İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... .....                     “Space FM”ə yeni direktor təyin edildi .....                     Tramp IRS-ə qarşı iddiasını geri çəkib: .....                     Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... .....                     Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... .....                     Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                 

Professordan Ramiz Mehdiyevə ETİRAZ - "Siz necə rahat nəfəs alırsınız..."
Tarix: 2-02-2021, 16:43 | Çap et
Professordan Ramiz Mehdiyevə ETİRAZ
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi açıqlama yayaraq mənim AMEA Dilçilik İnstitutuna ayrılan külli miqdarda vəsaitlərin taleyi haqqında yazdıqlarıma münasibət bildirib, iddialarımın əsassız və haqsız təbliğat olduğunu vurğulayıb. Halbuki həmin gün AMEA Dilçilik İnstitutunun verdiyi açıqlama onların bu açıqlamasını təkzib edib.

Azərbaycan Respublikası Prezidentinin 29 may 2012-ci il tarixli Sərəncamı ilə Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi, ana dilimizə aid qədim mənbələrin araşdırılması və nəşri, dilçiliyin inkişafı üçün ayrılan 2 milyon manat maliyyə vəsaitinin xərclənməsində şübhəli məqamlara, təəssüf ki, aydınlıq gətirilməyib. Hədəfdən yayınaraq tamam başqa kontekstdə açıqlama verilib.

Guya 2013-cü ilin may ayından sonra (əslində isə 24 aprel 2013-cü ildən) AMEA-da vitse-prezident kimi işə başlayan İsa Həbibbəyli məlum Sərəncamın icra olunmasında iştirak etmədiyi üçün səsləndirilən fikirlər absurddur.

Açıqlamada elə mənzərə yaradılır ki, sanki İsa Həbibbəyli vəzifə məsuliyyəti olmayan, aza qane olan müstəqil bir elmi tədqiqatçıdır, yalnız elmlə məşğuldur və onu başqa heç bir şey maraqlandırmır. Yəni o, nəinki vitse-prezident və deputat kimi, həmçinin bir vətəndaş kimi dövlət əhəmiyyətli məsələlərə qarışmır. Bəyanat İsa Həbibbəylini təbliğ və təmdih üslubunda qurulduğundan onun bütün vəzifə məsuliyyəti, vətəndaşlıq borcu bir kənarda qalır. Deyilir ki, İsa Həbibbəyli həmin vaxt “elmi-təşkilati və elmi-metodiki fəaliyyət”lə məşğul olub.

Belə çıxır ki, adi bir şöbə müdiri olan İdris Abbasov isə heç bir elmi işlə məşğul olmayıb, işi-gücü qurtarıb və başlayıb İsa Həbibbəyliyə qarşı “dayanmadan haqsız və əsassız təbliğat işi aparmağa”. Bax, əsl qeyri-obyektivlik və absurd budur!

Açıqlamada o da deyilir ki, İdris Abbasov iddialarını sübut etmək üçün aidiyyəti orqanlara müraciət etsin. Sual olunur: Məgər siz aidiyyətsiz orqansınız?

Möhtərəm İsa Həbibbəyli! Doğrudanmı, dövlət mənafeyinin və ümumi maraqların qorunmasının sizə aidiyyəti yoxdur? Bu işin təkcə qəhrəmanlaşdırdığınız İdris Abbasova aidiyyəti var? Dövlət maraqları təhlükədə olanda susmaq və “elmi işlə məşğul olmaq” kimə və nəyə lazımdır? Mən sizin bu məntiqinizə heyranam.

Dövlət qurumunun adından bəyanat verib nə vaxtadək ört-basdır edəcəksiniz?

Deyirsiniz ki, vitse-prezident, deputat, direktor olaraq sizə kurasiya etdiyiniz institutlardakı maliyyə dağıntısının aidiyyəti yoxdur. Eləyə qalsa, mən instituta 2014-cü ilin noyabr ayında gəlmişəm və sadəcə, elmi-tədqiqat şöbəsinə rəhbərlik edirəm. Faktları bilib susmalıyammı? Əlbəttə, sizə deməliyəm, demişəm və eşidənə qədər təkrar-təkrar deyirəm də.

Sizə 2018-ci ilin fevralında yazılı müraciət etmişəm. Cavab verdinizmi? Yox. Hətta Rəyasət Heyətinin iclasında haqsızlıqlarla və nöqsanlarla bağlı qısa çıxış etdim. Nə etdiniz? Sabahısı gün PA-nın qəlıncının dalı, qabağı kəsən sabiq şöbə müdiri Əli Həsənovun xanımı Sona Vəliyeva ilə birləşib üstümə gəldiniz, məni iki azyaşlı uşaqlarımla təhdid etdiniz, Allah cəzanızı versin! Nələr ermədiniz? Özünüzə boyun əydirmək üçün aldığım qonorardan məhrum etdiniz, amma ləyaqətimdən, kimliyimdən məhrum edə bilmədiniz.

Laxlasanız da, hələ ki, mütəşəkkilliyinizi saxlayırsınız. Çoxlu pullar, adamlar və media var əlinizdə. Bütün narazılıqları peşəkarcasına ölkə Prezidentinin üzərinə yönləndirməkdə mahirsiniz. Əlinizin altında olan minlərlə işçini ovsunlayıb öz maraqlarınıza tabe etdirmisiniz. Dövlət maraqlarının tapdandığını görə-görə, gör, birinin səsi çıxırmı? Onlar maaşı dövlətdən yox, hansısa akademikdən, məmurdan aldıqlarını düşünürlər. Onlar dövlətə yox, Əliyə, Vəliyə, İsaya, Musaya minnətdardırlar. Belə təfəkkür sahibləri ilə islahat olarmı, dövlət, millət formalaşıb inkişaf edərmi?

Açıqlamanızdan belə aydın olur ki, ölkə Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı, fəqət aidiyyəti üzrə xərclənməyən 2 milyon vəsaitin taleyi sizin vecinizə deyil. Bax, sizi sevməməyimin əsas səbəblərindən bir də məhz belə düşüncə sahibi olmağınızdır. Axı o pullar həm də xalqın, dövlətin taleyi deməkdir. Siz nə qədər biganəsiniz!

Mən hələ baş redaktoru olduğunuz plagiat kitaba xərclədiyiniz dövlət vəsaitini demirəm. O zaman yanlış məlumat verərək dediniz ki, plagiat kitab 100 ədəd nəşr olunub və cəmi 1200 manat xərclənib. Halbuki tirajı 200 ədəddir.

Mən hələ sizin işlədiyiniz dövrdə ayrılan yüz minlərlə qrantları demirəm. Faktlara söykənirəm. Sizdən fərqli olaraq arxamda heç bir işçi dəstəm, pulum, xidmətimdə duran mətbuat ordum, adamlarım, “buyuruq qulları”m yoxdur.

Vəzifə səlahiyyətlərinizdən, dövlətin resurslarından, sizə “ləbbeyk” deyən aparıcı kütləvi informasiya vasitələrinin yaratdığı imkanlardan özünüzə sərf edən şəkildə dayanmadan təriflər, mədhiyyələr deyib mövqelərinizi möhkəmləndirir, dövləti, xalqı və rəhbəri aldatmağa səy edirsiniz.

Ölkə Prezidenti cənab İlham Əliyevin dilçiliyin inkişafı, dünyanın əlyazmalar fondundakı ana dilimizlə bağlı mənbələrin tədqiqi məqsədilə ayırdığı 2 000 000 (iki milyon) manat göyə sovrulub, ya yox?! 2 milyon manat 3-4 ayın içində necə xərclənib qurtara bilər? Hanı pullar? Niyə qədim mənbələrin tədqiq və nəşrinə pul tapılmır? Axı Prezident o 2 milyonu bu işlər üçün ayırmışdı. Siz necə rahat nəfəs alırsınız, İsa Həbibbəyli? Hələ susmadığım, ardıcıl olaraq feysbuk hesabımda bu haqda yazıb vicdanları oyatmağa çalışdığım üçün vəzifə səlahiyyətlərinizdən istifadə edib haqsız yerə üstümə gəlirsiniz! Bir-birinizə dəstək verdiyiniz sabiq şöbə müdiri Əli Həsənov və həyat yoldaşı Sona Vəliyeva da mənə qarşı sizin kimi edirdilər! Onlar da belə xəbərlərin ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya çatmasını hər vasitə ilə əngəlləyirdilər.

Uca Tanrı Azərbaycanımızı, dövlətimizi, millətimizi, hər iki dövlət rəhbərimizi və vicdanlı dövlət adamlarımızı qorusun!

Güvəndiyim dövlətimiz, Konstitusiyamız və Prezidentin siyasətidir!

Məni bir çox haqlarımdan ayırsanız da, Allahımdan ayıra bilməyəcəksiniz!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 may 2012-ci ildə AMEA Dilçilik İnstitutunun maddi-texniki bazasını gücləndirmək məqsədilə ayırdığı 2 milyon manat maliyyə vəsaitinin xərclənməsi ilə bağlı neçə ildir ki, deyir, yazır və humanitar sahəni kurasiya edən İsa Həbibbəylinin məsələyə müdaxilə etməsini tələb edirəm. Bəli, vitse-prezident İ.Həbibbəylini qınayıram və milyonlarla dövlət vəsaitinin taleyinə biganə qalmaqda, onların təbirincə desək “ittiham edirəm”. Axı “akademik”, “deputat”, “vitse-prezident” vəzifələrini üzərinə götürən şəxs ölkə Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı vəsaitin havaya sovrulmasına, milli maraqlara zidd əməllərə necə susqun qala bilər?

Bu gün İsa Həbibbəyli sərəncamında olan resurslar vasitəsilə öz xeyrinə məni susdurmağa çalışır. Sizdən soruşuram: Şəxsi marağınız naminə üstümə gəlirsiniz, bəs dövlət maraqlarının müdafiəsi üçün niyə belə canfəşanlıq etmirsiniz? Sırf dövlət və ümumi maraqlar üçün sizi debata dəvət eirəm. Buyurun gəlin, 2 milyonun və ayrılan qrantların taleyini müəyyənləşdirək. Burada pis nə var ki?! “Mənim vaxtımda olmayıb, mənə nə?” ifadəsini sıradan bir nəfər işlətsəydi, dərd yarı idi. Bir akademikin, vitse-prezidentin belə düşünməsi, əlbəttə, ağlasığmazdır. Dövlət maraqlarını, ümummilli maraqları bu çərçivədə anlamağınızı anlaya bilmirəm. Necə yəni “mənim vaxtımda olmayıb ki!” Bu cavabı verən şəxs özünün hansı prinsiplər əsasında fəaliyyət göstərdiyini açıqca ortaya qoyur. “Haqsız və əsassız təbliğat işi” aparmağa macalım yoxdur. Haqlı və əsaslı problemləri qaldıraraq ölkə Prezidentinin apardığı islahatlara töhfə vermək isə boyun borcumdur. Təmənnasız bu iş tərif və mədhiyyədən fərqli olaraq çətin və məsuliyyətlidir!

İdris Abbasov,
filologiya elmləri doktoru, professor
//hurriyyet.org//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru