Bakcell və “PwC Azərbaycan”ın birgə layihəsindən 100 uşaq bəhrələnib
Tarix: 3-08-2018, 16:41 | Çap et
 DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi növbəti “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi başa çatıb.
DİA.AZ xəbər verir ki, özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin edən Bakcell sözügedən layihənin icrasında aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan “PwC Azərbaycan”la səylərini birləşdirib. Bakcell və PwC şirkətlərinin əməkdaşlığı sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradılıb.
Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) Mərkəzində həyata keçirilən rəsm, rəqs və teatr dərnəyindən ümumilikdə 75 uşaq yararlanıb. Xaçmaz İƏR mərkəzində isə 24 uşaq rəqs və rəsm dərnəklərinə cəlb olunub.
Valideynlər keçirilən dərnəklərin uşaqların həyatında böyük rol oynadığını dəfələrlə qeyd ediblər. Aşağı ətrafların inkişafdan geri qalması çətinliyi olan Rəsul Zəkiyevin anası Mehriban Zəkiyeva deyir ki, “İncəsənət vasitəsilə ünsiyyət” onun oğlunun inkişafında mühüm rol oynayıb: “Oğlum noyabr ayından Yasamal İƏR mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinə gedirdi. Bu məşğələlər müddətində Rəsulun özünəinamın artdığını, həmyaşıdları ilə həvəslə ünsiyyət qurduğunu gördüm. Həmçinin rəsm çəkməklə oğlumda gizli qalmış istedadı aşkarlamış olduq. Bu hal məni çox sevindirir və oğluma dəstək olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, bu dərnəklərdən 2010-cu ildən başlayaraq Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihədən hər il onlarla uşaq bəhrələnir və uğur qazanır. “Bu vaxta kimi Xaçmaz İƏR mərkəzinin dərnəklərindən yararlanan uşaqlar şahmat, dama, armreslinq yarışlarında uğurla iştirak edərək mükafatlar qazanıb. Uşaqların çəkdiyi rəsmlər dəfələrlə müxtəlif sərgilərdə nümayiş olunub. Rəqs dərnəyinə qatılan uşaqlar Əlillərin VII Ümumrespublika Bədii Yaradıcılıq Zona Baxış Müsabiqəsində iştirak edərək xüsusi diplomlarla təltif olunublar. Ənənəvi olaraq hər il keçirilən 3 dekabr Beynəlxalq Əlillər Günü, Yeni İl şənliyi, Novruz bayramı, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi bayram tədbirlərində iştirak təkcə uşaqların deyil, onların valideynlərin də həyatında dəyişikliklərə səbəb olur”, deyə UAFA-nın Xaçmaz İƏR mərkəzinin Koordinatoru Kəmalə Əliyeva bildirib.
Yasamal İƏR mərkəzinin Valideyn Birliyi Koordinatoru Zəhra Xələfova deyir ki, Mərkəzdəki dərnəklərə qatılan uşaqlar müxtəlif tədbirlərdə böyük həvəslə iştirak ediblər: “Müasir İncəsənət Muzeyinin “Sehirli çubuq” layihəsi çərçivəsində bizim uşaqların rəsmlərindən ibarət kitab çap edilib. Novruz bayramında uşaqlarımız Rəssamlar Akademiyasında keçirilən “Saf Rənglər” adlı rəsm sərgisində uğurla iştirak ediblər. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə teatr dərnəyi “Qırmızı papaq” nağılını səhnələşdirdi. Bunların hamısı uşaqların aylarla dərnəklərdə öyrəndiklərinin bəhrəsi idi”.
Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11 |
|
|
|
| • "Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10 |
|
|
|
| • Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02 |
|
|
|
| • "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47 |
|
|
|
| • Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36 |
|
|
|
| • “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30 |
|
|
|
| • Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33 |
|
|
|
| • Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28 |
|
|
|
| • Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19 |
|
|
|
| • Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13 |
|
|
|
| • Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07 |
|
|
|
| • “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05 |
|
|
|
| • Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03 |
|
|
|
| • Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01 |
|
|
|
| • Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58 |
|
|
|
| • Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55 |
|
|
|
| • ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50 |
|
|
|
| • Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49 |
|
|
|
| • Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46 |
|
|
|
| • Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44 |
|
|
|
| • Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42 |
|
|
|
| • Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40 |
|
|
|
| • Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
| • Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34 |
|
|
|
| • Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19 |
|
|
|
| • FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12 |
|
|
|
| • Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56 |
|
|
|
| • İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53 |
|
|
|
| • Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51 |
|
|
|
| • "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47 |
|
|
|
| • "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44 |
|
|
|
| • "Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39 |
|
|
|
| • "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33 |
|
|
|
| • SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19 |
|
|
|
| • Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55 |
|
|
|
| • “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49 |
|
|
|
| • TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33 |
|
|
|
| • İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03 |
|
|
|
| • SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58 |
|
|
|
| • Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50 |
|
|
|
| • Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38 |
|
|
|
| • “Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36 |
|
|
|
| • Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19 |
|
|
|
| • Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14 |
|
|
|
| • Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13 |
|
|
|
| • Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09 |
|
|
|
| • 100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07 |
|
|
|
| • 24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00 |
|
|
|
|