlarının qərəzli suallarını, ədalətsiz yanaşmalarını Azərbaycan xalqı yeddidən yetmişə görüb, eşidib. İlham Əliyevin cavabları isə ictimaiyyətdə böyük rəğbətlə qarşılanırdı. Müharibə vaxtı Prezident Əliyev yalnız Silahlı Qüvvələrin Ali Baş komandanı deyildi, həm də informasiya cəbhəsinin Ali Baş Komandanı funksiyasını icra edirdi. Beynəlxalq media adı ilə kamuflyaj olunmuş şəbəkə son çırpıntılarını “France24” kanalının müxbirinin timsalında etdi, İlham Əliyev tərəfindən dərhal cavabını aldı.

WhatsApp Image 2026 02 18 at 11.38.17

(Prezident İlham Əliyev “France 24”-ə müsahibə verir)

Hər kəs yaxşı bilir ki, Eminin dərdi demokratiya və söz azadlığı deyil. O, çirkin və Azərbaycana münasibətdə düşməncə bir missiyanı yerinə yetirir. Vəssalam! Azad mətbuat, demokratiya isə çirkinliyi ört-basdır etmək üçün istifadə olunan kosmetik vasitədir.

Hüseynovlar necə təkərə düşdü?

Birinci vitse-prezident Mehriban Əliyevanın ona cavabı isə mahiyyətin açılması, hətta deyərdim, nöqtə zərbəsi sayıla bilər. Mehriban xanım elə bir diplomatik gediş edib ki, Hüseynov qardaşları 3 gündür izahat verirlər ki, Emin qadın paltarında səfirlikdə gizlənməyib. Bu izahlar, açıqlamalar mahiyyəti dəyişmir… Emin özünün rəzalətini ört-basdır etmək üçün dünən axşam açdığı canlı proqramda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü belə təhqir etməkdən çəkinməyib.

Xüsusi xidmət – xüsusi xislət

Emin və Mehman Hüseynov qardaşlarının xarici xüsusi xidmət orqanlarına çalışdıqları haqda iddialar yeni deyil. Bu iddialar zaman-zaman səsləndirilir, yazılır. Xarici xüsusi xidmətə çalışmaq Vətənə xəyanətdir. Sən hakimiyyətə müxalif olmaq adı altında Azərbaycanın maraq və mənafeyini zərbə altına salırsansa, ölkənin gündəmini, hədəfini dəyişməyə çalışırsansa, mahiyyətini çılpaqlığı ilə açıb ortaya qoyursan. Bu həm də xüsusi xislət məsələsidir.

300 min avroluq “monitorinq”

Emin Hüseynov Münxendəki missiyasını “uğurla” başa vurduqdan sonra nəyə nail olacaq? Hansı mükafatı alacaq? Qərb fondlarından yenə yüksək məbləğdə qrant əldə edə biləcək? Xatırladaq ki, E.Hüseynov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri kimi Bakıda yaşadığı vaxtlarda xarici donorlardan fantastik məbləğdə qrantlar alıb. Məsələn, təxminən 15 il öncə o, 300 min avroluq layihə keçirmişdi. Bu layihənin bir məqsədi vardı: yerli telekanalların monitorinqi. Belə bəsit işə görə Soros Fondu adama niyə 300 min avro versin? O qrant layihəsi ilə Münxen küçələrindəki hərəkəti arasında əlaqə var. Onu neçə illərdir boşuna bəsləmir xaricdəki sahibləri. Vaxtı gələndə əlinə telefon verib, küçələrə salırlar. “Get İlham Əliyevə bu sualları ver”, “Azərbaycanın gündəmini dəyiş” deyib, təlimatlandırırlar.

Emin Hüseynov sözügedən 300 minlik layihəyə gənc xanım jurnalistləri cəlb etmişdi. Axırda da onlara vəd etdiyi qonorarı verməkdən yayındı. Böyük qalmaqal düşdü. Qarşılıqlı ittihamlar səsləndirildi.

Paketdən yeni açılmış isim

İki gün öncə Globalinfo.az-ın müxbiri fəaliyyəti dayandırılmış “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevdən Emin Hüseynov haqda açıqlama almışdı. E.Hüseynov vaxtilə o agentlikdə çalışıb. Sonralar elə Mehman Əliyevin yaxından dəstəyi ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı təşkilat yaratdı. Eminin hüquq müdafiəçisinə çevrilməsi gözlərimizin önündə baş verib. O vaxt bir boşluq yaranmışdı. Boşluğu doldurmaq üçün isə “paketdən yeni açılmış” ada, personaya ehtiyac vardı. O “vakuumu” Eminlə doldurdular. O da üzərinə qoyulan rolu məharətlə oynayırdı.

Həvəskar fotoqraflıqdan “fədakar” jurnalistliyə

Mehman Əliyev əməkdaşımıza açıqlamasında iki mühüm məqama toxunub. Birincisi, etiraf edib ki, Eminin jurnalist keçmişi, fəaliyyəti olmayıb. M.Əliyev burda həqiqəti deyib. Emin Hüseynov daha çox həvəskar fotoqraf kimi “Turan”la əməkdaşlıq edirdi. Parlaq media fəaliyyətinə rast gəlinməyib. Qardaşı Mehman Hüseynov da həvəskar fotoqraf qardaşının yanında gəzir, maraq dolu baxışlarla ətrafı seyr edirdi… Bunu o dövrdə mediada çalışmış istənilən həmkarımız təsdiqləyə bilər.

WhatsApp Image 2026 02 18 at 11.01.50

Mehman Hüseynov və Emin Hüseynov

2003-cü ilin 16 oktyabrında Azadlıq meydanında iğtişaşlar zamanı qarışıqlıqda Eminə də bir-iki “dubinka” dəymişdi. Belə hadisələr istənilən ölkədə yaşanır. Bunu xüsusi qabartmaq, böyütmək bəlli məqsədə xidmət edir. Emin Hüseynov 2003-cü il hadisələrinə görə həbs edilən müxalifət rəhbərlərinin məhkəmə prosesində şahid kimi iştirak edirdi. Bu da kifayət qədər maraqlı epizoddur…

Səfirliklərə ötürülən xüsusi bülletenlər

Mehman Əliyevin növbəti etirafı isə “Turan” məktəbi haqdadır. Deyib ki, bu məktəbdə çox jurnalist, redaktor yetişib. Xeyli dərəcədə mübahisəli fikir olsa da, Mehman bəyin bu sözlərinə dözümlü yanaşırıq. “Turan” daha çox siyasi-iqtisadi və politoloji analitika ilə məşğul olurdu. Bir neçə səfirlik, xarici şirkət “Turan”ın abunəçisi idi – gündəlik informasiya bülleteni satırdı agentlik onlara. Bir növ, kəşfiyyat xidməti funksiyası yerinə yetirilirdi. Əslində “Turan” da xarici qrantlarla bəslənən bir media olub. Amma göründüyü kimi, o “məktəbdən” sağlam ruhda olmayan “şagirdlər” də çıxıb. Hazırda xaricə sığınıb ölkəsinin maraqlarına qarşı düşmənçilik edən iki nəfər – Emin və Mehman Hüseynovlar Mehman Əliyevin “məktəb” adlandırdığı o agentliyin yetirmələridir. 44 günlük müharibə vaxtı Emin Hüseynovun göstərdiyi “performans” isə heç vaxt unudulmur. Ordumuza, dövlətimizə qarşı elə mövqe tutmuşdu, bəlkə Araik Arutyunyan belə etmirdi.

Məncə, hər gün əxlaq terroru ilə məşğul olan, xarici xüsusi xidmət orqanları ilə adı hallanan, başqa ölkənin diplomatları ilə şübhəli münasibətlər quran, ən kritik vəziyyətlərdə Azərbaycana dönüklük edən “məzunlarla” fəxr edilməməlidir. Belə “yetirmələrə” görə cəmiyyətdən üzrxahlıq etmək daha kübar hərəkət sayılar…


Globalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru