İRAN В«AVROVİZİYAВ»NI HARAM ELAN ETDİ
Tarix: 23-04-2012, 11:50 | Çap et
ANTİAZƏRBAYCAN RUHLU ƏRDƏBİLİN İMAM-CÜMƏSİ GÜL AĞZINI AÇDI
DİA.AZ: - Əsasən özünün antiAzərbaycan ruhlu çıxışları ilə diqqətə gələn və kökəncə Azərbaycan türkü olan qədim tür şəhəri Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili yenə də dövlətimizə qarşı çıxışları ilə diqqətə gəlib. DİA.AZ bildirir ki, əslində bir fars ajanı olan Amilinin başlıca missiyası Güney Azərbaycan türklərinin inanclarından sui-istifadə edərək, onların milli ruhunun öldürülməsindən ibarətdir.
Elə buna görə də, hər cümə günü oxuducu xütbəsində Amili bir cümləlik də olsa, Quzey Azərbaycan dövlətinin əleyhinə fikir söyləyir. Və bu zaman fars-molla rejiminin ənənəvi priyomundan istifadə də unudulmur. Məqsədli olaraq Azərbaycan xalqı guya ki, təriflənir (halbuki Azərbaycan xalqı yazıq və çarəsiz kimi təqdim olunur ki, bu barədə də Amilinin danışması lap gülüncdür. Ən azından ona görə ki, əgər söhbət yazıqlıqdan gedirsə, daha çox əziləni elə Amilinin qulluq etdiyi fars-molla rejiminin əsarəti altında olan Azərbaycan xalqıdır), Azərbaycanın dövlət rəsmiləri və eləcə də Azərbaycan dövlətinin özü aşağılanır. Ki, bunun da hansı mərama xidmət etdiyi ər kəsə məlumdur. Beləliklə, В«arannyusВ» portalında yer alan həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
В«"Biz Azərbaycanın dövləti və xalqına ürəyiyananlıq, onların izzət və heysiyyətlərinin qorunması üzündən bu açıqlamaları veririk və inanırıq ki, Azərbaycan xalqı müsəlman bir xalqdır və özlərinin bu əzəmətli məqamları ilə fəxr edrilər".
Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili Ərdəbil şəhərində keçirilən keçən həftəki cümə namazının xütbələrində dedi: "31 il bundan qabaq 14 ordibehiştdə Amerika, İranda olan girovlarını azad etmək üçün elə bir təhqir və məğlubiyyətlə düçar oldu ki, əgər onun ölçülərinə diqqət etsək, ilahi yardım və Amerikanın sonsuz axmaqlığından başqa bir şey onda tapa bilmərik".
O, Amerikanın öz hərbi zabit və əsgərləri ilə Tibsin "Əmcədiyyə" idman stadionundan İran torpaqlarına girmək və öz gümanına əsasən, bir ildırım hərəkətilə girovlarını azad etmək istəməsi hadisəsinə də işarə edərək dedi: "Əgər bu hadisənin mahiyyətinə diqqət etsək, Amerika başçılarının tədbirsizliyini görəcəyik. Onlar sadəlövhcəsinə olan planla, bir avtobus və bir helikopterlə Tehranın ortasında girovlarını azad etmək istəyirdilər".
Ərdəbilin imam cüməsi xütbələrinin digər bir hissəsində Azərbaycan Respublikasının İngiltərədəki səfirinin "Eurovision" müsabiqəsinin yaxşı keçməsi naminə dilinə gətirdiyi rüsvayedici açıqlamasına da toxunaraq dedi: "Azərbaycan Respublikasının Londondakı səfirinin "Azərbaycan xalqı müsəlman deyil"-deməsi, həqiqətdə Bakı dövləti hakimiyyətinin mahiyyətinin üzərindən pərdəni qaldırdı və göstərdi ki, bu dövlət heç vaxt öz xalqına və onun din və düşüncəsinə hörmət etmək istəməmişdir".
Amili, "Eurovision" müsabiqəsi və homoseksualların diqqətini cəlb etmək üçün belə nalayiq açıqlamanı gülünc adlandıraraq dedi: "Biz Azərbaycanın dövləti və xalqına ürəyiyananlıq, onların izzət və heysiyyətlərinin qorunması üzündən bu açıqlamaları veririk və inanırıq ki, Azərbaycan xalqı müsəlman bir xalqdır və özlərinin bu əzəmətli məqamları ilə fəxr edrilər".
Ərdəbil əhalisinin Xubriqan Məclisindəki nümayəndəsi xütbələrinin digər bir hissəsində "Qurani-kərimdən, xalis İslamdan, İslam Peyğəmbərinin (s) sirəsindən, həzrət Əli (ə) şiəsi olmaqdan hansı pisliyi görmüsünüz ki, ləyaqətsiz, rüsvayedici şüarlar verirsiniz?"-sualını da ortaya qoyaraq, vurğuladı: "Azərbaycan xalqının hörmət və əzəməti qorunmalıdır. Haram Eurovision və qeyri-dini proqramlara görə məzhəb və məktəbinin sual altına düşməsi bu ölkə xalqının şənində deyil"В».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23 |
|
|
|
| • Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13 |
|
|
|
| • 1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07 |
|
|
|
| • Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59 |
|
|
|
| • "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50 |
|
|
|
| • Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45 |
|
|
|
| • İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40 |
|
|
|
| • Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35 |
|
|
|
| • Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27 |
|
|
|
| • Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39 |
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25 |
|
|
|
| • Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21 |
|
|
|
| • Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19 |
|
|
|
| • Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16 |
|
|
|
| • Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11 |
|
|
|
| • Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07 |
|
|
|
| • Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04 |
|
|
|
|