Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir? .....                     Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! .....                     Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı .....                     “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” .....                     Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı .....                     “Zeynəb Xanlarova toylara getməyib, .....                     Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı .....                     Paşinyan onu Azərbaycana verəcəkmi? .....                     Bakının mərkəzində SU ÇİLƏSİ... .....                     "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" .....                     Əməkdar artist fotosessiyasını paylaşdı və... .....                     Putinin tənqidçisi GÜLLƏLƏNDİ .....                     Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                     "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" .....                     Üç ayda İrandan min tondan çox forel gətirilib .....                     Tibb şirkətinin dövlətə vergi borcu yarandı .....                     Naxçıvanda idarəetmə problemi... .....                     Bu təhsil binası heç oynamalı halda deyil .....                     Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! .....                     “Həmkarlar”ın etiraz doğuran turpaketi... .....                     Bakının 9 rayonunda bu binalar sökülür .....                     Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                 

Bakıda ilginc benzin fırıldağı - “Saray Petrol” Yanacaqdoldurma Məntəqəsi sürücülərdən yanacaq oğurlayır - FIRILDAQ
Tarix: 16-05-2014, 15:05 | Çap et
Bakıda ilginc benzin fırıldağı - “Saray Petrol” Yanacaqdoldurma Məntəqəsi sürücülərdən yanacaq oğurlayır
Azərbaycanda yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı bir neçə fakt ictimaiyyətə açıqlanıb. Artıq bəzi yanacaqdoldurma məntəqələrində bu proses adi hala çevrilib. Əvvəllər bəzi məntəqələrdə hər 30-40 litr yanacaq satarkən 0,5-1litr yanacaq az vurulurdusa, indi bu rəqəm daha da artıb. Mayın 13-də bu cür hadisə ilə özüm rastlaşdım. Daha doğrusu bu hadisə ilə bir neçə dəfə rastlaşsam da, özümü yanılmış hesab etdiyimdən yanacaqdoldurma məntəqəsindən tələb etmirdim. Bu dəfə isə yoxladım və həqiqətən də məntəqədə yanacaq oğurluğunun şahidi oldum.

Söhbət Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray Petrol” yanacaqdoldurma məntəqəsindən gedir. Bu məntəqədə hər sürücü aldadılır, onun aldığı yanacaq avtomobilə az vurulur, alınan yanacaq verilən pulun dəyərindən 2-3 litr az olur. Bu barədə bir az sonra danışacam. Hələlik isə yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ərazinin təhlükə mənbəyi olması barədə. Bu məntəqə təxminən 3-4 il əvvəl həmin ərazidə məcburi tikilib. “Saray Petrol” Saray qəsəbəsinin Sumqayıt şəhərindən girişində, yaşayış məntəqəsinə bitişik inşa olunub. Yanacaqdoldurma məntəqəsinin arxa divarı Saray sakininin evinə, sag hissəsində yerləşən yanacaq çənləri isə kafeyə bitişikdir. Nəzərə alsaq ki, kafe daim fəaliyyətdədir və buranın kifayət qədər müştəriləri var, məntəqənin burda yerləşməsi olduqca təhlükəlidir. Yəni, “Saray Petrol”da baş verəcək hər hansısa partlayış və digər hadisə nəticəsində həm kafe və oradakı müştərilər, həm də qəsəbədəki 10-dan artıq ev real təhlükədə olacaq. Yəni məntəqədəki partlayış ən azından Saray qəsəbəsində 10-dan artıq yaşayış evi və obyektdə faciə ilə nəticələnəcək. Amma, buna heç kim məhəl qoymur, yanacaqdoldurma məntəqəsi hansısa sözükeçən məmurun “səyi” nəticəsində burdada tikilib. Sakinlər deyirlər ki, həmin məntəqə inşa olunanda ərazidəki sakinlər, saraylılar etiraz ediblər. Hətta həmin vaxt ərazidən keçən yol sakinlər tərəfindən bağlanıb da. Lakin, məntəqə rəhbərinin yüksək çinli məmurla dost olması və onu özünə himayədar tutması sakinlərin səslərinin kəsməsi ilə nəticələnib. Necə deyərlər, Saray sakinləri müxtəlif təzyiqlərlə susdurulub. Nəticədə məmurların təpkisi ilə Saray sakinlərinin yaşadığı ərazi real təhlükə mənbəyinə çevrilib. İndi Saray sakinləri məcburdular ki, yaşadıqları evlərində daim təhlükə gözləsinlər. Bunu Saray sakinləri özləri iddia edirlər. Sakinlər deyirlər ki, məntəqə burada inşa edilməyə başlayanda onlar dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Hətta sakinlər Abşeron rayon İcra Hakimiyyətində də olublar. Amma, qurumdan bildiriblər ki, onlar “Saray Petrol”u başqa əraziyə köçürə bilməzlər və yanacaqdoldurma məntəqəsi həmin yerdə inşa olunacaq. Hətta həmin vaxtlar şikayətçi sakinlər susdurulmaq üçün onlara qarşı cəzalardan da istifadə olunub. Və nəticə göz qabağındadır. Hazırda həmin yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və sakinlər də bu təhlükəyə dözmək məcburiyyətindədir.

İndi də keçək əsas məsələyə. Bir neçə gün öncə “Saray Petrol” dan yanacaq alarkən bir hadisə ilə rastlaşdım. Avtomobilimin çənində 8 litr yanacaq var idi. Yanacaqdoldurma məntəqəsinin operatorunu çağırıb ondan xahiş etdim ki, avtomobilə 10 manatlıq yanacaq əlavə etsin. Operator yanacağı vurub qurtardı və mən yoluma davam etdim. Birdən gözüm avtomobilimin yanacaq həcmini göstərən rəqəmə sataşdı. Operator 10 manata 16,610 litr yanacaq vurduğu halda yanacaq çənində 24,610 litr yanacaq olmalı idi. Amma, faktiki rəqəm 22 litr idi. Yanıldığımı zənn edib yenidən məntəqəyə qayıtmadım. İki gün sonra yenidən məntəqədən yanacaq doldurub çıxdım və 1 dəqiqə sonra yenə də eyni hadisənin şahidi oldum. Yenə özümün yanacaq çənini göstərən rəqəmə səhv baxdığımı zənn etdim.

Və nəhayət ki, növbəti dəfə bu faktın üstünü açdım. Mayın 13-də axşam saatlarında “Saray Petrol”a daxil olub yanacaq doldurmaq istədim. Operator gələndə yanacaq doldurmazdan əvvəl avtomobilin çənində qalan yanacağın 8 litr olduğunu ona göstərdim və xahiş etdim ki, 10 manatlıq da yanacaq əlavə etsin. Operator əvvəlcə yanacağın həcminə nə məqsədlə baxdığını bilmədiyi üçün yanacaq vuranda heç bir şübhəsi olmadı və 10 manatlıq yanacaq vurmağa başladı. Operator yanacağı vurub qurtarandan sonra onu yenidən çağırıb yanacağın həcmini ona göstərdim və bildirdim ki, onun əlavə etdiyi yanacaqla çəndə 24,610 litr yanacaq olmalıdır. Operator həqiqətən də yanacaq çəninə iki litr az yanacaq vurduğunun şahidi olanda danışmağa söz tapmadı. Bildirdi ki, guya yanacağın az vurulması ondan asılı deyil, bu birbaşa kompüter vasitəsilə həyata keçirilir. Komputerdə yanacaq vurmanı isə birbaşa məntəqənin rəhbəri nizamlayır.

Operator məsələ ilə bağlı yanacaqdoldurma məntəqəsinin sahə rəisini çağırıb məsələni ona da bildirdi və mənim narazı olduğumu dedi. Sahə rəisi əvvəlcə mənim səhv etdiyimi deyib məntəqədəki yanacaq oğurluğunu ört-basdır etmək istəsə də, mümkün olmadı. Yanacağı çənə dolduran operator bildirdi ki, həqiqətən də yanacaq çənə iki litr az vurulub. Yalnız bundan sonra sahə rəisi deməyə söz tapmadı. Sonda bütün günahlar məntəqə sahibinin üstünə atıldı. Sahə rəisi bildirdi ki, bu işə birbaşa yanacaqdoldurma məntəqəsinin sahibi Çapay adlı şəxs nəzarət edir. Həmin Çapay adlı məntəqə sahibi isə məntəqədə olmur. Ona görə də, sürücülər heç kimə şikayət edə bilmirlər. Nəticədə “Saray Petrol” yanacaqdoldurma məntəqəsi sürücüləri istədiyi kimi aldadır və gün ərzində yüzlərlə sürücüdən yanacaq oğurlayır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru