Beynəlxalq Bankın MİN BİR OYUNU .....                     Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? .....                     Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” .....                     "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                     Keçmiş mer nəyin güdazına getdi? .....                     Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU .....                     Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? .....                     Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... .....                     15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? .....                     Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                     Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... .....                     Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb .....                     İçib gömrük qapısına uzanan iranlı həbs edildi .....                     Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir .....                     Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə .....                     Sülhün açarı İrəvanda: .....                     Xaricdə qızı boğub öldürən azərbaycanlılara .....                     Əməkdar artistə vəzifə verildi .....                     Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN .....                     “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var” .....                     Yasamalda qanunsuz tikinti narazılıq yaratdı .....                     Rusiya və Ermənistan arasında yük daşımaları artdı .....                 

İcra başçılarının daha bir "pul ağacı" kəsilə bilər - Dəyişiklik gözlənilir
Tarix: 18-03-2014, 11:09 | Çap et
İcra başçılarının daha bir "pul ağacı" kəsilə bilər
Martın əvvəlindən mənzil alıb-satanların işi bir xeyli asanlaşıb və artıq xüsusi olaraq yüklülük sənədi, yəni "Forma 1" almağa ehtiyac yoxdur. Daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayış olan "Forma 1"i artıq notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə etmək mümkün olacaq.

Əmlak üzrə ekspertlər bu dəyişikliyi çox önəmli sayırlar. Onların dediklərinə görə, əvvəllər bu sənədin alınmasına təxminən 15 günə qədər vaxt gedirdi. Prosesin rəsmi tərəfi bir yana qalsın, qeyri-rəsmi tərəfi də vardı. Belə ki, əksər hallarda adamlar bu 15 günlük prosedura dözə bilmirdilər və işi sürətləndirməyə çalışırdılar. Bu da, təbii ki, müəyyən əlavə xərclərə başa gəlirdi və müştərilər sürtəli "Forma 1" sənədinə görə, situasiyadan asılı olaraq, 300 manatdan 3-4 min manata qədər əlavə vəsait ödəməli olurdular.
Bununla belə, əmlakın qeydiyyatı məsələsində, xüsusilə də fərdi yolla tikilmiş əmlaka texniki pasportların və "kupça"ların verilməsindəki problemlər əvvəlki kimi qalıb. Yeni Şəhərsalma və Tikinti Məcəlləsi bu sahədə əngəlləri xeyli azaltsa da, xüsusilə də Bakıda sakinlərin özəl torpaq sahələrində ev tikərək sənədləşdirməsi həll edilməyən probelmə çevrilib. Yeni məcəlləyə görə, artıq sakinlərin özəl torpaq sahələrində ev tikməsi üçün rayon icra hakimiyyətlərindən (İH) icazə almasına, yəni İH başçısının bunun üçün xususi sərəncam verməsinə ehtiyac yoxdur. Amma yeni qaydalara görə, tikintiyə başlamazdan öncə yerli İH-nin memarlıq xidməti tikiləcək evin layihəsini təsdiq etməlidir. Həmçinin ev tikilib başa çatdıqdan sonra yerli İH onun istismara yararlı olması barədə sərəncam verməlidir. "Kupça" almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumuna müraciət edilən zaman da həmin sənədlər təqdim olunmalıdır.
İndi ev tikənlərin ən çətin əldə etdikləri sənədlər məhz bu iki sənəddir. Çətinliyin böyüyü memarın layihəni təsdiq etməsi zamanı başlayır. Memar müəyyən normativlərdən bəhs edərək 2 və ya 3 sot olan ərazinin tikinti üçün darlığından bəhs edir. Yəni qonşu divardan filan qədər aralı olmalıdır və s. Yəni onu yola gətirmək üçün tikinti sahibi müəyyən qədər "hörmət" etməlidir. Ən böyük çətinlik isə evin tikinti üçün yararlı olmasına verilən sərəncamla bağlı olur. Yəni tikinti sahibi burada da "hörmət"li davranmasa, evin yaşayış üçün yararlı olmaması barədə sərəncam verilə bilər.
Bu zaman aktla evdə yaşayışın olması da qeyd edilərək onu qanunsuz tikilmiş evlər sırasına sala bilərlər. Yəni bu zaman İH təmsilçiləri bir qədər fəndgir tərpənirlər - evin sökülməsi barədə qərar verərək hər hansı sosial narazılığa səbəb olmasalar da, evi qanunsuz tikililər sırasına salmaqla mülkiyyət sahibini çıxılmaz məngənəyə salırlar. Adətən, belə evləri nə almaq, nə də satmaq, nə də onlara qeydiyyata düşmək mümkün olur. Belə evlərin sahibləri hər an evlərinin sökülə biləcəyi qorxusu altında olurlar, hər hansı bir dövlət layihəsi çərçivəsində ərazidə aparılan söküntü işləri zamanı heç bir pul ala bilməyəcəklərini düşünürlər və sabahlarına ümidlərini itirirlər.
Əksər ailə başçıları övladlarını bu cür ciddi problemlə üz-üzə qoyaraq dünyadan köçməyin qorxusu altında yaşayırlar. Bakı və ətraf qəsəbələrdə belə ailə başçılarının sayının 300 minə yaxın olduğu bildirilir. Bəziləri məsələnin məhz bu tərəfini düşünərək əllərində olan bir sıra əmlakı - avtomobili, artıq torpaq sahəsini, dükanı və s.-i sataraq evin sənədləşməsinə xərcləyirlər. Bu işi görmüş fərdi ev sahiblərinin dediklərinə görə, hazırda mənzili sənədləşdirməyin "qiyməti" Bakının müxtəlif rayonları üzrə 5 min manatdan 15 min manata kimi dəyişir. Amma belə imkanı olanlar azdır və əksəriyyət "5 min dollar pul xərcləyib tikdiyim evin sənədləşməsi üçün 15 min manatı haradan alım verim?" məntiqi ilə dövlətin bu işə bir əncam çəkməsini gözləyirlər. Müstəqil araşdırmalara görə, Bakı və ətrafında belə evlərdə 1 milyona yaxın adam yaşayır və bu, ciddi sosial partlayışlara səbəb ola bilər.
Yəni bu məsələ mütləq həll edilməlidir və eyni problemlərlə üzləşmiş postsovet məkanı ölkələrinin getdiyi yolla getmək lazımdır. Qeyd edək ki, bir neçə il qabaq Rusiyada da oxşar problemlər var idi və Moskva fərdi əmlakın sadələşdirilmiş qeydiyyat qaydaları tətbiq etməklə məsələni həll etdi. Həmin qaydalara görə, yeni tikilmiş fərdi evin qeydiyyata götürülməsi üçün nə təsdiq edilmiş layihə, nə də istismara yararlılıq sərəncamı lazımdır, sadəcə texniki invertarlaşdırma bürosunun qərarı kifayətdir.
Əksər ekspertlərin fikrincə, Azərbaycan da bu addımı atmalıdır və icra hakimiyyətlərini fərdi ev tikintisindən kənarlaşdırmalıdır. Yəni Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə verilməlidir. Ekspertlər hesab edir ki, icra hakimiyyətləri tərəfindən yeni tikilən əmlakın layihəsinin təsdiq edilməsi və onun istismara yararlı olmasına dair qərarın verilməsi sovetlərdən qalmış lazımsız təcrübədir və ondan imtina olunmalıdır.
Hələlik bu istiqamətdə təkliflərə hökumətin nə zaman baxacağı, onları qəbul edib-etməyəcəyi dəqiqləşməyib, amma icra hakimiyyətləri fərdi mənzil tikintisindən uzaqlaşarsa, bu, icra başçılarının kefinə əməlli-başlı soğan doğrayacaq, çünki onlar çox ciddi məbləğlərlə müşaiyət olunan qeyri-qanuni gəlirlərdən məhrum qalacaqlar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07
Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04
Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02
Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45
BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40
Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Dünən, 12:36
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Dünən, 12:28
Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Dünən, 12:27
“Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Dünən, 12:23
Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: - “Tarixdə mənim kimi sənətkar olmayıb”
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru