ARDNŞ özünü yandırmaq istəyən işçisi ilə bağlı açıqlama verdi İXTİSARA SALINMAYIB
Tarix: 30-12-2013, 14:15 | Çap et
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) özünü şirkətin binası qarşısında yandıracağnı bəyan edən işçisi ilə bağlı mövqeyini açıqlayıb. Bu barədə Trend ARDNŞ-ın rəsmi saytına istinadən xəbər verir. Dövlət Neft Şirkətinin yaydığı məlumatda deyilir: "Dekabrın 29-da müxtəlif elektron informasiya sayt və portallarında ARDNŞ-nin "Kompleks qazma işləri" tresti "Abşeron" Qazma İşləri İdarəsinin qazmaçı köməkçisi Əliyev Bəhruz Malik oğlunun açıqlamasında göstərilən məlumatlar araşdırılıb. Məlum olub ki, Bəhruz Əliyev həqiqətən də 2010-cu ildən ARDNŞ-nin Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində işə götürülüb, 2012-ci ilin oktyabrından fəaliyyətini "Kompleks qazma işləri" tresti "Abşeron" Qazma İşləri İdarəsinin 8 saylı briqadasında 4-cü dərəcəli qazmaçı köməkçisi kimi davam etdirib, hazırda da həmin işdə çalışmaqdadır. 8 saylı briqadanın işlədiyi Şıxıqaya sahəsində qazma işi aparılmadığından briqadanın əməkdaşları, o cümlədən Bəhruz Əliyev boşdayanmadadır və bununla əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq, onlara əməkhaqlarının üçdə ikisi həcmində maaş ödənilir.
Beləliklə, Əliyev Bəhruz Malik oğlu bu gün də ARDNŞ-nin işçisidir, öz ifadəsi ilə desək, "ixtisara salınması" haqqında ona heç kim tərəfindən heç bir xəbərdarlıq edilməyib. Odur ki, onun guya "ixtisara salınması" haqqında dedikləri və bunu səbəb göstərərək, özünü ARDNŞ-nin binası qarşısında yandıracağı barədə açıqlama verməsi, yumşaq desək, təəccüb doğurur".
Qeyd olunur ki, ARDNŞ-nin müəssisələrində, o cümlədən B.Əliyevin işlədiyi "Kompleks qazma işləri" trestində aparılan struktur dəyişikliklərinə dair şirkətin rəsmi saytında 29 dekabr 2013-cü il tarixində yerləşdirilmiş müvafiq xəbərdə də bildirildiyi kimi, həmin dəyişikliklər nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmayıb: "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti struktur dəyişikliyi aparılan idarə və müəssisələrin əməkdaşlarına müraciət edərək, onları bu dəyişikliyin nəticələri haqqında şayiələrə uymamağa, tələsik açıqlamalar verməkdən və beləliklə, özləri də bilmədən siyasi oyunların alətinə çevrilməkdən çəkinməyə çağırır. Şirkətimiz, həmçinin müəyyən siyasi mülahizələrlə ARDNŞ-nin əməkdaşlarının adından istifadə edərək, onun işgüzar nüfuzuna zərbə vurmaq istəyən qüvvələrdən bu çirkin oyunlara son qoymağı tələb edir və əminliyini bildirir ki, onlar həmişə olduğu kimi, bu dəfə də öz məkrli niyyətlərinə çatmayacaqlar".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Bu gün, 16:50 |
|
|
|
| • “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Bu gün, 16:48 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Bu gün, 16:35 |
|
|
|
| • "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Bu gün, 16:32 |
|
|
|
| • "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Bu gün, 16:28 |
|
|
|
| • Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Bu gün, 16:26 |
|
|
|
| • “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Bu gün, 16:22 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Bu gün, 16:19 |
|
|
|
| • Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Bu gün, 16:15 |
|
|
|
| • Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Bu gün, 16:01 |
|
|
|
| • Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Bu gün, 16:00 |
|
|
|
| • Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Bu gün, 15:57 |
|
|
|
| • Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Bu gün, 15:53 |
|
|
|
| • İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bu gün, 15:21 |
|
|
|
| • Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Bu gün, 15:17 |
|
|
|
| • Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Bu gün, 15:13 |
|
|
|
| • 45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
| • “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Bu gün, 14:33 |
|
|
|
| • Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Bu gün, 14:31 |
|
|
|
| • “Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Bu gün, 14:30 |
|
|
|
| • Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Bu gün, 13:15 |
|
|
|
| • Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
| • İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Bu gün, 13:08 |
|
|
|
| • TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Bu gün, 13:06 |
|
|
|
| • Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Bu gün, 13:03 |
|
|
|
| • Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Bu gün, 13:02 |
|
|
|
| • Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Bu gün, 12:59 |
|
|
|
| • AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Bu gün, 12:57 |
|
|
|
| • Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Bu gün, 12:53 |
|
|
|
| • İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Bu gün, 12:47 |
|
|
|
| • Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Bu gün, 12:37 |
|
|
|
| • Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Bu gün, 12:28 |
|
|
|
| • Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Bu gün, 12:25 |
|
|
|
| • Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Bu gün, 12:22 |
|
|
|
| • RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Bu gün, 12:21 |
|
|
|
| • Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Bu gün, 12:18 |
|
|
|
| • "CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Bu gün, 12:11 |
|
|
|
| • Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Bu gün, 12:10 |
|
|
|
| • Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 12:04 |
|
|
|
| • Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • Amansız qətl törədən böyük biznes sahibinə böyük bəraət – Öldürülən qadının yaxınları etiraz edir
Bu gün, 11:46 |
|
|
|
| • “Sürücü yola yox, xətlərə baxır” – Professor AYNA-nı tənqid etdi
Bu gün, 11:43 |
|
|
|
| • TƏBİB-ə yeni təyinat - BU GÜNDƏN...
Bu gün, 11:37 |
|
|
|
| • 165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
Bu gün, 11:33 |
|
|
|
| • Daha bir neçə separatçı evlərindən çıxarılır - KİV
Bu gün, 11:20 |
|
|
|
| • Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib
Bu gün, 11:18 |
|
|
|
| • İbtidai təhsil sistemində təhsil mulyajlarının konveyeri - Sistemli maneələr və innovasiya imitasiyası
Bu gün, 11:17 |
|
|
|
| • Son bir ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,6 milyard dollar artıb
Bu gün, 11:15 |
|
|
|
| • Kart ödənişləri ilə bağlı qərar verildi – Nə dəyişəcək?
Bu gün, 11:13 |
|
|
|
|