"Mənim şikayətim "Meqasiğorta"dandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Mirhüseyin Əliyev adlı istifadəçi yazıb.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Deməli, arxa hissədən avtomobil mənim avtomobilim ilə toquşdu. Avtomobilin arxa hissəsi pis vəzyətdədir.
Polis əməkdaşları məni dəymiş ziyanı dəyərləndirmək üçün servisə yolladı. Servis avtomobilə 2670 manat dəyərləndirdilər.
Bunlar - sığorta şirkətindən zəng edib 1730 manat təklif edirlər, mən razı olmadığım halda deyrlər bunan artıq verməyəcəyik.
Xahiş edirəm bu siğorta şirkətiylə bağlı tədbir görülsün..."









