Bu gün Formula 1 yarışının Bakıda keçirilməsinə dair müqavilənin imzalanmasından 2 il ötür
Tarix: 28-04-2016, 17:51 | Çap et
 DİA.AZ: - Bu gün Azərbaycan Höküməti ilə Formula 1 Rəhbərliyi arasında Formula 1 Dünya Çempionatı çərçivəsində Qran Pri yarışlarından birinin paytaxt Bakı şəhərində keçirilməsinə dair müqavilənin imzalanmasının 2-ci ildönümüdür.
DİA.AZ xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu münasibətlə öz təbriklərini bildirib:“Biz bundan düz iki il əvvəl Bakıda ilk dəfə Formula 1 Qran Pri yarışının keçirilməsinə dair müqavilə imzaladıq. Komandamız ölkəmiz üçün tarixi əhəmiyyətə sahib bu idman yarışını uğurla həyata keçirmək üçün yorulmadan çalışır. Mən fürsətdən istifadə edərək bu işdə əməyi keçən və bu arzunun gerçəkləşməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz əminik ki, Bakı Şəhər Halqası, 2016-cı il Formula 1 Avropa Qran Prisinin “Odlar ölkəsində, Sürət zirvəsində!” devizini böyük uğurla reallaşdıracaq”. Formula 1-in ən yeni şəhər treki özündə tarixiliklə müasirliyi birləşdirən paytaxt Bakının gözoxşayan mənzərəyə sahib mərkəzi küçələrində yerləşir. YUNESKO-nun Ümumdünya Maddi İrsi Siyahısına salınmış tarixi İçəri Şəhər qoruğunun, müasir üslubda inşa olunmuş əzəmətli Alov Qüllələrinin və füsünkar gözəlliyə sahib Dənizkənar Parkın trekin ətrafında yerləşməsi Bakını Formula 1 yarışının zövqlə izləniləcəyi unikal məkana çevirir. Bakı Şəhər Halqasının memarı Herman Tilkeyə görə, Formula 1-in Azərbaycanda inşa olunmuş ən yeni treki dünyada ən sürətli şəhər treki ünvanına tezliklə yiyələnəcək. Herman Tilke əməliyyat şirkətinin rəsmi saytına verdiyi müsahibədə bildirib ki, Bakı Şəhər Halqası sahib olduğu bir sıra xüsusiyyətlərə görə digər treklərdən fərqlənir: “Bakı Şəhər Halqasını Formula 1-in daimi trekləri ilə müqayisə etmək düzgün deyil. Çünki bu, şəhər trekidir. Anoloji treklərlə müqayisədə Bakı Şəhər Halqası öz unikallığı ilə seçilir. Bu trekin Formula 1 təqvimində şəhər treklərinin ən sürətlisi olacağı gözlənilir. Trekin şəhərin tarixi məkanlarından keçməsi həm tribunalarda, həm də televiziya ekranları qarşısında əyləşən tamaşaçılar üçün qeyri-adi və yaddaqalan yarış əhval-ruhiyyəsi yaradacaq. Bakı Şəhər Halqası məhz bu xüsusiyyətinə görə azarkeşləri özünə cəlb edəcək. Bu baxımdan deyə bilərəm ki, Formula 1 təqvimində Bakı Şəhər Halqasına bənzər ikinci bir trek yoxdur və bu trek mövsümün ən həyəcanlı yarışına ev sahibliyi edəcək.” Yarış həftəsonu ərəfəsində dünya müsiqisinin ən məşhurlarından Kris Braunun, Enrike İqlesiasın və Farel Vilyamsın Bakıda ən çox dinlənilən mahnıları ilə çıxış etməsi Avropa Qran Prisini daha yaddaqalan edəcək. Bu dünya ulduzları 17-18 iyun tarixlərində hər gün biri olmaqla müvafiq ardıcıllıqla Formula 1 Şəhərciyində qurulmuş səhnəyə çıxacaq və yarışı izləmək üçün dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar. 17-19 iyun tarixlərində Bakıda pilot və azarkeşləri nələrin gözlədiyinə şahid olmaq istəyirsinizsə, Bakı və Formula 1-in ən yeni şəhər treki haqqında hazırlanmış video-materialı bu keçiddən izləyə bilərsiniz: www.bakucitycircuit.com/az/media/video 2016-cı il Formula 1 Avropa Qran Prisinə biletlər satışdadır! Bu möhtəşəm şəhərin mərkəzi küçələrində dünyanın ən məşhur Formula 1 pilotlarının amansız rəqabətinə 7 həftənin qaldığı bir ərəfədə əməliyyat şirkəti bütün Formula 1 azarkeşlərinə qısa müraciət ünvanlamaq istəyir: Siz burada yarışdan artığına şahid olacaqsınız. Odur ki, indi var ikən bilet almağa tələsin! 2016-cı il Formula 1 Avropa Qran Prisinə bilet almaq və yarış ərəfəsində Bakıya səfərinizi indidən planlaşdırmaq istəyirsinizsə, bununla bağlı lazımi məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.bakucitycircuit.com Bundan başqa, bilet almaq üçün Bakının qabaqcıl alış-veriş mərkəzlərində və şəhər əhalisinin sıx olduğu məkanlarda istifadəyə verilmiş bilet satışı məntəqələrinə yaxınlaşa bilərsiniz. Park Bulvar, 28 Mall və Port Baku Mall ticarət mərkəzlərində, Formula 1 Əyləncə Zonası və Bakı Su İdmanı Sarayında yerləşən bu məntəqələr yarışadək həftənin hər günü fəaliyyət göstərəcək. Media nümayəndələri üçün əlaqə vasitələri Daha ətraflı məlumat üçün bu email vasitəsilə əlaqə saxlayın: press@synergy.az Bakı Şəhər Halqasını Sosial Mediada izləyin Siz Bakı Şəhər Halqasını sosial media platformalarında izləməklə 2016-cı il Formula 1 Avropa Qran Prisi haqqında ətraflı məlumat və yeniliklərdən xəbərdar ola bilərsiniz: www.twitter.com/BakuCityCircuit www.facebook.com/BakuCityCircuit www.instagram.com/BakuCityCircuit

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
Bu gün, 15:04 |
|
|
|
| • Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı - KİV
Bu gün, 14:58 |
|
|
|
| • İcra başçısının atası Bakıda dava etdi - TƏFƏRRÜAT
Bu gün, 14:51 |
|
|
|
| • Paşinyanın bu strategiyası doğrudur... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:46 |
|
|
|
| • Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır - Paşinyan
Bu gün, 14:40 |
|
|
|
| • “OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
Bu gün, 14:39 |
|
|
|
| • 1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Bu gün, 13:16 |
|
|
|
| • Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Bu gün, 13:09 |
|
|
|
| • Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Bu gün, 13:07 |
|
|
|
| • Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Bu gün, 13:01 |
|
|
|
| • Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Bu gün, 12:59 |
|
|
|
| • Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Bu gün, 12:58 |
|
|
|
| • Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Bu gün, 12:53 |
|
|
|
| • Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:45 |
|
|
|
| • Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Bu gün, 12:44 |
|
|
|
| • Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Bu gün, 12:42 |
|
|
|
| • Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:40 |
|
|
|
| • «Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Bu gün, 12:38 |
|
|
|
| • Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Bu gün, 12:31 |
|
|
|
| • Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Bu gün, 12:28 |
|
|
|
| • “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Bu gün, 12:22 |
|
|
|
| • CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Bu gün, 12:19 |
|
|
|
| • Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Bu gün, 12:14 |
|
|
|
| • Aİ referendumu: - Ermənistanın xarici siyasət balansı dəyişə bilərmi?
Bu gün, 12:12 |
|
|
|
| • Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür - ARAŞDIRMA
Bu gün, 12:08 |
|
|
|
| • Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:59 |
|
|
|
| • “Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”
Bu gün, 11:56 |
|
|
|
| • Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI - TƏFƏRRÜAT
Bu gün, 11:53 |
|
|
|
| • “Qarabağ” 1,4 milyon manatlıq transfer edir?
Bu gün, 11:48 |
|
|
|
| • Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Bu gün, 11:34 |
|
|
|
| • Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır - İTTİHAM VAR...
Bu gün, 11:31 |
|
|
|
| • Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı – Paşinyandan “yox” cavabı
Bu gün, 11:25 |
|
|
|
| • “Sinay Group”un kapitalı 230 min manat azaldıldı
Bu gün, 11:20 |
|
|
|
| • "Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb - DETALLAR
Bu gün, 11:18 |
|
|
|
| • Bakıda DƏHŞƏT: - boğazından bıçaqlanan kişi öldü
Bu gün, 11:10 |
|
|
|
| • Ceyhun Cəlilov da BELƏ YEYİR... - İTTİHAM VAR...
Bu gün, 11:07 |
|
|
|
| • Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı QƏRAR
Bu gün, 11:03 |
|
|
|
| • XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... - Belə şirkətləri necə müəyyən etmək olar?
Bu gün, 10:59 |
|
|
|
| • Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
Bu gün, 10:55 |
|
|
|
| • Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı yenidən məhkəməyə müraciət edildi
Bu gün, 10:50 |
|
|
|
| • Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı - QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ
Bu gün, 10:36 |
|
|
|
| • Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
| • Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir - Koçinyan
Bu gün, 10:27 |
|
|
|
| • Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
Bu gün, 10:24 |
|
|
|
| • “City Finance” BOKT-un rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:22 |
|
|
|
| • Təsirli dönüş və irəli: - “Sabah” Azərbaycan futbolunun statusunu dəyişdirdi
Bu gün, 10:17 |
|
|
|
| • Ermənistan üzünü NATO-ya çevirdi: Görüşlər başladı - Rusiya nə baş verdiyini anlamağa çalışır
Bu gün, 10:07 |
|
|
|
| • Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur - Rusiya nəşrindən sensasion iddialar
Bu gün, 10:00 |
|
|
|
| • "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 09:57 |
|
|
|
| • Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir, kapitalını kəskin azaldır
Bu gün, 09:55 |
|
|
|
|