Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                 

Müxalifətin yüksək dövlət vəzifələrinə yolu açılır
Tarix: 23-06-2017, 08:53 | Çap et
Müxalifətin yüksək dövlət vəzifələrinə yolu açılır
Dövlət orqanlarında aparat rəhbərləri, şöbə müdirləri kimi vəzifələrə qəbul test üsulu ilə olacaq. Qəbul da Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Qərar ali kateqoriyalı dövlət orqanları olan Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə istisna olmaqla, digər qurumlara şamil olunacaq.

Test üsulundan keçən namizədlər müsahibə mərhələsinə qatılacaqlar və uğur qazanacaqları təqdirdə müvafiq yerlərlə təmin olunacaqlar. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Trend”ə müsahibəsində yaranan suallara, aparılan müzakirələrə aydınlıq gətirib. Qanunla heç kimin “gizlənpaç” oynaya bilməyəcəyini qeyd edən M.Abbaszadə bildirib ki, qanunda nə yazılıbsa, o da icra olunmalıdır. DİM rəhbəri vəzifələrin gizlədilməsinin də çətin olduğunu qeyd edib: “Biz artıq Dövlət Reyestri vasitəsilə dövlət orqanlarında olan vakant vəzifələri müəyyən edə bilirik, lakin həmin vəzifələrin tutulması ilə bağlı dövlət orqanının rəhbəri qərar verməlidir”.

M.Abbaszadə elan olunmuş yüksək vəzifələrə təyinatın DİM xətti ilə bəzi hallarda aparılmayacağı ilə bağlı maraqlı məqama da toxunub: "Mərkəzi icra hakimiyyəti orqanlarında yüksək vəzifələrə qəbulun müsabiqə ilə keçirilməsi, həmin vəzifələr üzrə təyinatın müsabiqə əsasında aparılması nəzərdə tutulub. Lakin dövlət orqanlarının rəhbərləri işin dayanmaması üçün kimisə müəyyən vaxt ərzində (əsasən 3 ay müddətinə) müqavilə ilə işə cəlb edə bilər. Amma bu şərtlə ki, həmin vəzifələrin tutulması üçün müsabiqə və ya ümumi (daxili) müsahibə elan edilməsi barədə qərar qəbul etsin və vəzifələr üzrə elan verilməsi üçün mərkəzə təqdim etsin. Həmin insanlar yenə də imtahandan keçməlidirlər ki, dövlət qulluğuna işə qəbul olunsunlar. Ola bilər ki, hansısa rəhbər üçün işçisini belə müqavilə ilə işlətmək rahatdır. Amma işçi uzunmüddətli müqavilə ilə işlədikdə, dövlət qulluğunda olmayanda çox şeyi itirir. Bu halda o, dövlət qulluqçusu statusuna malik olmur, dövlət qulluqçularına verilən bütün imtiyazlardan istifadə edə - ipoteka, sosial evlər ala bilməyəcək, təqaüdə dövlət qulluqçusu kimi çıxa bilməyəcək. Onların bu stajı dövlət qulluğu stajı sayılmayacaq. Ona görə də hər bir şəxs özü maraqlı olmalıdır ki, dövlət qulluğuna qəbul üçün müsabiqədə iştirak etsin". Bəs bu, müxalifətçilər və ya onların övladları üçün işə qəbulla bağlı şans verirmi?

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev müsahibə mərhələsinin əleyhinədir: “Savadlı insanların iş başına gəlmələri üçün əlçatanlığı daha yaxşı təmin edəcək. Müxalifət düşərgəsindən iş başına keçməməklə bağlı elədir ki, əvvəla, istənilən ölkədə hakimiyyətə gələn komanda öz kadrlarını vəzifələrə yerləşdirir. Amma hesab edirəm ki, ölkədə kifayət qədər müxalifətçi yüksək vəzifələrdə təmin olunur. Yaxşı kadrlara bu gün Azərbaycanda tələbat var. Artıq siyasi fəaliyyətinə deyil, potensialına görə insanlara qiymət verilir. Test üsulu ilə insanların iş başına gəlmələri çox mütərəqqi bir haldır. Bu üsuldan insanlar yararlanmaq üçün daha yaxşı oxuyacaq. Həm orta, həm də ali məktəblərdə tamam fərqli yanaşmalar olacaq. Eyni zamanda xeyli sayda gənclərin kənarda qalmalarına son veriləcək. Etiraf etməliyik ki, Türkiyə və başqa yerlərdə oxuyub gəlmiş şəxslər var ki, iş başında deyillər. Amma heç bir bacarığı olmayan, lakin iş başında qalan xeyli sayda məmurlar var. Mənə elə gəlir ki, test üsulundan sonra müsahibənin aradan qaldırılması daha yaxşı olardı. Əgər müsahibə mərhələsində indidən şübhələr varsa, onu aradan götürməklə ən azından bu şübhələrə son qoyular. Müsahibənin özü də ədalətli olacaq. Amma obyektivliyə kölgələr düşməsin deyə indidən müsahibəni ləğv etmək daha yaxşı olar. Açıq meydan olmalı, insanlar özlərini təsdiq etməlidirlər. Testlə birmənalı şəkildə proseslərin aparılması daha məntiqlidir”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn indiyə qədər bu tipli qəbul imtahanlarının müxtəlif dövlət idarələrində aparıldığını bildirdi: “İndi bu istiqamətdə əlavə işlər görülürsə, hər halda, bunun müsbət nəticələrini gözləmək lazımdır. Amma müsahibə mərhələsi faktiki test mərhələsini heçə endirir. Bir çox hallarda test imtahanından keçən və yüksək nəticə alanlar müsahibə mərhələsində kənarda qalırlar. Bu barədə indiyə qədər xeyli məlumatlar üzə çıxıb. Həlledici məqamın müsahibə olması test məsələsinin əhəmiyyətini aşağı salır. Müsahibə mərhələsində bəzi dəyişikliklər etmək lazımdır ki, ədalət gözlənilsin. Prinsip etibarı ilə testin olması kadrların işlə təmin olunmalarındakı nöqsanları bir qədər aşağı salır. Gənclərə biliklərini artırmaq üçün stimul verir. Bu baxımdan pozitiv əhəmiyyəti var. Bəzi vəzifələr var ki, siyasi fəaliyyətlə orada məşğul olmaq qadağan olunur. Bəzi hallarda müsahibə mərhələsi korrupsiyaya yol açır. Bu mərhələnin məntiqli olub-olmaması ilə bağlı müəyyən müzakirələr aparmaq olar. Burada əsas bəla korrupsiya ilə bağlıdır. Testdən keçir, sonrakı mərhələdə korrupsiya halları, kimlərinsə himayə olunması məsələləri üzə çıxır. Bu mərhələdə siyasi amillər, hətta ayrı-ayrı yüksək rütbəli məmurların bir-biriləri ilə münasibətləri də mühüm rol oynayır. Xatırlayıram ki, hakimliyə keçirilən imtahanda ən yüksək nəticə göstərən şəxs kənarda qalmışdı. İndiyə qədər əsasən hüquq sahəsində yüksək nəticələr qazanan çoxsaylı şəxslər var ki, müsahibə mərhələsində qarşıları kəsilib. Burada insanın siyasi baxışlarına münasibət də müəyyən qədər rol oynayır. Bu baxımdan, məsələni müxalifətçilərin vəzifələrə gedən yollarının açılması kimi qoymaq düzgün deyil. Xaricdə, xüsusilə tanınmış universitetlərdə təhsil almış şəxslərin kənarda qalması kimi ciddi problem də yaşayırıq. O insanlar bura gəlib imkanlarını Azərbaycanın inkişafına sərf etmək əvəzinə, xaricdə qalmağa məcbur olurlar. Onlar bizim üçün böyük itkidir. Bir sıra hallar da var ki, insanlar müsahibə mərhələsindən nə üçün keçməmələri ilə bağlı şikayət verməkdən belə məhrum olunurlar. İnsanların siyasi baxışlarına görə özlərinin və yaxınlarının hüquqlarının pozulması halları da var. Bunlar da yolverilməzdir”.

Hüquqşünas Əsabəli Mustafayev dövlət qulluğuna savadlı və hazırlıqlı insanların qəbulunun çox vacib olduğunu söylədi: “Praktikamızda görürük ki, müsahibə mərhələsində seçim başqa cür aparılır. Artıq bilik, peşə hazırlığı bəzən burada əsas rol oynamır. Hökumətin arzu etmədiyi şəxsləri kənarda saxlamaq üçün müxtəlif yollardan istifadə edilir. Burada təkcə söhbət müxalifətdən getmir. Bu mərhələdə tapşırıqların böyük rol oynadığını tez-tez eşidirik. Birinci mərhələdən keçənlər növbətidə daha çox tapşırıqla keçirlər. Qanun normal ola bilər. Bizdə də qanunların çoxu normaldır, sadəcə, tərkiblərində müəyyən problemlər var. Həmin problemlər o cümlədən bura aiddir ki, müsahibə mərhələsində subyektiv amillər mühüm rol oynayır. Burada hər şey hökumətin yanaşmasından asılıdır. Artıq bunlar bizim üçün qeyri-adi deyil. Çünki bir çox strukturlarda bu məsələni görürük. İmtahan olmayan yerlərdə, özəl yerlərdə işə qəbulda hökumətlə, yaxud hansısa məmurla konflikti olan şəxslərə problem yaradılması halları çox geniş yayılıb. Bu da hökumətin siyasətindən doğur. Əgər hökumət siyasətini dəyişsə, o qanunların tərkibində heç bir problem olmaz. İndi isə bu məsələlərdə ciddi problemlər var”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Bu gün, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Bu gün, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Bu gün, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Bu gün, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Bu gün, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Bu gün, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Bu gün, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Bu gün, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Bu gün, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Bu gün, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Bu gün, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Bu gün, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Bu gün, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Bu gün, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Bu gün, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru