Saxlanılan icra başçısının “TIR” biznesi - Onunla birlikdə həbs edilən müavini bacısı oğludur...
Tarix: 8-12-2020, 12:30 | Çap et
 2006-cı ildə Cəlilabad rayonuna icra başçısı təyin edilən Əziz Əzizov 2018-ci ilə qədər bu vəzifədə işlədiyi dövrdə rayonu demək olar ki, kor qoymuşdu. Rayon sakinlərinin verdiyi məlumata görə Ə.Əzizov ancaq ona pul gətirən məmurlarla işləməyə üstünlük verib. Ə.Əzizov əsasən onun haqqında şikayət ərizəsi yazan şəxslərlə dil taparaq onlara rüşvət verərək susdurmağa çalışıb. Bununla razılaşmayanları isə köməkçisi Malik Şərbətovun əliylə həbs etdirib. Məsələn, “facebook” sosial şəbəkəsində Cəlilabaddakı məmur özbaşınalığını tənqid edən “Cəlilabadımız” səhifəsinin fəaliyyəti onu daim narahat edib. Bildirilir ki, vaxtilə həmin səhifəni işlədən gəncləri də cəzalandırıb. Hazırda isə həmin səhifə xaricdə yaşayan gənclərimiz tərəfindən idarə olunur. Ə.Əzizov ilk dəfə Cəlilabad rayonunda icra başçısı işləyib. Cəlilabad bir növ onun üçün təcrübə keçmək üçün gözdən uzaq bir rayon olub və o, burda istədiyini edib. Ə.Əzizov vəzifəsindən azad edilərkən buna sevinənlər də olub, sevinməyənlər də. Amma sakinlərin böyük əksəriyyəti deyib ki, çoxunuz Ə.Əzizovun ölənlərinə rəhmət oxuyacaqsınız.
Belə ki, Ə.Əzizov əvvəlcə Yasamal rayonuna icra başçısı təyin edilib və 10 ay sonra isə Suraxanı rayonuna icra başçısı təyin edilib. Cəlilabada icra başçısı təyin edilən Namiq Zeynalovdan isə sakinlərin gözləntisi böyük olub. Onlar N.Zeynalovun rayonda abadlıq işləri aparacağına və sahibkarları incitməyəcəyini ümid ediblər. Amma vəzifəyə təyin olunan N.Zeynalov Ə.Əzizovun köməkçisi M.Şərbətovu vəzifədən uzaqlaşdırıb. Daha sonra isə bacısı oğlu Məmmədov Mansur Xanoğlan oğlunu özünə birinci müavin təyin edib. Ərazi idarətetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vəliyev Yaşar Adışirin oğlu da onun göstərişi ilə vəzifəyə təyin edilib. Sakinlər bildirir ki, başçının bacısı oğlu olan M.Məmmədov rayonda əməlli-başlı bazar açıbmış, bütün pullar onun əliylə başçıya çatırmış. Bir müddət sonra rayon sakinləri “Qaynana” filmindəki kimi Nəsibə xanımın diliylə desək, “Hardasan ay Sevda?” deməyə başlayıblar və Ə.Əzizovun ölənlərinə həqiqətən də rəhmət oxuyublar.
N.Zeynalovun rayonda qalmaqala səbəb olan bizneslərindən biri də “TIR” dayanacağı olub. Hamıya məlumdur ki, Cəlilabad rayonun Maşlıq, Muğan, Söyüdlü və Kazımabad kəndləri geniş kartofçuluq təsərrüfatıyla məşğuldur. Hər il bu kəndlərdən Rusiyaya tonlarla kartof yola salınır. Yay aylarında Rusiyaya kartof daşımağa gələn “TIR”-lar kəndin yaxınlığında yerləşən “Dəyirman” kafesinin həyətində dayanırdı və sürücülər onlar üçün sərfəli qiymətə təklif olunan yeməklərlə qidalanırdılar. Bununla yanaşı, onlara yatmaq üçün yerlər də verilib. Bunu görən N.Zeynalov dərhal götür-qoy etməyə başlayıb. Əvvəlcə kafe sahibinin ona aylıq verməsini təklif edib. Lakin bu baş tutmadığı üçün o, Muğan kəndinin girişində, keçmiş spirt zavodunun həyətində özünə “TIR”-lar üçün dayanacaq düzəltdirib. Daha sonra onun göstərişi ilə “Dəyirman” kafesinin həyətində olan bütün “TIR”lar ora göndərilib.
Burda isə N.Zeynalov elə bir şərait yaradıb ki, sürücülər heç bir yerə gedə bilməyiblər. Onun təklif etdiyi xidmətlər bundan ibarət olub. Hər bir sürücü reysə çıxarkən 60 AZN yer haqqı verməlidir, bununla yanaşı, onun bütün sənədləri dayanacaqda yerləşən ofisdə hazırlanmalı və pul da bura ödənməlidir. Daha sonra dayanacağın həyətində fəaliyyət göstərən kafedə sürücülər baha qiymətə fəaliyyət göstərən kafedə yemək yeməlidir. Sürücülərə yatmaq üçün yer təklif olunmadığı üçün onlar maşında yatmalı olublar. Sakinlər bildirir ki, ötən yay pandemiyaya görə kafelər işləməsə də, məhz başçısının dayanacağında fəaliyyət göstərən kafe işləyib. Çarəsiz qalan sürücülər isə bütün bunlarla razılşamağa məcbur olublar. Zaman keçdikcə isə sakinlər bir çox rayonun icra başçısı kimi N.Zeynalovun da DTX tərəfindən həbs edilməsini arzu etməyə başlayıblar. Sakinlər bununla da rayonda məmur özbaşınalığına son qoyulacağına ümid edirlər. //Moderator.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
| • Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30 |
|
|
|
| • Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
| • Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15 |
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
| • Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00 |
|
|
|
| • Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57 |
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51 |
|
|
|
|