Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                 

ATƏT-in Minsk qrupu “yanğınsöndürən” deyil - deputat
Tarix: 21-06-2017, 11:51 | Çap et
ATƏT-in Minsk qrupu “yanğınsöndürən” deyil
ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Stefan Viskonti, Riçard Hoqland regiona növbəti dəfə səfər ediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin də müşayiət etdiyi səfər çərçivəsində həmsədrlər iyunun 10-da İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və iyunun 19-da Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşlər keçiriblər. Hər iki paytaxtda onlar xarici işlər və müdafiə nazirləri ilə də məsləhətləşmələr aparıblar. Bununla yanaşı, iyunun 12-də həmsədrlər Dağlıq Qarabağa səfər edib və oradakı de-fakto hakimiyyətin nümayəndələri ilə görüşüblər. Vasitəçilər Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərə, həmçinin Dağlıq Qarabağın ətraf rayonlarına da səfər ediblər. Bakıda olduqları müddətdə isə həmsədrlər "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri ilə görüşüblər. Bütün görüşlərdə cəbhədəki vəziyyət, nizamlanma prosesi ilə bağlı durum ətraflı müzakirə olunub. Səfərin yekunu olaraq, həmsədrlər bəyanat yayıblar. Gözlənilir ki, onlar iyulun 3-də ATƏT-in Minsk qrupu üzvlərini məlumatlandırmaq üçün Vyanaya yola düşəcəklər. Həmsədrlər qarşıdakı işləri müzakirə etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə tezliklə görüşməyi də planlaşdırırlar. Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərin regiona növbəti səfərinin nəticələri, cəbhədə yaşanan gərginlik və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc cavablandırır.

- Zahid müəllim, həmsədrlərin regiona növbəti səfəri srağagün başa çatıb. Səfər çərçivəsində çoxsaylı görüşlər keçirilib, bir sıra fikirlər səsləndirilib, yekun bəyanat yayılıb. Sizcə, bu səfər Dağlıq Qarabağ münaqişəsi üzrə aktiv danışıqların bərpasına əsas yarada bilərmi?
- Yarada bilməz. Çünki, həmsədrlərin verdiyi son bəyanat baş verən toqquşmalara, yaşanan gərginliyə adekvat deyil. ATƏT-in Minsk qrupu "yanğınsöndürən” funksiyasını üzərinə götürməyib ki, hər dəfə növbətçi xarakterli bəyanatlar versin. Nə qədər ki, köklü həll baş verməyəcək, onların verdiyi bəyanatlar vərəq şəklində tankın, topun qarşısına qoyula bilməyəcək. Bu yolla sülh əldə etmək mümkün deyil. Ötən illər ərzində ATƏT-in Minsk qrupunun etimadı sıfıra düşüb. İndiki situasiyada isə cəbhə xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması, atılan güllələr beynəlxalq missiyanın əleyhinədir. Xatırlayırsınızsa, bir ay bundan öncə Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində, mövqelərimizə olduqca yaxın məsafəyə hava hücumundan müdafiə sistemini – texnikasını çıxarmışdı. Azərbaycan Ordusunun sərrast atəşi nəticəsində həmin raket-zenit kompleksi məhv edildi. Bu hadisədən dərhal sonra ATƏT-in Minsk qrupu bəyanat yayaraq Azərbaycanı dolayısı ilə vəziyyəti gərginləşdirməkdə günahlandırdı. Bu, erməni dairələrinin beynəlxalq təşkilatların əli ilə Azərbaycan əleyhinə təbliğatına meydan verilməsi hadisəsi idi. Həmin vaxt Azərbaycanın günahkar sayılması, irəlidə bu istiqamətdə daha sərt fikirlərlə üzərimizə gəlinəcəyi barədə ehtimallar yarandı. İndiki reallıqda isə 12 iyun tarixində həmsədrlər öncə Ermənistanda olublar, ardınca Dağlıq Qarabağ ziyarət olunub. Diplomatlar münaqişə tarixində çox nadir hallarda özünü göstərən fərqli trayektoriya ilə bəzi görüşlər keçiriblər. Kəlbəcər, Laçın, Zəngilan və Dağlıq Qarabağdakı görüşləri buna misal göstərmək olar. Görünür bununla bağlı həmsədrlər Avropa ölkələrinin mərkəzlərinə raportlar verməli idilər. Mənim üçün sual doğurur ki, həmsədrlərin Kəlbəcərdə olmasının səbəbi nə idi? Həmsədrlər ordakı şəraiti dəyərləndirmək istəyirlər, yoxsa əhalini öyrənmək istəyirlərmi? Bu sualları özümüz-özümüzə verdik. Reallıq budur ki, münaqişə tarixində çox az halda görünən bir hadisə baş verdi. Həmsədrlərin Bakı səfərində prezident və nazirlərlə yanaşı, Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşü sanki balansı qorumağa hesablanmışdı. Amma onlar Bakıda olduqları müddətdə cəbhə xəttində atəş səsləri kəsilmədi. Lokal toqquşmalar baş verdi. Bu da əvvəlki illərlə müqayisədə fərqli vəziyyətdir. Bu mənada ki, əvvəllər həmsədrlərin regiona səfərləri müddətində silahlı qüvvələr də tabeçilik göstərər, atəşkəsə riayət edilməklə həmsədrlərin danışıqlarından nəticə istədiklərini büruzə verərdilər. Ancaq bu dəfə belə olmadı.

- Sizin də qeyd etdiyiniz kimi, həmsədrlərin Bakıya səfəri zamanı cəbhə xəttində vəziyyət gərginləşdi. Hətta Azərbaycanın bir hərbi qulluqçusu şəhid oldu, Ermənistanın 6 hərbçisi məhv edildi, bir neçəsi yaralandı. Ermənistan tərəfdən atəşkəsin bu şəkildə, özü də həmsədrlərin Azərbaycana gəlməsi ərəfəsində pozulması hansı anlama gəlir?
- Bunun səbəbini Prezident İlham Əliyev həmsədrlərlə görüşdə bildirdi. Vəziyyəti düzgün analiz edən dövlət başçısı sərt tonda, açıq şəkildə Ermənistanın nə istədiyini ifadə etdi. Qeyd etdi ki, Ermənistan nəyin bahasına olursa-olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır. Ölkə başçısı vurğuladı ki, cəbhədə gərginlik yaradan Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün baş verən hadisələri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir. Əslində dövlət başçısı bu mövqeyi ilə beynəlxalq qüvvələri bir qədər də suçladı. Yaranan indiki vəziyyət həm də o deməkdir ki, situasiya region dövlətləri tərəfindən məcradan çıxarıla bilər. Bu halda biz beynəlxalq qüvvələri günahkar saya bilmərik. Faktiki olaraq Rusiya konfliktin alovlanmasında maraqlı deyil. Ruslar bir neçə cəbhədə vuruşmaq istəmirlər. Dağlıq Qarabağ Şimali Qafqazda təhlükəsizliyin bir komponentidir. 1990-cı illərə qayıtsaq, Çeçenistan hadisələrini və onun daha geniş miqyasda yayılmasını nəzərdən keçirsək görərik ki, bu, doğrudan da belədir. O zaman baş verən bu hadisə də Dağlıq Qarabağdakı proseslərdən qaynaqlanırdı. Bu bölgədəki təhlükəsizlik həm də Dağlıq Qarabağdan asılıdır. Əgər Qafqazları Yaxın Şərqin, Suriyanın arxa cəbhəsinə çevirmək istənilmirsə, gərək bu regionda sabitlik yaransın. Belə olan halda indiki şəraiti yalnız Ermənistan və Azərbaycan arasında olan, getdikcə dərinləşən anlaşılmazlıq, siyasi danışıqların iflası kimi dəyərləndirə bilək. Düzdür, Minsk qrupunun üzvü olan bəzi dövlətlər arasındakı münasibətlər də münaqişədə az rol oynamır. 2014-cü ilə qədər belə bir şərait hökm sürmürdü. İndi Rusiyada Donald Trampın gəlişinə bəslənən ümidlər də puça çıxır. ABŞ-ın yeni prezidenti kabinetindən, ölkəsindən, daxili siyasi savaşlardan kənara çıxa bilmir. Beləliklə də Rusiya-Amerika əməkdaşlığı formalaşmır. Əksinə, onlar arasındakı konflikt Suriya və Ukrayna üzərindən bir qədər də dərinləşir. Bu, bir sıra proseslərə də təsir göstərir. Həm xarici amillər, həm də daxildəki vəziyyət Dağlıq Qarabağ ətrafındakı prosesləri nəzarətdən çıxara bilər. Bu, olduqca realdır. Onu da nəzərdən qaçırmamalıyıq ki, cəbhə xəttində yaşananlar Ermənistandakı siyasi hakimiyyətin vəziyyətinə də təsir göstərir. Çünki, düşmən ölkədə iqtidarın durumu səngərdəki əsgərindən çox asılıdır. Bütün bu hadisələr fonunda ATƏT-in Minsk qrupu çalışır ki, münaqişə tərəfləri arasında yaşanan gərginliyi azaltsın. Ancaq bunun üçün başlıca şərt Ermənistanın cəbhəyə yaxın ərazilərdə yerləşdirdiyi tank, top və sair hərbi texnikaları geri çəkilməsidir. Bu da real deyil. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik hərbi kəşfiyyatçıdır. O, ömrünü bu sərhəd ərazilərin monitorinqinə həsr edib. Onun idarəsini 7 nəfər tərkibdə daha da genişləndirirlər. Sözsüz ki, o, ATƏT-in baş idarəsinə, ABŞ və Fransa səfirliyinə münaqişə bölgəsində əsgəri qüvvənin, hərbi texnikanın, silah-sursatın sayının artması barədə lazımi məlumatlar çatdırır. Hərbi kəşfiyyatçı kimi Kaspşik yaxşı bilir ki, ötən ilin aprel döyüşlərindən sonra ermənilər ön xətdə ən müxtəlif tədbirlərə əl atır, Azərbaycan da bunlara seyrçi qalmır. Ümumiləşdirsək, hazırda münaqişə bölgəsindəki vəziyyəti "sürünən müharibə” rejimi kimi dəyərləndirmək olar. Toqquşmalar ilboyu baş verir, davamlı xarakter alıb. Avtomatik olaraq bu, münaqişə tərəfi olan ölkələrdəki duruma da təsir göstərəcək.

- Rusiyalı həmsədr İqor Popov bəyan edib ki, hər iki prezident sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır. Əgər biz vaxtilə Ermənistanın sülh danışıqlarını davam etdirmək üçün şərtlər irəli sürməsini xatırlasaq, rusiyalı həmsədrin indiki bəyanatı onu deməyə əsas verirmi ki, rəsmi İrəvan artıq belə şərtlər irəli sürmək fikrindən daşınıb?
- Haqlı olaraq belə bir qənaətə gəlmək mümkündür. Aprel döyüşlərindən sonra Ermənistan tərəfi öz xarici siyasət idarəsinin əli ilə beynəlxalq aləmə təxminən belə bir şərtlər irəli sürürdü. Ancaq zamanla onların bir çox arzuları puç oldu. Ermənistan tərəfi tələb edirdi ki, Azərbaycan cəzalandırılmalı və onun müharibə hüququ əlindən alınmalıdır. Bununla yanaşı, ermənilər istəyirdilər ki, regionda müxtəlif müşahidə və kamera nəzarəti missiyası yaradılsın, Azərbaycandan hər atdığı gülləyə görə hesabat tələb olunsun. Bunlar təmin olunmadığı üçün bir müddət Ermənistan tərəfi danışıqlardan yayındı. Sankt-Peterburq və Vyanada hətta Azərbaycana müəyyən təzyiqlər də olmuşdu. Ancaq son gərginlik Ermənistanı danışıqlara gətirəcək. Bu açıq gözlə görünən vəziyyətdir ki, Azərbaycanın hərbi qüvvələri də artıq danışıqlar prosesinin iştirakçısına çevriliblər. Məhz bu səbəbdən həmsədrlər regiona səfərləri çərçivəsində prezident və xarici işlər nazirləri ilə yanaşı, həm də müdafiə nazirləri ilə görüşdülər. Doğrudur, həmsədrlərin verdiyi bəyanatın ən azı iki bəndini ciddi tənqid etmək lazımdır. Birinci hal ondan ibarətdir ki, həmsədrlər bəyanatda Qarabağa müraciət edirlər. Bu, olduqca yanlış yanaşmadır. Çünki, Qarabağ ordusu adlı anlayış yoxdur. Əgər Ermənistanın fitvası olmasa, Serj Sarkisyanın kabinetindən göstərişlər verilməsə, erməni əsgəri səngərdən Azərbaycan mövqelərinə bir güllə də atmaz. Digər tərəfdən, bəyanatda Azərbaycanın adının öncə çəkilməsi hər sətir arasında Ermənistan mənafeyinə uyğun məna axtaranlara əlavə imkan verir ki, onlar rəsmi Bakının qınandığını özlərinə və ya kimlərəsə sübut etsinlər. Sanki, atəşkəsi biz pozmuşuq, Ermənistan da buna cavab verib. Belə olmaz. Ona görə də Azərbaycan tərəfindən ATƏT-in, həmsədrlərin ünvanına ağır ittihamlar səsləndirilir.

- Həmsədrlər Bakıda olduğu müddətdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar barədə jurnalistlərə açıqlama verib. O, qeyd edib ki, münaqişənin dinc yolla həll edilməsi üçün istənilən formatda keçirilən hər bir görüş ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Prezidentin köməkçisi bəyan edib ki, əks təqdirdə Dağlıq Qarabağ və işğal altında olan digər torpaqların Azərbaycan ordusu tərəfindən azad olunması faktı qaçılmazdır. Bu, Azərbaycanın danışıqlar prosesindəki qətiyyətli mövqeyinin daha da sərtləşdirilməsi kimi qiymətləndirilə bilərmi?
- Azərbaycanın diplomatik dili haqlı olaraq sərtləşib. Bu, baş verən son proseslərə adekvatdır. Digər tərəfdən, 2016-cı ilin aprel döyüşlərindən sonra çox böyük vədlər verilmişdi. Hətta bu vədlər "Lavrov planı” adı altında təqdim edilirdi. Bu plan "Kazan danışıqları”nın yenilənmiş versiyası da sayılırdı. Söhbət münaqişənin mərhələli həllindən, işğal altındakı bir sıra rayonların azad edilməsindən və sairdən gedirdi. Ancaq görünən budur ki, indiyə qədər heç bir nəticə hasil olmayıb. Sanki, Medvedyevin pıçıltı ilə söylədiyi - "Qan tökülməsindənsə, dondurulmuş vəziyyət daha məqbuldur” – fikri qalib gəldi. Halbuki, bu yanaşma da qeyri-realdır. Məsələnin digər tərəfi bundan ibarətdir ki, hərbi status-kvo dəyişib. Azərbaycan Ordusu bütün parametrlər üzrə güclənib, cəbhə xəttində də möhkəmlənib. Azərbaycan Silahlı Qüvvələrini 1990-cı illərin ordusu ilə müqayisə etmək olmaz. Aprel döyüşləri bu faktı əyani şəkildə göstərib. Bu da erməni qafasında bir qədər dəyişiklik yaradıb, keçilmiş "qırmızı xətlər” aradan qalxıb, əvəzlənib. Bir daha əvvəlki fikrimə qayıdıram ki, münaqişə bölgəsində müharibə vəziyyəti realdır. Ermənistan tərəfi Bakını hədəf seçəcəklərini, bu addımları ilə Qafqazdakı "barıt çəlləyini” partladacaqlarını, böyük savaşa səbəb olacaqlarını söyləyirlər. Yaxud da antirusiya ritorikasını kəskinləşdirirlər ki, guya Rusiya əleyhinədirlər və sair. Bütün olanlara rəğmən, regionda, münaqişə tərəfləri arasında gərginlik heç zaman olmayacaq qədər artıb. Hərbi kəşfiyyat məlumatları da onu deməyə əsas verir ki, yenidən vəziyyətin nəzarət altına qaytarılması məqsədilə toqquşmaların olması mümkündür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Bu gün, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Bu gün, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Bu gün, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Bu gün, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Bu gün, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Bu gün, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Bu gün, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Bu gün, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Bu gün, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Bu gün, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Bu gün, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Bu gün, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Bu gün, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Bu gün, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Bu gün, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru