İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                 

Xocavəndin növbəti icra başçısı kim olacaq? - Çəkişmə...
Tarix: 29-05-2015, 12:01 | Çap et
Xocavəndin növbəti icra başçısı kim olacaq?
Bildiyiniz kimi, 15 gündən sonra Bakıda birinci Avropa Oyunlarına rəsmət start veriləcək. Ölkə vətəndaşları, eləcə də əcnəbilər həmin günü səbirsizliklə gözləsələr də, bir sıra rayon icra başçıları yaman əndişəli görünürlər. Bunun səbəbləri ilə bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, birinci Avropa Oyunlarından sonra bir neçə rayonun icra başçısı vəzifəsi ilə vidalaşmalı olacaq.

Əldə etdiyimiz informasiyada deyilir ki, budəfəki kadr dəyişiklikləri əsasən məcburi köçkün rayonların icra başçılarına şamil olunacaq. Bildirilir ki, bir neçə icra başçısı ilə bağlı veriləcək sərəncamlarda həm kadrların yerdəyişməsi, həm də vəzifədən birdəfəlik kənarlaşdırma prinsipindən istifadə olunacaq. Məlumatlı şəxs qeyd edir ki, uzun illərdir Xocavənd Rayon İcra Hakimiyyətinə rəhbərlik edən Eyvaz Hüseynovun da adı işdən çıxarılacaq icra başçıları sırasındadır: "Çünki o, son illər əhalinin ən çox narazı olduğu icra başçıları arasında ön sıralarda yer alır. İndiyədək rayon sakinləri tərəfindən müxtəlif dövlət qurumlarına, ayrı-ayrı təşkilatlara Eyvaz Hüseynov barəsində çoxsaylı şikayətlər göndərilib. Odur ki, yuxarı dairələrdə budəfəki kadr dəyişikliyinin məhz əhalinin şikayətləri ilə bağlı olduğu bildirilir".

Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən gedəcəyi haqda xəbər yayılmışdı və o zaman bu məlumatlar doğru çıxmamışdı. Lakin mənbə israrla qeyd edir ki, məhz birinci Avropa Oyunlarından sonra Eyvaz Hüseynov tutduğu vəzifədən azad olunacaq. Qeyd edək ki, Xocavənd yeganə rayondur ki, 1992-ci ildən bəri onun icra başçısı digəri ilə əvəzlənməyib. Məlumat üçün bildirək ki, 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olan Eyvaz Mövsüm oğlu Hüseynov 1976-cı ildə Xocavənd rayon Kuropatkino kənd orta məktəbini bitirib və həmin ildə də Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1981-ci ildə institutun "Elektron hesablayıcı maşınları" fakültəsini bitirərək, mühəndis-sistemotexnik ixtisasına yiyələnib. Bakı Radio Zavodunda mühəndis, Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda baş mühasib və Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyib. 02.07.1992-ci il tarixdən bu günədək Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Rayonun yeni icra başçısının kimliyinə gəldikdə isə məlumatlı şəxs bildirir ki, həmin şəxs barəsində hələ ki, dəqiq məlumat olmasa da, müəyyən işartılar hiss olunmaqdadır: "Deyilənlərə görə, Eyvaz Hüseynov vəzifəsindən azad olunduqdan sonra onun yerinə daha gənc, enerjili, eyni zamanda rayon camaatı arasında nüfuz və söz sahibi olan şəxs gətiriləcək. Artıq yuxarı dairələrdə həmin şəxsin namizədliyi barədə fikir mübadiləsi aparılır. Çünki hazırda Xocavənd rayonunun icra başçısı postuna iddialı 4 əsas namizəd var. İndi onların arasından 2 ən layiqli namizədin seçimi prosesi gedir. Güman edirəm ki, yaxın müddətdə rayonun yeni icra başçısının kimliyi ictimaiyyətə bəlli olacaq".

Bu arada, Xocavənd rayonu ilə bağlı əldə etdiyimiz məlumatlara görə, hazırda rayonda bir sıra neqativ hallar mövcuddur ki, onların da ən çox nəzərəçarpanı məhz təhsil sahəsindədir. Belə ki, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfayət Yusifovun əməllərindən gileylənən rayon sakinlərinin sözlərinə görə, təhsil şöbəsinin müdirinin birbaşa himayəsində olan Sumqayıtın "Saray bağları"nın "Qurd dərəsi" adlanan ərazisində yerələşən Əmirallar kənd orta məktəbinin direktoru hətta Təhsil Nazirliyinə belə, meydan oxuyur. Adıçəkilən təhsil ocağının Yaponiyanın qrant layihəsi çərçivəsində tikildiyini deyən xocavəndlilər qeyd edirlər ki, orta məktəbdə yeganə külli ixtiyar sahibi məktəbin direktoru Mərkəz Hüseynovdur: "Əmirallar kənd orta məktəbində vəziyyət heç də ürəkaçan deyil. Belə ki, soyuq qış aylarında xocavəndlilər təkcə Mərkəz Hüseynovun yarıtmaz təhsil siyasəti ilə deyil, həm də istilik sistemi ilə sınağa çəkilirlər. Direktor hər il qış fəslində müəllimlərdən maaşdan 10-20 manat pul verməyi tələb edir. Əvəzində isə istilik almaq üçün qazanxananın işlədilməsinə yanacaq alınacağını bildirir. Görünür, məktəb direktorunun ölkədə rüşvət və korrupsiyaya qarşı kəskin şəkildə mübarizə aparıldığından xəbəri belə, yoxdur. Ya da o, bundan xəbəri olduğu halda, ölkə qanunlarını saya salmır. Əks halda, müəllimlərin maaşlarını aylarla yubadıb onlardan pul tutmaz, məktəbi qohum-əqraba ilə doldurmaz, şagird "pripiska"sı ilə məşğul olmaz, "ölü can"lar saxlamaz və bəzilərinin maaş kartlarını cibində gəzdirməzdi. Maraqlıdır, görəsən Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfayət Yusifovun bütün bunlardan xəbəri varmı?.."

Rayon kitabxanalarında da vəziyyətin yaxşı olmadığını deyən sakinlərin sözlərinə görə, Xocavənd rayon Mərkəzi kitabxanası, Əmirallar kənd 1 və 2 saylı kitabxana filialları, Günəşli kənd 1 və 2 saylı kitabxana filialları, Haxullu kənd 1 və 2 saylı kitabxana filialları, Xətai kənd kitabxana filialı, Xocavənd kənd 1, 2 və 3 saylı kitabxana filialları, Köçbək kənd kitabxana filialı, Kuropatkino kənd 1 və 2 saylı kitabxana filialları, Qaradağlı kənd 1 və 2 saylı kitabxana filialları, Muğanlı kənd 1 və 2 saylı kitabxana filialları, Salakətin kənd kitabxana filialı və Tuğ kənd kitabxana filialı lazımi avadanlıqlarla təmin olunmayıb: "Məhz bu səbəbdən də adıçəkilən kitabxanalara baş çəkənlərin sayı olduqca azdır. Çünki orada lazımi şərait və müvafiq avadanlıqlar yoxdur. Bununla bağlı icra hakimiyyətinə dəfələrlə müraciət olunub, lakin hələ də problem öz həllini tapmayıb".

Eyvaz Hüseynovun nə az, nə çox, düz 23 ildir ki, rayona rəhbərlik etdiyini deyən xocavəndlilərin bildirdiyinə görə, o, məhz AXC hakimiyyətinin kadrıdır: "Lakin nədənsə hələ də Xocavənd Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini icra edir. Adam da heç 23 il icra başçısı olar. Buna son vermək lazımdır. Çünki onun son illərdəki fəaliyyəti camaatı kəskin şəkildə narazı salıb. Bu gün Azərbaycanda heç bir rayonda 23 il icra başçısı işləmiş şəxsə rast gələ bilməzsiniz. Bu hal yalnız bizim rayonda baş verir. O, bu vəzifəyə mərhum prezident Əbülfəz Elçibəyin sərəncamı ilə təyin olunub. Amma hələ də icra başçısı postundan getmək niyyəti yoxdur. Vəzifədə uzun müddət qalmağı bir tərəfə, Eyvaz Hüseynov 23 ildir Xocavənd rayonunu "abadlaşdırmaqla" məşğuldur. İcra başçısı əvvəlcə Kuropatkino kəndindəki çaxır zavodunun əmlakını qardaşları ilə birgə elə "abadlaşdırdı" ki, bir müddət sonra çaxırın səsi Rusiyanın paytaxtı Moskvadan gəldi, metalların, avadanlıqların satılmasından gələn pulun səsi isə çoxlarının səsini batırdı. Və hələ də heç kim bu məsələni araşdırmağa cürət etmir…"

Mövzu ilə bağlı əldə etdiyimiz digər məlumatda isə deyilir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin yetkili şəxsləri rayonun əkinə yararlı sahələrini ələ keçiriblər. Belə ki, icra başçısı Eyvaz Hüseynov və ətrafındakı şəxslərin dövlət tərəfindən rayona ayrılmış torpaq sahələrinin bir hissəsini şəxsi mülkü kimi istifadə etdiklərini vurğulayan mənbənin sözlərinə görə, həmin ərazilərdə böyük təsərrüfat sahələri yaradılıb: "İcra başçısı və müavinləri həmin torpaq sahələrindən həm mal-qara yetişdirmək, həm də əkinçilik üçün istifadə edirlər. Hər il taxıl biçilən zaman "Aqrolizinq" ASC tərəfindən ayrılan texnikalar ilk öncə Eyvaz Hüseynovun və müavinlərinin torpaq sahələrində əkilən dənli bitkiləri biçir. Bu səbəbdən də Xocavənd sakinləri ciddi məhsul itkisi ilə üzləşirlər. Çünki bir qayda olaraq sadə camaata sıra ən sonda çatır. Deyilənlərə görə, icra başçısı Eyvaz Hüseynovun rayonda 320 hektar torpaq sahəsi var. Onun 150 hektarından heyvandarlıq üçün istifadə edilir, yerdə qalan 170 hektarında isə dənli bitkilər əkilir. Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanovun isə 120 hektar torpaq sahəsi var. O, 50 hektar ərazidə heyvan saxlatdırır, 70 hektar sahədə isə əkin əkir. Xocavənd Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Müslüm Allahverdiyevin 60 hektar, aqrar məsələlər şöbəsinin müdiri Rafael Mustafayevin 200 hektar, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vaqif Cəfərovun 50 hektar, icra başçısının köməkçisi Şaiq Aslanovun 50 hektar, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Məhəmmədəli Bayramovun 40 hektar, rayon təhsil şöbəsinin müdiri Şəfayət Yusifovun 45 hektar, Xocavənd Rayon İcra Hakimiyyətinin baş mühasibi Mirverdi Quliyevin isə 60 hektar torpaq sahəsi var. Onu da qeyd edim ki, hər il dövlət büdcəsindən ayrılan subsidiyalar da rayonun vəzifə sahibləri arasında bölüşdürülür. Buna görə də sadə fermerlər subsidiya üzünə həsrət qalırlar…"
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru