YENİ ABU QALMAQALI YETİŞİR
Tarix: 13-10-2011, 13:52 | Çap et
ƏHMƏD VƏLİYEVLƏ ELŞAD ABDULLAYEV ARASINDAKI PARALELLƏR
DİA.AZ: - Bir müddət bundan öncə təhsil naziri Misir Mərdanov bir sıra təhsil müəssisələrinin, xüsusən də, orta və ali məktəblərin rəhbərlərinə nazirliyə daxil olan şikayətlərə əsasən, ciddi xəbərdarlıq etdi. Şikayət olunan təhsil müəssisələri sırasında "Odlar Yurdu" Universitetinin də adı yer almışdı.
Əvvəllər Azərbaycan Beynəlxalq Universitetindən (ABU) tez-tez şikayətlər daxil olur, özəl ali məktəbin rektoru isə kimlərəsə, arxalanaraq nazirin xəbərdarlıqlarına əhəmiyyət verməməyə çalışırdı. Hazırda "Odlar Yurdu" da eyni durumu yaşayır. ABU-dan fərqli olaraq bu universitetin indiyə qədər bağlanmamasının səbəbi rektor Əhməd Vəliyevin parlamentə vəsiqə alması ilə bağlıdır. Hansısa görünməz əllər hələ də Əhməd Vəliyevin "xətrinə" dəymək istəmirlər.
Etibarlı mənbənin “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) verdiyi məlumata görə, Əhməd Vəliyevin daxil olduğu çevrənin böyüklüyü bir o qədər nəzərə çarpmasa da, onun universitetdən başqa bir neçə iri biznes şəbəkəsi ilə əlaqəsi var. Bunlar da "Muğanbank" və "Jalə Biznes" MMC-dir ki, bu biznes obyektlərinin rəhbərlərinin Vəliyevin yaxın qohumlarının olduğu söylənilir. Əhməd Vəliyev istirahətə də "Muğanbank"ın rəhbəri ilə birgə gedir.
"Odlar Yurdu" Universitetində qanunsuzluqluq və özbaşınalıq kulminasiya nöqtəsinə çatıb. Ali təhsil ocağında rüşvətin adət halına çevrildiyini deyəsən, korrupsiya ilə mübarizə apardığını bəyan edən rəsmilərimiz də qəbul etməyə başlayıblar. Lakin hansısa qüvvələr ali məktəbin rektoru Əhməd Vəliyevlə "dostluq müqaviləsi"ni pozmaq istəmir, onun universiteti barədə deyilənləri ört-basdır etməklə məşğuldurlar.
Belə olmasaydı, heç kəsə universitet rəhbərliyinin daha çox gözdən pərdə asmaq məqsədi ilə keçirdiyi "islahatlarına" və şişirdilmiş "inkişaf" rəqəmlərinə göz yummazdı. Onun rüşvət üzrə yarışlarda "birinci" yeri tutması isə dəfələrlə ölkə mətbuatında işıqlandırılıb. Hazırda isə yay imtahanları mövsümü olduğundan ali məktəbdə rüşvətin tüğyan etdiyi bildirilir.
Etibarlı mənbənin verdiyi məlumata görə, "Odlar Yurdu" Universitetində vəziyyət olduqca acınacaqlı bir durumdadır. Məlumatı verən mənbə hesab edir ki, Əhməd Vəliyevin rəhbərlik etdiyi bu ali tədris ocağı əslində, rüşvətin ilk dəfə mərkəzləşdiyi ünvan kimi qəbul olunmalıdır. Çünki ali məktəb özəl olduğu üçün burada qaydaları da rəhbərlik müəyyən edir. Rüşvət isə əsl "qaydaya" çevrilib.
Əslində ali məktəblərdə rüşvət yeni problem deyil. Lakin "Odlar Yurdu" Universitetindəki durum tamam başqa məcrada cərəyan edir. Mənbə bildirir ki, tələbələr sözügedən məbləği ödədikdən sonra onlara hətta qəbz də verilir və bu qəbz də dekanatlığa təqdim olunur. Bununla da Əhməd Vəliyev özünün gəlirini standartlaşdırmış olur.
Sözügedən mənbə onu da qeyd edir ki, "Odlar Yurdu" Universitetinin digər bir özəlliyi də onun rektorun ailəsinə xidmət etməsidir: "Əhməd Vəliyev bəlkə də yeganə rektordur ki, övladlarını da universitetin rəhbərliyinə gətirib, iki oğlunu özünə prorektor təyin edib".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTO
Bu gün, 18:26 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi: - “Kökünü qazıb məhv edəcəm!”
Bu gün, 18:23 |
|
|
|
| • "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
Bu gün, 18:20 |
|
|
|
| • Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Bu gün, 18:17 |
|
|
|
| • Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Bu gün, 18:16 |
|
|
|
| • ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Bu gün, 18:11 |
|
|
|
| • İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Bu gün, 18:10 |
|
|
|
| • "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub
Bu gün, 18:08 |
|
|
|
| • Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır - "Bloomberg"
Bu gün, 18:07 |
|
|
|
| • 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir
Bu gün, 18:05 |
|
|
|
| • Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb - KİV
Bu gün, 18:03 |
|
|
|
| • `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Bu gün, 17:56 |
|
|
|
| • Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? - Ekspert deyir ki...
Bu gün, 17:43 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:42 |
|
|
|
| • Hansı ölkədə ailələrin daha çox borcu var?
Bu gün, 17:21 |
|
|
|
| • 16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
| • AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb - DİQQƏT!
Bu gün, 17:13 |
|
|
|
| • Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər - GƏLİŞMƏ
Bu gün, 17:06 |
|
|
|
| • Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər
Bu gün, 17:04 |
|
|
|
| • Partiya sədrindən deputata SƏRT TƏPKİ: . - Elə sözlər dedi ki..
Bu gün, 16:28 |
|
|
|
| • Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...
Bu gün, 16:20 |
|
|
|
| • Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi - KİV
Bu gün, 16:15 |
|
|
|
| • Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI
Bu gün, 16:02 |
|
|
|
| • İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib
Bu gün, 15:54 |
|
|
|
| • Pekinin Rusiya və İranla bağlı öz planları var... - İNCƏLƏMƏ
Bu gün, 13:21 |
|
|
|
| • Xəzər Türklərinə aid qeyri adi toqqa - FOTO
Bu gün, 13:18 |
|
|
|
| • Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Bu gün, 13:15 |
|
|
|
| • Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Bu gün, 13:07 |
|
|
|
| • BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Bu gün, 13:03 |
|
|
|
| • Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Bu gün, 12:58 |
|
|
|
| • Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Bu gün, 12:55 |
|
|
|
| • 20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Bu gün, 12:40 |
|
|
|
| • Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Bu gün, 12:36 |
|
|
|
| • Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Bu gün, 12:33 |
|
|
|
| • Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - SİYAHI
Bu gün, 12:31 |
|
|
|
| • Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
| • “Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”
Bu gün, 12:19 |
|
|
|
| • "Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" - deputat
Bu gün, 12:16 |
|
|
|
| • ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? - "Bu necə mümkündür axı?"
Bu gün, 12:14 |
|
|
|
| • Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:04 |
|
|
|
| • Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Bu gün, 11:56 |
|
|
|
| • "Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Bu gün, 11:48 |
|
|
|
| • Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42 |
|
|
|
| • Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40 |
|
|
|
| • Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25 |
|
|
|
| • “İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15 |
|
|
|
| • İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04 |
|
|
|
| • FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02 |
|
|
|
| • Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55 |
|
|
|
|