“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                 

Unun tərkibinə zərərli maddələr qatılır - Çörəklə bağlı təhlükəli vəziyyət
Tarix: 25-04-2018, 08:11 | Çap et
Unun tərkibinə zərərli maddələr qatılır
Ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər var. İstər qida məhsulları istehsalı ilə məşğul olan müəssisələrdə, istərsə də satış mərkəzlərində ortaya çıxan bıabırçı faktlar cəmiyyətdə də ciddi narazılıqla qarşılanır.

Gündəlik tələbat məhsullarından olan çörəklə bağlı da vəziyyət acınacaqlıdır. Bakıda istehsal olunan çörək və çörək məhsullarının keyfiyyəti ilə bağlı mediada yayılan məlumatlar da buna sübutdur. Çörəyin içindən yad əşyanın (dəmir parçası, ip və s.) çıxması ilə bağlı xəbərlərlə demək olar ki, vaxtaşırı rastlaşırıq. Bu kimi neqativ hallar Bakıda fəaliyyət göstərən ən xırda çörək sexindən tutmuş, ən nüfuzlu fabrik və zavodların istehal etdiyi çörəklərdə müşahidə olunub. Təəssüflə qeyd etmək lazımdır ki, bu cür hallar intensivləşsə də, aidiyyatı qurumlar ciddi tədbir görmür.

Ən ciddi problemlərdən biri də çörəkbişirmə prosesində istifadə olunan un və qatqı maddələri ilə bağlıdır. Artıq ekspertlər vəziyyətin kritik həddə olduğunu bildirirlər.

Bu barədə "Reytinq” qəzetinə açıqlama verən "Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Elçin Bayramlı deyib ki, bəzi qidalar xəstəliyə yol açan başlıca vasitədir. Onun fikrincə, bu sıraya çörək də daxildir:

"Bu gün süfrələri çoxları çörəksiz təsəvvür etmir. Hər bir xörək növü ilə çörəyi bir yerdə görmək adət halını alıb. Amma bu, yalnız bəzi ölkələrdə belədir. Bəşəriyyət yavaş-yavaş çorəyə "Əlvida" deyir. Heç olmasa, bir dəfə inkişaf etmiş ölkələrdə olan hər kəs bunu aydın dərk edir.

Məşhur rus alimi A. P. Çuprin yazır ki, elmin hələ mövcud olmadığı dövrdə insanın bütün qidalar arasında çörəyə üstünlük verməsi bəşəriyyəti çox mürəkkəb, çıxılmaz vəziyyətdə qoyub. Nə qədər torpaq əkilir, çörək istehsalına nə qədər vəsait, nə qədər əmək sərf olunur! Nəticədə insanlar sağlamlıq əvəzinə xəstəlik qazanır.

Ölkəmizdə çörək problemi yarandığı illərdəki vəziyyəti xatırlayın - insanlar çörək almaq üçün az qala bir-birini qırmağa hazır idi. O zaman məndə sual yaranmışdı - bir tikə çörəkdən ötrü özümüzü bu qədər "öldürməyimizə" dəyərmi? Dünya şöhrətli alimlər - Herbert Şelton, Neumıvakin, Katsuzdo Nişi, Canan Karatay və digərləri bu suala "Yox!" cavabı verirlər.

Heç olmasa, bircə dəfə xarici ölkədə olanlar təsdiq edər ki, yüksək sivilizasiyalı ölkələrdə çörəyi geridə qalmış ölkələrə nisbətən 10 dəfə az yeyirlər”.

E. Bayramlının sözlərinə görə, taxıl məhsulunun ən böyük qüsuru odur ki, onun tərkibindəki amin turşularının tarazlığı qeyri-mütənasibdir:

"Dənli bitkilərdən hazırlanmış qida, zülal tarazlığını pozduğundan orqanizm daha çox zülal tələb edir. Onu həzm etmək və qana sormaq ücün isə, çoxlu vitamin tələb olunur. Mütəxəssislər məsləhət görür ki, çörəkdən əl çəkə bilməyənlər heç olmasa, kobud üyüdülmüş və aşağı sort undan hazırlanmış çörək yeməlidirlər. Mədə-bağırsağın düşməni, şəkər xəstəliyinə səbəb olan ağ çörəkdən isə tamamilə uzaqlaşmaq lazımdır. Təkcə çörək yox, şirniyyat məhsullarını da buraya aid etmək lazımdır”.

Ekspert nəzərə çatdırıb ki, hazırda çörəklə bağlı əsas problem GMO (geni dəyişdirilmiş) buğdadan və ultrakimyəvi mayadan istifadə olunmasıdır. "GMO-nun necə dəhşətli təhlükə yaratdığı, oqranizmdə genetik səviyyədə dəyişiklik etdiyi hamıya aydındır və bu barədə ətraflı danışmağa ehtiyac görmürəm. Yeni növ maya (droj) isə ondan heç də geri qalmır. Çörək mayasının tez əmələ gəlməsi üçün bu kimyəvi mayadan istifadə edirlər ki, o da orqanizm üçün çox zərərlidir, hətta bəzi alimlərin rəyinə görə xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Ona görə də, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə ciddi yoxlama aparmalıdır. Çünki çörək və un məmulatları strateji sahədir, əhalinin salamlığı ilə bağlı ən vacib sektordur. Həm xaricdən gətirilən GMO buğdalar yoxlanmalıdır, həm də maya. Hazırda isə bu sahədə özbaşınalıqdır. Misal üçün, Mağtağa çörək zavodu çörək adı ilə palçıq kimi bir məhsul düzəldib satır və əhalini zəhərləyir. Bu zavodun rəhbərliyi ciddi cəzalandırılmalıdır. Bəzi zavodlar isə geri qaytarılan çörəkləri yenidən xəmirə qatıb çörək bişirirlər.

Bundan başqa, bəzi məlumatlara görə, çörək zavodları çox aşağı keyfiyyətli un alıb, ona unifer deyilən maddə qatmaqla, ondan əla növ ağ çörək bişirirlər. Unifer isə çox təhlükəli maddə kimi dünya ölkələrində çoxdan qadağan edilib.

Qısası, ölkədə xəstəliklərin sürətlə artmasında çörək və un məmulatları sektorunun da mühüm rolu vardır. Bu hallara son qoyulmalıdır”, – deyə E. Bayramlı fikrini tamamlayıb.

ADP sədrinin müavini, həkim anestezioloq-reanimatoloq Həsrət Rüstəmov da mövzu ilə bağlı maraqlı məqamlara toxunub. H. Rüstəmov "Reytinq”in əməkdaşına deyib ki, un məmulatları əhali tərəfindən ən çox istehlak edilən qida məhsulu olduğundan daim diqqətdə saxlanılmalıdı:

"Ən yaxşı çörək tam taxıl unundan hazırlanmış kəpəkli çörəkdir. Başqa cür desək, bu sahədə qızıl standart - nənə-babalarımızın tarlada əkdiyi, dəyirmanda üyütdüyü taxıldan hazırlanmış çörəkdir. Təbii ki, əhalinin sürətlə artdığı indiki dövrdə bu cür çörək çoxları üçün arzuya çevrilir. Amma inkişaf etmiş ölkələr qida məhsullarına, o cümlədən çörəyin tərkib elementlərinə ciddi nəzarət edirlər. Məsələn, Türkiyədə çörək məhsullarının tərkibinə vurulan qatqılarla bağlı, onların dəqiq miqdarına, insan orqanizmi üçün təhlükəsinədək məlumatlar verilir. Bizdə isə vəziyyət - bir çox digər sahələrdə olduğu kimi - burda da ürəkaçan deyil.

Unun ağardılması, yapışqanlılığının artırılması, ondan hazırlanan çörəyin gec boyatlaması və s. məqsədlər üçün tərkibinə müxtəlif kimyəvi qatqılar vurulur. Buraya Vitamin C, dəmir mineralı, xörək duzu kimi təhlükəli olmayan və ya faydalı qatqılarla yanaşı insan orqanizminə təhlükə yaradan qatqılar da daxildir. Məsələn, unun ağardılması üçün Benzoil peroksid adlı E928 ilə markalanmış kimyəvi maddədən istifadə edilir ki, bu maddə də ciddi allergiya törədən xüsusiyyətə malikdir. Və ya bu cür markalanmış çoxsaylı maddələr, hətta heyvan tükündən hazırlandığı bildirilən maddələrin qatılması haqqında da məlumatlar verilir. Bu maddələrin konserogen olması şübhələri var. Böyük ehtimalla sayında ciddi artım olan ağır xəstəliklərin yaranmasında bu cür qidaların mühüm rolu var”.

Həkim-ekspert GMO-lu məhsullardan da danışıb. Deyib ki, genetik modifikasiya olunmuş məhsullar bəladır:

"Artıq sübut olunub ki, GMO məhsulları bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur. Son tədqiqatlardan biri İtaliyada aparılıb və artıq nəticə məlumdur. GMO məhsulları ilə qidalandırılan laboratoriya heyvanlarında bədxassəli şişlər digər qrupa nisbətən 3-4 dəfə artıq əmələ gəlib.

Ona görə də haqqında bəhs etdiyimiz sahəyə nəzarət və diqqət artırılmalıdır. Ən azından insanlar maarifləndirilməlidir. Kütləvi hazırlanan un məmulatları, o cümlədən çörəyin tərkibində nə varsa, xalqa tam açıqlanmalıdır. Qoy insanlar özləri seçsinlər ki, onlar hansı məhsullara üstünlük verirlər: GMO və ya orqanik məhsullara”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da çörək bişirilməsi zamanı əlavə edilən qatqılarla bağlı narahatlığını ifadə edib. E. Hüseynovun sözlərinə görə, bu qatqıların əlavə edilməsi çörəyin yararlılıq müddətinin artırılmasına hesablanır: "Kəpək insan orqanizmi üçün çox xeyirlidir. Ona görə də onun çörəyə qarışdırılması xeyirli komponent sayıla bilər. Tam kəpəkli çörək də faydalıdır. Lakin o başqa məsələdir ki, kəpək necə və nədən əldə olunub.

İnsanlar çörəyin tez xarab olması və yaxud uzun müddət saxlanılsa da, xarab olmaması ilə bağlı şikayətlər edirlər. Birinci halda çörəklərdə yapışqan olur. Bu isə o deməkdir ki, onun tərkibinə kimyəvi maddələr qarışdırılır”.

AİB sədri diqqətə çatdırıb ki, çörəyin uzun müddət qalması üçün bəzən onun tərkibinə arzuolunmaz maddələr qarışdırırlar:

"Üç il öncə Azərbaycanda 1,5 il müddəti olan Almaniyada istehsal olunmuş çörək var idi. Mübarizə apararaq onun yararlılıq müddətinin qısaldılmasına nail olduq. Çörək 72 saatdan sonra qurumur, xarab olmursa, deməli, onun tərkibində kimyəvi maddələr mövcuddur. Çörəyə qatılan bu qatqıların 200-dən çox növü var. Çörəyə belə qatqıların əlavə edilməsinə səbəb isə malların yararlıq müddətinin artırılmasına hesablanıb. Bu isə insan səhhətinə mənfi təsir göstərir".

E. Hüseynov sonda qeyd edib ki, çörəkçilərin bir yerə yığılaraq assosiasiya yaratmaları üçün təkliflərlə çıxış etsə də, çörəkçilər toplaşıb problemlərini həll etmək istəmirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Bu gün, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Bu gün, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru