Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu .....                     Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət .....                     Bəs kimə təhsil eksperti demək olar? .....                     AzəriQaz-da MAAŞLAR QALXIB: Amma görün, necə... .....                     İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu .....                     Bu qiymətlərlə NƏ ETMƏLİ?.. .....                     Şərur xəstəxanası ACINACAQLI DURUMDA .....                     Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar .....                     Simonyan niyə partladı... .....                     Putin Ermənistanı “sivil boşanmaya” çağırdı .....                     Məmur tamahının qurbanı olan 120 milyard manat... .....                     Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb .....                     İran Hörmüzdən sui-istifadə etməyə başlayıb .....                     Burda da müştəriyə KƏF GƏLİRLƏR .....                     Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı .....                     Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… .....                     Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır .....                     "Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." .....                     "CBC Sport"da nə baş verir? .....                     Kəmalə Günəşliyə “padxod” edən həkim... .....                     Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir .....                     “Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” .....                     "TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi .....                     Hər kəsin unutduğu xalq artisti... .....                     İran Hörmüz blokadasını Xəzər üzərindən yarır .....                     İsrail İraq səhrasında gizli hərbi baza qurub .....                     75 min ailəyə hər ay 500 manat yardım... .....                     Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! .....                     ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb .....                     Paşinyan və revanşistlər ölüm-dirim savaşında: .....                     SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? .....                     Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? .....                     Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" .....                     Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var .....                     Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib .....                     Güllələnən kafe sahibi barədə yeni məlumatlar .....                     Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb .....                     Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb .....                     "Bu yaşımda da ayağımdan çəkirlər?" .....                     Ağzında çörək... BİR ALA QARĞA... .....                 

"Bakcell" ən yeni texnologiyaların tətbiqini davam etdirəcək"
Tarix: 15-02-2018, 11:02 | Çap et
"Bakcell" ən yeni texnologiyaların tətbiqini davam etdirəcək"
DİA.AZ: - "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers "Bakcell" şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ilə dair planları ilə bağlı müsahibə verib. DİA.AZ-ın xəbərinə görə, müsahibəni şirkətin öz müştərilərinə hesabatı kimi də dəyərləndirmək olar. Nikolai Beckers bildirib ki, qazandıqları uğurları tək "Bakcell"in deyil, Azərbaycanın bütün telekommunikasiya sektorunun nailiyyəti hesab edir.

- Texnologiya və şəbəkənin təkmilləşdirilməsi baxımından şirkətinizin 2017-ci ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Hamıya məlum olduğu kimi, "Bakcell" şirkəti innovasiyalar və mobil internet xidmətləri sahəsində liderdir. Buna baxmayaraq, şəbəkəmizin keyfiyyəti və əhatə dairəsinin daha da təkmilləşdirilməsi məqsədilə biz şəbəkəmizə böyük həcmdə investisiyalar yatırmağa davam edirik. Keçən il də istisna olmayıb və tərəfimizdən böyük miqyaslı işlər həyata keçirilib ki, abunəçilərimiz bazarda ən yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanmaq imkanı ilə təmin olunsunlar.

- Qlobal tendensiyalara əsasən, müasir mobil əlavələr və xidmətlər böyük həcmlərdə data trafikin ötürülməsini təmin edə biləcək daha sürətli şəbəkələrin istifadəsini nəzərdə tutur. Bu kimi tələblərin yerinə yetirilməsi üçün hansı tədbirlərı görürsünüz?

- Bütün Azərbaycan ərazisində “Bakcell”in 3G şəbəkəsinin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə işlərlə yanaşı, şirkətimiz müştərilərə ultra-sürətli 4G (LTE) təcrübəsinin təqdim edilməsi üçün tədbirlər görməkdədir. "Bakcell" şirkətinin tətbiq etdiyi ən müasir LTE-A (LTE Advanced) texnologiyası sayəsində, abunəçilərimiz artıq saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlana bilirlər. 4G xidməti sayəsində "Bakcell" müştəriləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanacaqlar. Bu isə daha az ləngimə və daha böyük sürət deməkdir.

İstehlakçıların mobil data xidmətlərinə verdiyi əhəmiyyətin gündən-günə artdığı bir vaxtda biz Azərbaycanda aparıcı mobil internet provayderi mövqeyimizi qoruyub saxlamalıyıq. Bu səbəbdən bizim peşəkar komandamız abunəçilərimiz üçün ən yüksək səviyyəli müştəri təcrübəsini təmin etməyə çalışır və buna nail olur. Bu yaxınlarda keçirilmiş “Bakutel” sərgisində tərəfimizdən "Nokia" şirkəti ilə birgə mobil rabitə sənayesinin ən son texnologiyası olan 5G-yə hazırlığı nümayiş etdirmişik. Biz mobil data istifadəçilərinin ehtiyac və tələblərini başa düşüb onların gözləntilərini doğrultmaq üçün əlimizdən gələni edirik.

- 4G şəbəkənizin əhatə dairəsinin genişləndirilməsinə dair planlarınız nədir?

- Keçən ilin noyabr ayında Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə 4G (LTE) stansiyalarının quraşdırılması ilə respublikamızın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə müvəffəqiyyətlə start vermişik. Bir neçə gün öncə isə ölkənin və şimal rayonlarında 4G xidməti aktiv oldu. Artıq Bakı və Abşeron yarımadasının sakinləri ilə yanaşı, bizim Gəncədə və şimal rayonlarındakı müştərilərimiz də "Bakcell" şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli internetdən yararlana biləcəklər. Hazırda bizim texniki şöbənin əməkdaşları 4G-nin əhatə dairəsinin Azərbaycanın digər böyük şəhərlərinə də yayılması üçün müvafiq tədbirlər görür. Yaxın gələcəkdə "Bakcell"in 4G şəbəkəsinin aktiv olduğu şəhərlərin adlarını hamı ilə bölüşəcəyik.

- Sizin fikrinizcə, şəbəkə və texnologiya baxımından "Bakcell" şirkətinin 2017-ci ildə ən yaddaqalan uğurları hansılardır?

- İlk növbədə böyük qürur hissi ilə qeyd etmək istərdim ki, 2017-ci ilin may ayında "Bakcell" şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün "Bakcell" burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.

2017-ci ilin avqust ayında isə HD Voice texnologiyasını istifadəyə verib və səsin yüksək keyfiyyətdə ötürülməsi texnologiyasının tətbiqi ilə əlaqədar abunəçilər bir-biri ilə danışarkən səs tezliyi diapazonunun genişləndirilməsi sayəsində adi zəngdən fərqli olaraq, nitqi çox yüksək dəqiqliklə eşitmək imkanına malik oldular.

Artıq qeyd etdiyim kimi, 4G şəbəkəsinin Bakı və Abşeron yarımadasının ərazisinin tam əhatə etməsini təmin etmək üçün işlər başa çatdırılıb və 4G xidmətlərinin Azərbaycanın digər böyük şəhərlərində də göstərilməsi istiqamətində işlərə start verilib.

Və nəhayət, bu yaxınlarda, yəni 2018-ci ilin yanvar ayında "Bakcell" şirkəti böyük məmnuniyyətlə özünün ultra-sürətli 4G (LTE) mobil internet xidmətinin Bakı şəhərinin bütün metro stansiyalarında istifadəyə verilməsini elan edib. Bizim müştərilərimiz artıq platformalarda qatarı gözləyərkən belə bizim sürətli 4G mobil internet şəbəkəmizdən yararlanmaq imkanı qazanıblar.

Bütün bunlar tək "Bakcell" şirkətinin deyil, Azərbaycanın bütün telekommunikasiya sektorunun nailiyyətidir və biz əminik ki, bu sahədə gördüyümüz istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək.

- Telekommunikasiya sahəsinə aid ən son innovasiyalar və qlobal tendensiyaların öyrənilməsi və tətbiq edilməsi sahəsində şirkətiniz nə dərəcə aktivdir?

- "Bakcell" şirkəti innovasiyalar sahəsində artıq özünü doğrultmuş liderdir və Azərbaycan istehlakçılarının dünyanın ən son tendensiyaları və yerli bazarın tələblərinə uyğun olan ən son məhsul və xidmətlərdən yararlanmasının təmin edilməsi üçün əlimizdən gələni edir. Dünyanın telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə "Bakcell" müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirlərində və sərgilərdə iştirak edir, müştərilərə ən yüksək səviyyədə xidmət göstərməyə kömək edə biləcək ən yaxşı ideyalarla qayıdıb onları tətbiq etməyə çalışır. Məsələn, "Bakcell" şirkəti 2017-ci ilin 25-28 sentyabr tarixində Cənubi Koreya Respublikasının Busan şəhərinə keçirilən Beynəlxalq “ITU Telecom World 2017” sərgisinə qatılmışdı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həmin tədbirdə təşkil etdiyi Azərbaycan Milli Pavilyonu çərçivəsində quraşdırılmış “Bakcell” stendində sərgi iştirakçılarına şirkətin xidmət və məhsulları təqdim edilmiş və stend iştirakçılar arasında böyük marağa səbəb olmuşdu.

2017-ci ilin 5-8 dekabr tarixlərində keçirilmiş “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş "Bakcell" stendi sərgi qonaqlarının böyük marağına səbəb olaraq, bu nüfuzlu tədbirin ən populyar və ziyarət olunan stendinə çevrilmişdi. Stendin ziyarətçiləri Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının inanılmaz sürətini görmək imkanını qazanmışdılar. Nəticədə innovativ və misilsiz məzmun sayəsində "Bakcell" şirkətinin stendi sərginin ən orijinal stendi seçilmiş və “BakuTel-2017” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkətindən rəsmi sertifikata layiq görülmüşdü.

Bundan əlavə, qeyd etmək lazımdır ki, 2017-ci ildə "Bakcell" şəbəkəsi və göstərdiyi mobil internet xidmətləri iki dəfə beynəlxalq bençmarkinq şirkətləri tərəfindən mükafatlarla təltif edilib. Belə ki, "Bakcell" İnternet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkətinin “Ən sürətli mobil rabitə şəbəkəsi” mükafatına layiq görülüb. “Ookla” şirkətinin “Speedtest” xidmətindən istifadə etməklə Azərbaycanda abunəçilər tərəfindən aparılmış yoxlamaların nəticələrinə görə, "Bakcell" şəbəkəsində ən yüksək endirmə (download) və yükləmə (upload) sürəti ilə yanaşı, ən aşağı latentlik (gözləmə intervalı) təmin edilir.

Bundan başqa şirkətimiz daha bir beynəlxalq səviyyəli mükafat ilə təltif edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən "Bakcell" şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb. Mən əminəm ki, uğurlarımız gələn illərdə də davam edəcək və "Bakcell" istifadəçilərinə ən yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanacaqlar.

- 2018-ci il üçün hansı planlarınız var və şəbəkənizi daha da təkmilləşdirmək istiqamətində hansı işlər nəzərdə tutulub?

- 2018-ci il ərzində Bakı şəhəri və Abşeron yarımadasında 3G və 4G xidmətlərimizin təkmilləşdirilməsi və optimallaşdırılmasına yönəlmiş işlərlə yanaşı, 4G xidmətinin əhatə dairəsinin ölkənin digər bölgələrində də genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək. "Bakcell" öz şəbəkəsinə böyük həcmlərdə investisiyalar yatırmağa davam edir. Bundan başqa, "Bakcell" şəbəkəsinin üstünlüyünü təmin etmək və qorumaq üçün biz ən yeni texnologiyaların tətbiq olunmasını davam etdirəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu - Fitso
Bu gün, 09:35
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə məzar sahəsi satılır
Bu gün, 09:33
Bəs kimə təhsil eksperti demək olar? - ŞƏRH
Bu gün, 09:20
AzəriQaz-da MAAŞLAR QALXIB: Amma görün, necə... - İLGİNC FAKTLAR
Bu gün, 09:12
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - TƏFƏRRÜAT
Bu gün, 09:00
Bu qiymətlərlə NƏ ETMƏLİ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:46
Şərur xəstəxanası ACINACAQLI DURUMDA - MÜRACİƏT
Bu gün, 08:38
Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar - ANIM
Bu gün, 08:23
Simonyan niyə partladı... - AKTUAL
Bu gün, 08:20
Putin Ermənistanı “sivil boşanmaya” çağırdı - Fərqli variantın Ukrayna ssenarisi olacağını elan etdi
Bu gün, 08:13
Məmur tamahının qurbanı olan 120 milyard manat... - BU NƏDİ BELƏ?
Bu gün, 08:09
Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb
Bu gün, 08:02
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
Bu gün, 07:48
Burda da müştəriyə KƏF GƏLİRLƏR - GİLEY
Bu gün, 07:46
Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı - KİV
Bu gün, 07:33
Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… - Nazir Nəsimi Nəsibovu niyə cəzalandırmır?
Bu gün, 07:20
Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır – Sadalanmayan milyon səbəb…
Bu gün, 07:15
"Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." - ETİRAZ
Bu gün, 07:09
"CBC Sport"da nə baş verir? - "Texniki problemlər"in sıralanması təsadüfdürmü?
Bu gün, 07:02
Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO
Bu gün, 06:59
Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir - ÇÜNKİ...
Bu gün, 06:49
“Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” - GƏLİŞMƏ
Bu gün, 06:46
"TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi - FOTO
Bu gün, 06:43
Hər kəsin unutduğu xalq artisti...
Bu gün, 06:38
İran Hörmüz blokadasını Xəzər üzərindən yarır - Limanlar gecə-gündüz işləyir
Bu gün, 06:32
İsrail İraq səhrasında gizli hərbi baza qurub - WSJ
Bu gün, 06:30
75 min ailəyə hər ay 500 manat yardım... – Bu, uşaqpulunu əvəz edir?
Bu gün, 06:27
Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! - rəsmi Berlin QƏRAR VERMƏYƏ HAZIRLAŞIR
Bu gün, 06:25
ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb - KİV
Bu gün, 06:18
Paşinyan və revanşistlər ölüm-dirim savaşında: - Ermənistanın gələcəyi təhlükədə
Dünən, 13:34
SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? - "İllərdir səbrlə gözləyirdik..."
Dünən, 13:20
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? - GƏLİŞMƏ
Dünən, 13:01
Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" - TƏFƏRRÜAT
Dünən, 12:57
Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var - Alman general
Dünən, 12:10
Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib
Dünən, 12:08
Güllələnən kafe sahibi barədə yeni məlumatlar - 4 azyaşlı övladı var
Dünən, 12:05
Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb - Qriqoryan
Dünən, 11:56
Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb - Azərbaycan nə edəcək?
Dünən, 11:51
"Bu yaşımda da ayağımdan çəkirlər?"
Dünən, 11:41
Ağzında çörək... BİR ALA QARĞA... - MODERN TƏMSİL
Dünən, 11:38
Qarabağ Universitetinə sektor müdiri təyin olundu - ƏMR
Dünən, 11:35
Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü – DETALLAR
Dünən, 11:30
Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... - FOTO
Dünən, 11:20
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb
Dünən, 11:10
Qarabağ məsələsi bağlanıb! - Alen Simonyan
Dünən, 11:09
Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub - "Politico"
Dünən, 10:57
Moskvanın Zelenski ilə bağlı açıqlamasına İrəvandan cavab: - Nə danışacağını haradan biləydik?
Dünən, 10:55
"İctimai TV mənim üçün sadəcə bir iş yeri deyil, çox doğma bir məkandır"
Dünən, 10:45
MANATO.AZ bu dəfə vətəndaşı HƏDƏLƏYİR... - Təhqir... Təhdid...
Dünən, 10:30
“Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi
Dünən, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru