“Crocus Construction” MMC Nardaran sakinlərinə QARŞI - “O adam dövlətin bizə verdiyi torpağı hasara almaq istəyir”
Tarix: 24-06-2022, 16:02 | Çap et
 “Bu şəxs heç kənd sakini deyil. Bizə ayrılmış torpaq sahəsinin Sabunçu rayonu, Maştağa kənd bələdiyyəsi tərəfindən ona satıldığını bildirərək ərazini hasara almağa cəhd edib. O, kənd əhalisini təhqir edir, hədələyir, torpağı pulla aldığını, hüquq-mühafizə orqanlarının onun arxasında dayanacağını bəyan edir”.
DİA.AZ xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Sabunçu rayonu, Nardaran kəndinin bir qrup sakini müraciət edib. Vətəndaşların iddiasına görə, dövlət tərəfindən onlara ayrılan torpaqlardan istifadə edə bilmirlər: “2003-cü ildə, seçkilər öncəsi cənab Prezident İlham Əliyev kənd əhalisi ilə görüş keçirəndə vətəndaşların çətinliklərinə diqqətlə yanaşdı, kənd əhalisinin aztəminatlı ailələrinin hər birinə 12 sot həyatyanı torpaq sahəsi, işsizliyin aradan qaldırılması üçün isə bəzi kənd sakinlərinə əkinçiliklə məşğul olmaq məqsədilə 50 sot torpaq sahəsi ayrılmışdı. Bundan sonra Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndiliyi aztəminatlı ailələri siyahıya aldı və 18 yanvar 2005-ci il tarixində biz-kənd sakinlərinə fərdi yaşayış evinin tikintisi ücün həyatyanı torpaq sahəsinin ayrılması haqqında qərar verdi. Biz də bu torpaqları illərdir ki, əkib-becərmişik. İndi isə vəziyyət dəyişib”.

Kənd sakinləri bildirirlər ki, özünü kənd əhalisinə Rüstəmov Zülfüqar Rüstəm oğlu kimi təqdim edən bir nəfər onlara ayrılmış torpaq sahəsini özününküləşdirib: “Bizə ayrılmış torpaq sahəsinin Maştağa kənd bələdiyyəsi tərəfindən ona satıldığını bildirərək ərazini hasara almağa cəhd edib. Biz kənd sakinləri dərhal Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə məsələ ilə bağlı ərizə ilə müraciət etdik və Zülfüqar Rüstəmovun çıxarılmasını və qanunsuz tikinti işlərinin dayandırılmasını xahiş etdik. Lakin bu günədək polis bölməsi tərəfindən həmin şəxsin qanunsuz əməllərinin qarşısı alınmır. Vəziyyət gərginləşməkdə davam edir”.
Şikayətlə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra başçısının köməkçisi Müslüm Mahmudov “Qafqazinfo”nun sorğusunu belə cavablandırıb: “Bu ərazi üstündə “Crocus Construction” MMC ilə vətəndaş arasında narazılıq yaranıb. Belə ki, vətəndaş kənd bələdiyyəsindən sənədlə torpaq alıb. Daha sonra şirkətlə aralarında mübahisə düşüb. Buna görə qarşılıqlı olaraq bir-birlərini məhkəməyə veriblər. Hazırda da bunlar arasında torpağa görə məhkəmə çəkişməsi gedir”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza açıqlamasında bunları deyib: “Zülfüqar Rüstəmovun arxasında hüquq-mühafizə orqanlarından kiminsə dayanması ilə bağlı iddiaları tam əsassızdır. Kənd sakinlərinin müraciəti ilə bağlı 42-ci Polis Bölməsində ilkin tədqiqat araşdırılması aparılmaqla toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Hazırda iş üzrə araşdırmalar davam etdirilir. Vətəndaşların müraciətləri ilə bağlı araşdırma aparılır. Bununla bağlı vətəndaşlarda hər hansı narahatlıq varsa, Sabunçu Rayonu Polis İdarəsinə, istintaq şöbəsinə yaxınlaşaraq işin gedişatı ilə tanış ola bilərlər”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29 |
|
|
|
| • "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22 |
|
|
|
| • Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18 |
|
|
|
| • Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07 |
|
|
|
| • İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00 |
|
|
|
| • Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23 |
|
|
|
| • Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13 |
|
|
|
| • 1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07 |
|
|
|
| • Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59 |
|
|
|
| • "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50 |
|
|
|
| • Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45 |
|
|
|
| • İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40 |
|
|
|
| • Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35 |
|
|
|
| • Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27 |
|
|
|
| • Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39 |
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25 |
|
|
|
| • Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21 |
|
|
|
| • Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19 |
|
|
|
| • Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16 |
|
|
|
| • Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11 |
|
|
|
| • Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07 |
|
|
|
| • Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26 |
|
|
|
|