Azərbaycanla Ermənistan arasında yeni atəşkəs müqaviləsinə ehtiyac var - AÇIQLAMA
Tarix: 13-05-2017, 10:03 | Çap et
 1994-cü ilin 12 mayında imzalanan “Bişkek protokolu” ilə bağlı müxtəlif fikirlər mövcuddur. Müqavilənin bağlanmasından 23 il keçsə də, hələ də qüvvəsini itirmədiyini düşünənlər az deyil. Bəs “Bişkek protokolu”nu Azərbaycanla Ermənistan arasında atəşkəsi dəstəkləyən hüquqi sənəd hesab etmək olarmı? Yoxsa bu sənəd tarixin arxivinə qovuşub? Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında bildirib ki, “Bişkek protokolu”na istinad etmək düzgün deyil. O, sənədin qüvvədən düşdüyünü vurğulayıb: “Atəşkəsə tarixən çoxlu qiymətlər verilib. Lakin həmin dövrə qayıtsaq, onu deyə bilərik ki, Azərbaycan atəşkəs sazişi ilə ölkə içərisində separatçı qüvvələrin qarşısını aldı, hərbi çaxnaşmaları müəyyən qədər tənzimlədi və səngərdə vahidliyi təmin etdi. Düşmənə qarşı millətin gücünün səfərbər edilməsinə nail oldu. Xəzər dənizi ətrafında gedən çarpışmanın, yəni neft uğrunda müharibənin Qarabağla çulğalaşaraq əleyhimizə çevrilməsinin qarşısını aldı. Bu müqavilə bizə yalnız neft resursu kimi baxan dövlətlərin bir qədər əlini kəsdi, onları neytrallaşdırdı. Nəhayət, özümüzə gələrək toparlanmaq, ordu qurmaq və maliyyə imkanlarımızı artırmaq mümkün oldu. Lakin atəşkəs müqaviləsindən sonra ermənilərin əsas niyyəti həmin şərtləri danışıqlara keçirmək və İkinci Dünya müharibəsində olduğu kimi kapitulyasiya aktı ilə savaşı yekunlaşdırmaq idi. Təbii ki, bunlar reallaşmadı. Əslində Vladimir Kazimirovun (ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri) öz adı ilə yaratdığı informasiya resurslarına baş vursaq fərqli məqamları görərik. Bişkekdə imzalanan sənəddə erməni icması nümayənlərinin, Azərbaycan təmsilçilərinin imzasının getməsi, sonradan ATƏT-in də məsələyə qoşulması ilə düşünülürdü ki, Azərbaycan tərəfi ağır şəraitdə torpaqların itirilməsi ilə barışacaq. Bu, olmadı. Ümumiyyətlə, düşünürəm ki, “Bişkek protokolu” artıq qüvvədən düşüb”. Deputat ötən ilin aprel döyüşlərindən sonra yeni atəşkəs müqaviləsinə ehtiyac olduğunu qeyd edib: “Ötən il yeni situasiya yarandı. Moskvada Ermənistanın baş qərargah rəisi Yuri Xaçaturov ilə Azərbaycan Silahlı Qüvvələri baş qərargahının rəisi Nəcməddin Sadıkov arasında hansısa sənədin imzalanması rəsmi sənədlərlə təsdiq olunmadı. Yalnız bu məslələr ətrafında anlaşmanın olduğu vurğulandı.
Bir çoxları düşünür ki, həmin danışıqlar Azərbaycanın həm diplomatik-siyasi, həm də hüquqi imkanlarını gücləndirdi. Bu doğrudan da belə idi. Amma mən hesab edirəm ki, faktiki olaraq atəşkəs müqaviləsi mövcud deyil. Biz hələ də “Bişkek protokolu”na istinad edirik. Doğrudur, hələ yeni sənəd yoxdur. Amma hərbi qüvvələr və dörd günlük müharibə yeni vəziyyət yaratdı. Atəşkəslə bağlı aprelin 5-də danışıqlar aparılsa da, ortada rəsmi sənədin olduğunu deyə bilmərik. Yekun olaraq, 1994-cü ilin mayın 12-sində imzalanan sənəd əvvəlki dönəmlərdə bizim mənafelərimizə xidmət etsə də, fikrimcə, dörd günlük müharibədən sonra yeni atəşkəs müqaviləsinə ehtiyac var”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Bu gün, 18:07 |
|
|
|
| • AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Bu gün, 17:47 |
|
|
|
| • Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Bu gün, 17:44 |
|
|
|
| • “Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Bu gün, 17:39 |
|
|
|
| • UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Bu gün, 17:38 |
|
|
|
| • “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Bu gün, 17:35 |
|
|
|
| • Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Bu gün, 17:23 |
|
|
|
| • “Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Bu gün, 17:20 |
|
|
|
| • Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Bu gün, 17:18 |
|
|
|
| • Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Bu gün, 17:11 |
|
|
|
| • 100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Bu gün, 16:48 |
|
|
|
| • Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Bu gün, 16:38 |
|
|
|
| • Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Bu gün, 16:34 |
|
|
|
| • Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Bu gün, 16:31 |
|
|
|
| • Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Bu gün, 16:29 |
|
|
|
| • “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23 |
|
|
|
| • Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21 |
|
|
|
| • Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18 |
|
|
|
| • Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07 |
|
|
|
| • Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06 |
|
|
|
| • Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01 |
|
|
|
| • Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58 |
|
|
|
| • İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46 |
|
|
|
| • “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01 |
|
|
|
| • “Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59 |
|
|
|
| • Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57 |
|
|
|
| • Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52 |
|
|
|
| • NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45 |
|
|
|
| • Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10 |
|
|
|
| • Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00 |
|
|
|
| • Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59 |
|
|
|
| • Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56 |
|
|
|
| • Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47 |
|
|
|
| • “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37 |
|
|
|
| • Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32 |
|
|
|
| • “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16 |
|
|
|
| • Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06 |
|
|
|
| • Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02 |
|
|
|
| • Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59 |
|
|
|
| • Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58 |
|
|
|
| • Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55 |
|
|
|
| • “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53 |
|
|
|
| • Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50 |
|
|
|
| • Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45 |
|
|
|
| • Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41 |
|
|
|
| • TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33 |
|
|
|
| • Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30 |
|
|
|
| • Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25 |
|
|
|
| • Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09 |
|
|
|
| • SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04 |
|
|
|
|