Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                 

Azərbaycanın “yalançı” imicli oliqarxı Batumidə kazino tikdirir
Tarix: 9-05-2014, 11:34 | Çap et
Azərbaycanın “yalançı” imicli oliqarxı Batumidə kazino tikdirir
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ/SOCAR) ilə işbirliyi olan və şirkətə neft avadanlıqları satmaqla varlanan azərbaycanlı oliqarx Gürcüstanın Batumi şəhərinin “Köhnə Batumi” səmtində, sərnişin limanının yaxınlığında, “Holiday İnn Batumi” oteli ilə yanaşı “kubik-rubik”i xatırladan kazino-otel tikir.

Virtualaz.org saytı bu barədə Gürcüstan mənbələrinə istinadən məlumat verir.

Xəbərə görə, söhbət “ADO-G” adlı şirkətlər qrupunun prezidenti, 90-cı illərin sonlarından etibarən Azərbaycanda işləyən neft şirkətlərinə avadanlıqlar sataraq varlanmış Musa Süleymanovdan gedir.

“Cubic Tower” adlanan bu binanın sahəsi 1200 kv.metr olacaq. Kompleksdə 180 nömrə, bar, konfrans-zal və biznes-zal olacaq. Binanın damında ətrafı seyr etmək üçün xüsusi meydança yerləşəcək. Kompleksin tərkibinə kazino da daxildir, ancaq kazinonun girişi ayrı olacaq.

Xəbərlərdə bildirilir ki, tikinti işləri 2012-ci ildə başlayıb və elə o vaxtdan da yarımçıq qalıb. Belə ki, otel-kazino üçün ayrılmış ərazi hasarlansa da orada tikinti işləri getmir.

“ADO-G” şirkətinin internet saytında yerləşdirilmiş məlumatlardan bəlli olur ki, bu şirkət 1998-ci ildə Bakıda yaradılıb, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Təsisçisi Musa Səməd oğlu Süleymanovdur.

“ADO-G” şirkətlər qrupu öz fəaliyyətinə Azərbaycanın neft-qaz sənayesində çalışan bir sıra şirkətlərin neft-mədən avadanlıqları ilə təchizatından başlayıb. Belə məlum olur ki, şirkət SOCAR, BP, “Mc Dermott Caspian Construction”, “Nobel Oil”, “Salyan Oil”,“Gobustan Operating” və başqa neft şirkətlərini neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində iri kapital toplaya bilib. Hazırda da bu şirkətin əsas fəaliyyəti neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təchizatıdır.

Ancaq M.Süleymanov neft pulları hesabına əldə etdiyi kapitalı tikinti, o cümlədən yolların tikintisi, istehsal, memarlıq və dizayn kimi digər sahələrə yönəldib. Həmçinin onun şirkəti 2009-cu ildən etibarən yük maşınlarının istehsalçısı olan ispan şirkəti “SCANİA”nın Azərbaycandakı distribütorluğunu edir.

Azərbaycanda neftdən varlanan oliqarx olub idman klubuna sahib olmamaq? Əlbəttə, azərbaycanlı oliqarxlar bunu özlərinə sığışdırmazlar və görünür, M.Süleymanov da bu səbəbdən vaxtilə Tovuzun “Turan” futbol klubunun prezidenti olmuşdu.

Lakin onun “Turan” klubuna sahibliyi futbol baxımından heç nə ilə yadda qalmayıb. Əksinə, məşqçilər və futbolçular arasında Süleymanovun xeyli mənfi imici formalaşıb.

Məsələn, “Turan”ın keçmiş məşqçisi, türkiyəli Naci Şensoy 2002-ci ildə yerli saytların birinə müsahibəsində M.Süleymanovun barəsində belə deyirdi: “Guya tovuzlular bilmir ki, o, yalançının biridir?! Klubda oynayan futbolçuların pulunu vermirdi və çox yalan danışırdı. Düzünü desəm, mənim “Turan”a yazığım gəlir”.

M.Süleymanovun “Turan” klubuna qalmaqallarla və klubun ağır maliyyə böhranına yuvarlanması ilə müşayiət olunan prezidentliyi 2012-ci ilin yanvarında sona çatıb.

Qeyd edək ki, M.Süleymanovun Gürcüstanın turizm və qumar sektoruna girməsi pis ideya sayılmazdı. Çünki Gürcüstanda bu sektorlarda iş qurmaq istəyən xarici investorlara əlverişli şərait yaradılıb və çoxlu güzəştlər var. Görünür, M.Süleymanov da qonşu ölkədə investisiya mühitini vaxtında dəyərləndirərək Batuminin qədim hissəsində “kubik-rubik” tikmək üçün ərazi alıb.

Ancaq belə görünür ki, hazırda onun kapitalının vəziyyəti bu layihəni həyata keçirməyə imkan vermir.


Azərbaycanın “yalançı” imicli oliqarxı Batumidə kazino tikdirir
Azərbaycanın “yalançı” imicli oliqarxı Batumidə kazino tikdirir
Azərbaycanın “yalançı” imicli oliqarxı Batumidə kazino tikdirir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru