AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                 

“Bütün bunlar isə Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir” - deputat
Tarix: 4-01-2018, 08:36 | Çap et
“Bütün bunlar isə Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir”
2017-ci ili həm dünya, həm də ölkəmiz üçün fəal və bir çox hadisələrlə yadda qalan bir il kimi səciyyələndirmək olar.

Bu ilin yekunları ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, 2017-ci il Azərbaycan üçün uğurlu illərdən biri olub, çox böyük layihələr gerçəkləşdirilib: "Elə təkcə bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı xüsusi əhəmiyyətə malik hadisədir. Bu layihəni gerçəkləşdirməklə Azərbaycan həm iqtisadi, həm də siyasi üstünlüklər əldə etdi, ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu daha da möhkəmləndirdi”.

Millət vəkili vurğulayıb ki, il ərzində Azərbaycan iqtisadiyyatı artıb, sosial yönümlü layihələr həyata keçirilib: “Eyni zamanda iqtisadiyyata böyük investisiyalar cəlb olunub, turizm sektoru əhəmiyyətli dərəcədə inkişaf edib, həmçinin regionlarda xeyli işlər görülüb, regionlarımız inkişaf edib”.

Deputat əlavə edib ki, 2017-ci il xarici əlaqələr baxımından da uğurlu bir il olub: "Azərbaycan beynəlxalq aləmdə ikitərəfli və çoxtərəli əməkdaşlığı uğurla davam etdirib, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edib. Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq istiqamətində yeni mərhələdə danışıqların aparılması olduqca vacib məqamlardandır. Bununla yanaşı, Azərbaycan regionda qonşu ölkələrlə - Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-Gürcüstan formatında strateji tərəfdaşlıq istiqamətində çox uğurlu əməkdaşlıq edib".

B.Əliyevin sözlərinə görə, 2017-ci ildə əldə edilən nəticələr onu göstərir ki, Azərbaycan 2018-ci ildə daha böyük uğurlara imza atacaq: “Bütün bunlar isə Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir”.

Milli Məclisin deputatı Aydın Hüseynov 2017-ci ilin uğurlu sosial-iqtisadi nəticələrlə yadda qaldığını diqqətə çatdırıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir:

“Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq, şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artımı hesabına milli gəlirin həcminin artımını təmin edib. 2017-ci ilin ötən 11 ayında ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Cari ilin yanvar-noyabr aylarında ölkədə 63 071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb. Həmçinin bu dövrdə ölkədə 35,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5 faiz artıb”.

Deputat bildirib ki, ötən 11 ay ərzində ölkəmizə yatırılan sərmayələrin də artımı təmin edilib: “İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 13 milyard 688,4 milyon manat təşkil edib. Həmin vəsaitin 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna yönəldilib. Qeyri-neft bölmələrinə yönəlmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb. İxrac məhsullarının həm çeşidi, həm də coğrafiyasının şaxələndirilməsi öz mühüm təsirini göstərib. Ölkəmizin xarici ticarət dövriyyəsi artıb, əmtəə dövriyyəsində müsbət saldo yaranıb. 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon dollar həcmində olub. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi genişlənib. Bu siyasətin mühüm uğuru olaraq ölkəmizin strateji valyuta ehtiyatları 1 milyard dollardan artıq çoxalıb. Bu, çox mühüm haldır və 2015-ci ildən sonra stratreji maliyyə rezervlərinin azalmasının tam dayandırılması və valyuta ehtiyatlarının artımının təmin olunmasıdır. Bu tendensiya ölkəmizin güclü maliyyə təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir”.

Millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, 2017-ci il ölkəmiz üçün səmərəli və yaddaqalan bir il olub: "İl ərzində manatın sabitliyinə nail olunub, Azərbaycanın valyuta ehtiyatları artıb, ixrac potensialı güclənib, regionların inkişafı ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verməyə başlayır. Bu gün regionlar həm aqrar, həm də sənaye potensialını artırmağa başlayıb. Bu, iş yerlərinin artmasına, büdcəyə daxilolmaların çoxalmasına səbəb olur”.

Deputat vurğulayıb ki, 2017-ci ildə Azərbaycan regionun lider dövləti statusunu qoruyub saxlayıb: “Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması həm Azərbaycan, həm də region ölkələri üçün çox böyük iqtisadi potensial açır. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ənənəsi güclənir. IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın dünyada nüfuzunun daha da artmasına səbəb olub".

A.Mirzəzadə qeyd edib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi daha da güclənir və Ermənistanın danışıqlar masasına oturdulmasını da nailiyyət adlandırmaq olar.

O əlavə edib ki, 2017-ci ildə idarəetmə strukturunda islahatların aparılması idarəetmənin daha çevik və səmərəli olmasına imkan verdi: “Azərbaycan 2018-ci ilə müsbət nəticələrlə daxil olur”.

Milli Məclisin deputatı Cavid Osmanov da 2017-ci ilin ölkəmiz üçün səmərəli və uğurlu illərdən biri olduğunu hesab edir. O vurğulayıb ki, ötən il Azərbaycan həm xarici, həm də daxili siyasətdə mühüm nailiyyətlər əldə edib, ikitərəfli və çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirib, dünyada sülhün və sabitliyin təmin olunmasına böyük töhfələr verib: “Azərbaycanın 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, o cümlədən mədəniyyətlərarası dialoq, humanitar forumlar və digər mühüm beynəlxalq tədbirlər keçirməsi ölkəmizin həm beynəlxalq aləmdə nüfuzunu artırıb, həm də dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verib”.

C.Osmanov Azərbaycanın iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm layihələr və tədbirlər həyata keçirilib: “Ölkəmizdə ixrac yönümlü məhsulların istehsal edilməsinə dəstək göstərilib, sahibkarlar üçün əlverişli şərait yaradılıb, ölkədə infrastruktur daha da yaxşılaşdırılıb, Azərbaycana gələn turistlərin sayı artıb. İnanıram ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Bu gün, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Bu gün, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Bu gün, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Bu gün, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Bu gün, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Bu gün, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Bu gün, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Bu gün, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Bu gün, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Bu gün, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Bu gün, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Bu gün, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Bu gün, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Bu gün, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru