“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                 

Yeni binalarda yaşayan sakinlər təhlükədə: Su anbarları 10 illərlə yuyulmur - BU NƏDİ BELƏ?
Tarix: 5-06-2023, 10:02 | Çap et
Yeni binalarda yaşayan sakinlər təhlükədə: Su anbarları 10 illərlə yuyulmur
Mənzilimizə gələn suyun çirkli olduğunu görəndə dərhal "Azərsu" ASC-ni günahkar bilsək də, sən demə suyun keyfiyyətli verilməsi həm də MTK-lardan asılı imiş. Bu günlərdə mətbuata açıqlama verən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbər Anar Cəbrayıllı MTK-ların anbarlarının illərdir yuyulmadığını, bunun suyun keyfiyyətinə ciddi təsir etdiyini bildirib.
Qurum səlahiyyətlisi qeyd edib ki, MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır. Onun sözlərinə görə, əks halda yeni tikili binaların anbarında suyun keyfiyyətinin pisləşmə halları müşahidə oluna bilir.

MTK-ların anbarları illərdir yuyulmur!
Cəbrayıllı son vaxtlar suyun keyfiyyəti ilə bağlı sosial şəbəkələrdə bəzi həqiqətə uyğun olmayan məlumatların yayıldığına diqqət çəkib:
"Azərsu"nun əhaliyə verdiyi su standartlara tam uyğundur. Sosial şəbəkədə bir neçə paylaşımları sona qədər araşdırmışıq və məlum olub ki, suyun keyfiyyətinin aşağı olması halı yeni tikilən binalarda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, bu MTK-ların anbarları illərdir yuyulmur".
A.Cəbrayıllının sözlərinə görə, ümumiyyətlə bu gün Bakıda suyun keyfiyyətinə mənfi təsir göstərən iki amil var:
"Bunlardan biri MTK-ların yuyulmayan anbarı, digəri isə vətəndaşların, xüsusilə ətraf ərazilərdə primitiv qaydada, kustar üsulla çəkdiyi su xətləridir. Çünki bu su xətləri yerin üstü ilə çəkilir və onların çəkilməsində müxtəlif təyinatlı plastik, metal borulardan istifadə olunur. Hətta Sulutəpə ərazisində neft sənayesində işlənmiş borularla da su xəttinin çəkilməsi halına rast gəlinib. Bunlar suyun keyfiyyəti ilə bağlı müəyyən risklər yaradır".
"Azərsu" rəsmisi MTK rəhbərlərini, binaların komendantlarını su anbarlarını ən azı ildə bir dəfə yumağa səsləyib. O, bildirib ki, MTK-ların anbarları onların özlərinə aiddir. Onlar bu anbarları özləri idarə edirlər. "Azərsu"nun öhdəliyi anbara qədər suyun gətirilməsidir. Nasosxananın, anbarın və binadaxili su təchizatı və kanalizasiya sistemlərinin işlək vəziyyətdə saxlanılmasına isə cavabdehliyi MTK özü daşıyır.
Bəs görəsən, yaşayış binalarının su anbarları yuyulmazsa sakinləri hansı təhlükə gözləyir? Eləcə də illərdir su anbarlarını yumayan MTK rəhbərlərini hansı cəza gözləyir?

Su anbarları ildə azı bir dəfə yuyulmalıdır
"Azərsu" ASC-nin baş texnoloqu, texnoloji proseslərə nəzarət və su təhlükəsizliyi şöbəsinin müdiri Cəmil Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təmsil etdiyi qurumun balansında Bakı-Abşeron yarımadasında 23-ü mərkəzi anbar olmaq şərtilə ümumilikdə 175 ədəd su anbarı var. Regionlarda isə su anbarlarının sayı 827-dir. Bölgələrdə 59 mərkəzi su anbarı mövcuddur. O, qeyd edib ki, bu su anbarları Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılaraq ildə bir dəfə yuyulur. Amma su anbarları ildə iki-üç dəfə də yuyula bilər.
C.Babayev deyir ki, su anbarlarının ildə ən azı bir dəfə yuyulması bu ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qəbul edilmiş AZS 929:2023 "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" dövlət standartında öz əksini tapıb. Hansı ərazidə ki, su anbarı "Azərsu" ASC-nin yox, MTK-ların balansındadır, o anbarların ildə bir dəfə yuyulmasını da məhz MTK-lar həyata keçirməlidir. Bunun üçün MTK-lar Respublika GEM-inə və "Azərsu"ya müraciət edərək nümayəndə istəməli, həmçinin özəl, lisenziya əldə etmiş su anbarlarını mexaniki çöküntülərdən təmizləyən, dezinfeksiya edən şirkətlərilə müqavilə bağlamalıdırlar.

Anbarları yumayan MTK-ları hansı cəza gözləyir?
C.Babayev deyir ki, "Azərsu" ASC hüquqi müstəvidə su anbarlarını yumayan MTK-lara hər hansı təsir göstərə bilmir. Amma "Azərsu" ASC abonentlərə xidmət göstərdiyi üçün suyun keyfiyyəti ilə bağlı məsuliyyət daşıyır. Şöbə müdiri deyir ki, bu paradoksu aradan qaldırmaq üçün AZS 929:2023 standartı qəbul edilib. MTK-lardan bundan sonra AZS 929:2023 "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" dövlət standartına əməl etmək tələb olunacaq. Bununla belə C. Babayev bildirir ki, MTK-lara hüquqi baxımdan təsir mexanizmini GEM-lər həyata keçirə bilər.
"Əgər Respublika GEM-nin anbarın çıxışınan götürdüyü su nümunəsində fiziki-kimyəvi göstəricilərdə kənara çıxma, mikrobioloji çirklənmə aşkarlanarsa, cərimə tətbiq edilə bilər. Bizə abonentdən suyun çirkli olduğu barədə şikayət daxil olduqda anbara suyun girişindən nümunə götürərək analiz olunur. Məlum olur ki, anbara suyun girişində suyun keyfiyyəti standartlara uyğundur. Amma suyun anbardan çıxışında mikrobiloji çirklənmə var. Bu anbarın düzgün istismar olunmamasından və çirkli olması səbəbindən baş verə bilər. Bu zaman biz MTK rəhbərinə müraciət edirik ki, anbarı yusun".
C.Babayev bildirir ki, anbar yuyulduqdan sonra GEM nümayəndəsi anbardakı sudan nümunə götürür, əgər normaya uyğundursa, istifadəsinə icazə verir. "Azərsu" ASC kənar təşkilatlara anbaryuma xidməti göstərmir. Bunun üçün MTK-lar özəl şirkətlərə müraciət etməlidir.

Bir anbarın yuyulması neçəyə başa gəlir?
Su anbarlarını yuma xidməti göstərən "Mühəndislər Şirkəti" MMC-nin direktoru Sabir Abdurəhmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, su anbarlarlarının yuyulması anbarın çirklilik səviyyəsinə və su tutma həcminə görə dəyişir.
"Su anbarlarının yuyulması qiymətləri 500 manatdan başlayır. Amma anbar çox çirklidirsə, illərdir yuyulmursa məbləğ bir qədər artıq da ola bilər. Su anbarının ortalama tutumu adətən 300-500 kub arasında olur. Bu həcmdə anbarların yuyulması isə 700-800 manat arasında dəyişir".
S.Abdurəhmanov bildirib ki, MTK-ların nəzdində olan anbarlar çox çirkli olur. Hətta su anbarlarını 10 ildə bir dəfə yudurtmayan MTK-lar var:
"Biz təcrübəmizdə görmüşük ki, elə anbarlar var, 10 il müddətində bir dəfə yuyulmayıb. Təəssüf ki, MTK-lar anbarların yuyulması üçün pul xərcləmək istəmirlər".

MTK-ları cərimə gözləyir
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinə rəhbərlik edən Eldar Abdullayev isə Sputnik Azərbaycan-a bildirib ki, MTK- lar sahibkarlıq subyektidir. Ona görə Respublika GEM-inin həmin MTK-ların nəzdindəki anbarları yoxlaması mümkün deyil. Bunun üçün müvafiq icazə verilməliddir. Ancaq abonent şikayət etdiyi halda İqtisadiyyat Nazirliyinə yoxlama aparılması üçün müraciət edilə bilər.
E.Abdullayev onu da bildirib ki, yeni standartın tələbinə görə MTK-lar ildə bir dəfə su anbarını yudurtmalıdır. Əgər bunu etməyibsə, laborator müayinələr zamanı çirklənmə aşkarlanıbsa, İnzibati Xətalar Məcəlləsinin 265-ci maddəsinin 265.2 bəndinə əsasən "İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
GEM nümayəndəsinini sözlərinə görə, su anbarı yuyulmazsa, bu mikrobioloji çirklənməyə səbəb ola, nəticədə sudan istifadə edən abonentdə mədə-bağırsaq xəstəlikləri yarana bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Bu gün, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Bu gün, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru