"İşləri abonentlərin ciblərinə girməkdir..." .....                     Beynəlxalq Bankın MİN BİR OYUNU .....                     Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? .....                     Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” .....                     "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                     Keçmiş mer nəyin güdazına getdi? .....                     Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU .....                     Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? .....                     Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... .....                     15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? .....                     Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                     Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... .....                     Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb .....                     İçib gömrük qapısına uzanan iranlı həbs edildi .....                     Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir .....                     Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə .....                     Sülhün açarı İrəvanda: .....                     Xaricdə qızı boğub öldürən azərbaycanlılara .....                     Əməkdar artistə vəzifə verildi .....                     Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN .....                     “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var” .....                     Yasamalda qanunsuz tikinti narazılıq yaratdı .....                 

İqbal Ağazadənin müavinindən prezidentə şok müraciət – “Sizin müdaxilənizi istəyirəm, cənab Prezident!”
Tarix: 28-03-2014, 11:49 | Çap et
İqbal Ağazadənin müavinindən prezidentə şok müraciət
DİA.AZ: - Ümid partiyası sədrinin Siyasi məsələlər üzrə müavini Bakir Həsənbəyli ölkə prezidentinə müraciət edib. Prezident İlham Əliyevə ünvanlanan müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir:

“Cənab Prezident! Jurnalistikaya və siyasətə gəlişimin tarixi 20 ildən çoxdur. Bu müddət ərzində həmişə aktiv fəaliyyətdə olmuşam, bir neçə mətbu orqanda müxtəlif vəzifələrdə çalışmışam. Dövlətimin və millətimin taleyüklü məsələlərinə heç zaman biganə qalmamışam.

Cənab Prezident!

Mən ictimai tanıtımı olan insanlardanam. Çox təəssüf edirəm ki, 20 illik jurnalist və siyasi fəaliyyətim dönəmində dövlətimin və hökumətin qayğısını öz üzərimdə bir dəfə də olsun hiss etməmişəm. İllərdir ki, ömürlük xəstə olan ailə üzvümü müalicə etdirmək üçün dəfələrlə evimin əşyalarını satmaq məcburiyyətində qalmışam. Bir qəpik belə bu dövlətdən sosial yardım almıram. Aylardır ki, oxuduğu təhsul müəssisəsini bitirən övladıma nəinki ixtisası üzrə müəllim, hətta sıradan bir iş tapmaq üçün döymədiyim qapı qalmayıb.

Axı Siz bütün rəsmi tədbirlərdə ölkədə 1 200 000 iş yeri açıldığını fəxrlə deyirsiniz. Necə ola bilər ki, bu qədər yeni iş yerindən birində çalışmaq mənim övladım üçün əlçatmazdır? Təsis etdiyim “Vətəndaş Hüquqlarına və Demokratiyanın İnkişafına Yardım” İctimai Birliyin qeydiyyatından Ali Məhkəmə belə imtina etdi. Nazirlər Kabineti hər dəfə hesabat verərkən ölkə vətəndaşlarının gəlirlərinin müəyyən faizlərlə artdığını qeyd edir.

Cənab Prezident! Sizin təyin etdiyiniz bu Nazirlər Kabineti mənim və ailəmin nə yeyib, içdiyimizi, necə dolandığımızı bilirmi ki, mənim gəlirimin artdığı haqqında da hesabat verir? 20 milyard dövlət büdcəsindən bir manat belə mənim olduqca kiçik ailə büdcəmə daxil olmur. Belə olan təqdirdə həmin büdcənin hətta 40 milyard manat olmasının mənim üçün bir anlamı qalırmı? Atasının maddi sıxıntılarını görən azyaşlı övladım belə sanki zamanından tez böyüyüyb. Hətta dərs vəsaiti, geyimlə və s. bağlı ehtiyaclarını da məndən saxlamağa çalışır. Sanki əlavə problemlərin məni bir az da üzməsindən ehtiyat edir. Amma çox təəssüf olsun ki, Sizin təyin etdiyiniz məmurların hətta həddi-buluğa çatmış övladları mənim övladlarım üçün fantastik hesab olunan həyatlarını sosial şəbəkələrdə nümayiş etdirməkdən xüsusi zövq alırlar. Hardandır bu qədər vəsait onlarda, cənab Prezident? Onların atalarının məndən, övladlarının isə övladlarımdan hansı fərqli cəhətləri var? Öz həyatlarını və Sizin təyin etdiyiniz məmurların övladlarının yaşamını görən, müqayisə edən övladlarımı necə vətənpərvər ruhda tərbiyə edim? 200-300 min manatlıq maşınlar sürən, bir neçə milyonluq villalarda yaşayan məmur və onların övladlarını görən, iki şəraitsiz panel otaqlarda yaşayan, cüzi ailə büdcəsi ilə dolanan övladlarıma bunun səbəbini necə izah edim? Onların ataları, həmin məmur övladlarının atalarından hansı keyfiyyətləri ilə fərqlənir deyim? Və ya həmin məmurların övladları hansı fövqəladə nələrə malikdirlər ki, sizdən də fərqli yaşayırlar deyim?

Cənab Prezident!

Problemimlə bağlı PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova 27.01.2014-cü il tarixdə hətta xəbərnamə ilə rəsmi müraciət etdim. Lakin bu günə qədər Əli Həsənov hətta bir parça kağızla belə məktubuma cavab verməyi özünə rəva bilməyib. Qəbuluna yazıldım. Məlum oldu ki, hətta cənab Həsənov vətəndaşları da özü qəbul etmir. Çünki bu şəxs özü üçün illərdir doğmalar və ögeylər kateqoriyası müəyyən edib. Amma unudur ki, mərhum atanız, eks-prezdent, Əli Həsənovun da yolunu davam etdirdiyini iddia etdiyi Heydər Əliyev deyirdi ki, “bir adam ömür boyu qalib ola bilməz”.

İnanıram ki, Sizin sərəncamınızla PA-da şöbə müdiri olan Əli Həsənovun və onun kimi düşünənlərin də bu qalibiyyətləri bir ömür sürməyəcək. Dövlət vəzifələri o vəzifələri daşıyanlar üçün həm də Tanrı əmanətidir. Dövlətin ən sıravi vətəndaşının belə, bu dövlətin hətta ən kiçik məmurnun boynunda da haqqı var. Nə siyasətçi, nə də jurnalist kimi, sadəcə sıradan bir vətəndaş olaraq haqlarımın bərpa olunmasında məhz Sizin müdaxilənizi istəyirəm, cənab Prezident.

Hörmətlə,
Bakir Həsənbəyli
Ümid partiyası sədrinin siyasi məsələlər üzrə müavini”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07
Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04
Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02
Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45
BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40
Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Dünən, 12:36
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Dünən, 12:28
Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Dünən, 12:27
“Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru