Hakimiyyətin rəsmən 3-cü siması idi... indi federasiyada gün keçirir... - ARAŞDIRMA
Tarix: 6-09-2024, 09:19 | Çap et
 Milli Məclisin keçmiş sədri Oqtay Əsədovdan çoxdandır səs-soraq yoxdur. Bir vaxtlar tutduğu vəzifəyə görə Azərbaycan Respublikasının 3-cü şəxsi olan cənab Əsədov son parlament seçkilərindən hələ xeyli əvvəl “kölgəyə” çəkilmişdi. Bu da səbəbsiz deyildi, Oqtay müəllim hakimiyyət komandasından, hakim Yeni Azərbaycan Partiyasından (YAP) bir qədər obrazlı desək, küsüb-incimişdi.
2020-ci ildə Milli Məclisin sədri kürsüsündən sıravi deputat kreslosuna düşürülən Oqtay Əsədovu mandat gəzdirdiyi son 4 ildə rəsmi tədbirlərdə də görmək olmurdu... Oqtay müəllim bəzən parlamentin iclaslarında da gözə dəymirdi.
Rubrikamız üçün Oqtay Əsədovun hazırda harada olduğunu öyrənməyə çalışdıq.
Əsədova yaxın deputatlardan əldə etdiyimiz məlumata görə, Oqtay müəllim hazırda Azərbaycanda deyil. Onun indi Türkiyədə olduğu bildirilib. Amma ora nə məqsədlə gedib, nə vaxt geri dönəcək, bu gediş həmişəlikdir ya yox, keçmiş həmkarları heç nə bilmirlər. Hətta onun telefon nömrələrini də dəyişdiyi, deputatların zənginə belə cavab vermədiyi qeyd edilib.
Əsədovun köməkçisi də onunla bağlı suallara cavab verə bilməyəcəyini vurğulayıb.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsində çalışıb. Onun qısa bioqrafiyasına nəzər salaq.
Oqtay Sabir oğlu Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Maşınqayırma texnologiyası fakültəsini bitirib. 1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta, baş usta və sahə rəisi işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri Baş İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin “Azərsantexquraşdırma” Trestinin böyük texnoloqu, idarə rəisi, 1988–1996-cı illərdə “Azərsantexquraşdırma” Birliyinin rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin sədri, 2004–2005-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışıb. 2000-ci ildə ikinci, 2005-ci ildə üçüncü, 2010-cu ildə dördüncü, 2015-ci ildə beşinci və 2020-ci ildə altıncı çağırış Milli Məclisinin deputatı olub. Həmin müddətdə 15 il Milli Məclisə rəhbərlik edib. İki dəfə Binəqədi rayonunun, 3 dəfə isə Abşeronun deputatı olub. Deputat kimi seçicilərinin problemləri və qayğıları ilə necə məşğul olub, vətəndaş qəbulları keçirib ya keçirməyib, bu haqda yəqin ki, həmin rayonların sakinləri daha düzgün məlumat verə bilərlər.
Oqtay Əsədovun vəzifə pilləsində enişi 2000-ci ildə keçirilən növbədənkənar parlament seçkisindən sonra başladı. Həmin ilin fevralında formalaşan altıncı çağırış Milli Məclisdə Əsədovu yenidən sədr postuna seçmədilər. Şübhəsiz ki, bu, cənab Əsədovun xətrinə dəydi. Parlament jurnalistlərinin dediyinə görə, sədarət kürsüsündə deyil, sıravi deputat kreslosunda əyləşməyi özünə rəva bilməyən Oqtay müəllim bəzən iclaslara, komitə toplantılarına qatılmırdı.
Oqtay Əsədov hakim komandadan növbəti zərbəni Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçrilən növbədənkənar VII qurultayında aldı. Həmin qurultayda onu nə YAP-ın İdarə Heyətinə daxil etdilər, nə də Veteranlar Şurasının tərkibinə saldılar. Ətraflı
Ancaq bu da son olmadı. YAP Oqtay Əsədovun 1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkilərində iştirakını da məqbul saymadı və partiyanın İdarə Heyəti onun namizədliyini irəli sürmədi. Beləcə, keçmiş spiker Milli Məclisdən tamamilə kənarlaşdırıldı.
Hazırda sabiq deputat kimi təqaüddə olan Oqtay Əsədovun rəhbərlik etdiyi bir qurum var - Azərbaycan Tennis Federasiyası. O, 1995-ci ildə yaradılan bu federasiyaya 2004-cü ildən rəhbərlik edir. Sonuncu dəfə 31 avqust 2022-ci ildə keçirilən qurultayda Oqtay Əsədov növbəti 4 il müddətinə Azərbaycan Tennis Federasiyasnın prezidenti seçilib.
Mətbuat son illər parlamentin keçmiş sədrinin adını müxtəlif qalmaqallı məsələlərdə də hallandırır.
Onun Azərbaycandan başlamış Rusiya, Türkiyə və Böyük Britaniyaya qədər uzanan böyük biznesinin olduğu iddia edilir. İndi 69 yaşlı Əsədovun başının həmin biznesin idarə olunmasına qarışdığı söylənilir.
Modern.Az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42 |
|
|
|
| • “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37 |
|
|
|
| • Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26 |
|
|
|
| • GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12 |
|
|
|
| • Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10 |
|
|
|
| • PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08 |
|
|
|
| • Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05 |
|
|
|
| • Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00 |
|
|
|
| • “Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57 |
|
|
|
| • Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52 |
|
|
|
| • “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46 |
|
|
|
| • Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32 |
|
|
|
| • "Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30 |
|
|
|
| • "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22 |
|
|
|
| • MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19 |
|
|
|
| • Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18 |
|
|
|
| • ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15 |
|
|
|
| • “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12 |
|
|
|
| • 200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07 |
|
|
|
| • Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54 |
|
|
|
| • FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
| • Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41 |
|
|
|
| • “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37 |
|
|
|
| • Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33 |
|
|
|
| • "Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31 |
|
|
|
| • “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15 |
|
|
|
| • Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10 |
|
|
|
| • "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03 |
|
|
|
| • Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01 |
|
|
|
| • Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55 |
|
|
|
| • TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52 |
|
|
|
| • AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49 |
|
|
|
| • Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43 |
|
|
|
| • Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39 |
|
|
|
| • Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37 |
|
|
|
| • Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22 |
|
|
|
| • Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18 |
|
|
|
| • Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15 |
|
|
|
| • İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09 |
|
|
|
| • Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04 |
|
|
|
| • Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59 |
|
|
|
| • "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53 |
|
|
|
| • “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51 |
|
|
|
| • Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47 |
|
|
|
| • İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33 |
|
|
|
| • Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29 |
|
|
|
|