"Bizə minitraktorlar lazımdır" - ASTARADAN MÜRACİƏT
Tarix: 23-08-2023, 15:40 | Çap et
 Fermer Mehman Quliyev deyir ki, 30 ildir Astara rayonunda çəltik əkir. Onun rayonun Artupa kəndində çəltik dəyirmanı da var. O, əlavə edir ki, ötən ilə nisbətən bu il məhsuldarlıq yüksəkdir: "Kəndin əkin sahəsi çəltik əkininə yararlıdır. Torpaqlar çökək yerdə yerləşir. Suyu Astaraçaydan alırıq. Çay İranla sərhəddə yerləşir. Suyun yarısını biz istifadə edirik, yarısını iranlılar. Bu il bir neçə dəfə güclü yağışlar yağdı. Quraqlıq olmadı. Quraqlıq olanda çayda su azalırdı. Əziyyət çəkirdik".
"150 ailə çəltiklə dolanır" Onun deməsinə görə, kənd sakinlərinin əsas məşğuliyyəti çəltikçilik və heyvandarlıqdır: "Kənd sakinləri bu il 100 hektarda çəltik əkiblər. 150 ailə çəltiklə dolanır. Özüm də bir hektarda çəltik əkmişəm, altı ton çəltik götürmüşəm. İndi məhsul tədarükü gedir. Dəyirman gündə 10 ton çəltik qəbul edir. Məhsulun müəyyən faizini götürürük. İndi çəltik əkini çox xərc istəyir. Toxum da, dərmanlar da bahadır".
Dəyirmanda iş gedir. Fasiləsiz məhsul gətirilir. Quliyev söyləyir ki, satışda problem yoxdur: "Növlərindən asılı olaraq hər qiymətə düyü var. Azərbaycanın hər yerindən düyü almağa gəlirlər. Biz düyünü təbii yollarla, ata-baba qaydası ilə yetişdiririk. Demək olar ki, gübrədən istifadə olunmur. Əvvəllər xarici ölkələrdən də buraya düyü almağa gələrdilər".
"Elə kənd sakini var ki, torpağı əkməyə vəsaiti yoxdur" M.Quliyevin deməsinə görə, problemlər aradan qalxsa daha çox çəltik əkmək olar. O hesab edir ki, nəticədə kənddə işsizlərin sayı azalar, Bakıya, xarici ölkələrə köç etməzlər: "Torpağın hər sotunu 4 manata sürürlər. Bu işi hökumət üzərinə götürsə, çəltik əkənlərin sayı artar. Elə kənd sakini var ki, torpağı əkməyə vəsaiti yoxdur. Əkilməmiş torpaqlar var. Biz təklif vermişik ki, əkilməmiş yerləri hökumət icarəyə götürsün. Bu torpaqları çəltik əkmək istəyənlərə pulsuz versinlər. Çəltikçilikdə güclü iş getsə, ölkəmiz düyü idxalından azad olar".
Çəltik əkini, əsasən, əl əməyi ilə həyata keçirilir Onun deməsinə görə, çəltik əkini, əsasən, əl əməyi ilə həyata keçirilir: "100 il bundan əvvəl necə çəltik əkirdilərsə, indi də elə əkirik. Qadınlarımız, qızlarımız may ayında dizə qədər soyuq suyun içinə girib işləməli olurlar. Əvvəlki illərdən fərq bundadır ki, traktor yeri şumlayır, kombayn məhsulu yığır. Qalan işlər əl ilə görülür".
"Bizə minitraktorlar lazımdır" Fermerin sözlərinə görə, problemlərin həlli ilə bağlı dəfələrlə təkliflər veriblər: "Bizə minitraktorlar lazımdır. Pulunu tədricən verərik. Dərman bahadır. Toxum məsələsi həmişə bizi narahat edir. Bunun üçün laboratoriya olmalıdır. Əvvəllər İranın qapısı açıq idi, toxumu oradan gətirirdik. İndi yoxdur. Məhsuldarlıq toxumun keyfiyyətindən asılıdır". (Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin yazından Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb)
"Hər kəsdə çıxarış yoxdur" Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə fermerlərə əmsaldan asılı olaraq 360 manat əkin subsidiyası verilir. M.Quliyev isə deyir ki, subsidiya şəkilində çəltikçilərə edilən yardımı heç də hər kəs ala bilmir: "Kəndçi üçün 1 manat da puldur. Subsidiya almaq üçün torpağa çıxarış tələb edirlər. Hər kəsdə çıxarış yoxdur. Çıxarışı əldə etmək üçün rüsum ödənməlidir. Kənd təsərrüfatı idarəsinə hərtərəfli demişik".
Bütün bu deyilənlərə Astara rayon Kənd Təsərrüfatı İdarəsindən münasibət ala bilmədik. Amma bundan əvvəl idarədən bildirmişdilər ki, subsidiya ala bilməyənlər, əsasən, torpaqları icarəyə götürənlərdir. İdarədən həmçinin bildirildiyinə görə, sənədləşmə düzgün aparılmayanda subsidiya almaq olmur.
Qurumdan o da əlavə edilmişdi ki, ölkədə texnika kifayət qədər var.
Bu il Astara rayonunda 200 hektardan çox sahədə çəltik əkini aparılıb.
Çəltikçiliyin inkişafı ilə bağlı Azərbaycanda 2018-2025-ci illər üçün Dövlət proqramı qəbul edilib. Statistik məlumata görə, son bir ildə ölkədə çəltik istehsalı artıb. 2022-ci ildə Azərbaycanda 11.6 min ton çəltik tədarük edildiyi bildirilib. Bir il əvvəl ilə müqayisədə bunun 848 ton daha çox olduğu deyilir.
AzadlıqRadiosu В©


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42 |
|
|
|
| • “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37 |
|
|
|
| • Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26 |
|
|
|
| • GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12 |
|
|
|
| • Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10 |
|
|
|
| • PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08 |
|
|
|
| • Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05 |
|
|
|
| • Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00 |
|
|
|
| • “Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57 |
|
|
|
| • Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52 |
|
|
|
| • “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46 |
|
|
|
| • Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32 |
|
|
|
| • "Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30 |
|
|
|
| • "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22 |
|
|
|
| • MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19 |
|
|
|
| • Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18 |
|
|
|
| • ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15 |
|
|
|
| • “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12 |
|
|
|
| • 200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07 |
|
|
|
| • Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54 |
|
|
|
| • FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
| • Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41 |
|
|
|
| • “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37 |
|
|
|
| • Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33 |
|
|
|
| • "Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31 |
|
|
|
| • “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15 |
|
|
|
| • Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10 |
|
|
|
| • "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03 |
|
|
|
| • Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01 |
|
|
|
| • Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55 |
|
|
|
| • TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52 |
|
|
|
| • AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49 |
|
|
|
| • Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43 |
|
|
|
| • Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39 |
|
|
|
| • Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37 |
|
|
|
| • Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22 |
|
|
|
| • Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18 |
|
|
|
| • Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15 |
|
|
|
| • İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09 |
|
|
|
| • Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04 |
|
|
|
| • Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59 |
|
|
|
| • "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53 |
|
|
|
| • “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51 |
|
|
|
| • Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47 |
|
|
|
| • İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33 |
|
|
|
| • Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29 |
|
|
|
|