“MEAT-DAİRY”, yoxsa “YÜKSƏK TİCARƏT”? - İLGİNC FAKTLAR
Tarix: 26-09-2022, 10:24 | Çap et
 Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə”Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istilik xətlərində təmir bərpa işləri üçün Qum və Çınqılın satınalınması üzrrə keçirilmiş açıq tenderdə qalib “MEAT-DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 16.09.2022-i il tarixdə 79060 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı məlum oldu ki, “MEAT-DAİRY” MMC 1997-ci ildə yaradılmış “CTC Holdinq” ASC-nin tabeliyində olan və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupundan biridir. Şirkət kənd təsərrüfatı və meyvə və tərəvəzlərin alqı-satqı sahəsində fəaliyyət göstərir. Şirkətin davamlı fəaliyyət istiqamətlərindən biri Avropa, MDB və Baltikyanı ölkələrdən yüksək keyfiyyət və zəmanətlə istehsal olunan qida məhsullarının Azərbaycana gətirilməsi təşkil etməkdir. Sağlam qida prinsipini əsas tutan şirkət daha çox təlabat olan məhsullarının – toyuq əti, mal əti, bitki və kərə yağlarının idxalını həyata keçirir. Bu məlumatlar “CTC Holdinq” in rəsmi veb-saytından götürülüb. Qeyd edək ki, “STS Holding” ASC-nin direktoru Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü Məhəmməd Nağıyevdir.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş malgötürənin,yəni qalib kimi göstərilən “MEAT-DAİRY” MMC-nin VÖEN ( 1000093331) -ni araşdırdıqda məlum oldu ki, bu “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.03.2000-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, MİR CƏLAL, ev 34, m. 154, qanuni təmsilçisi kimi isə Ramazanov Bəhlul Məmməd oğlu qeyd olunub.
Qeyd edək ki, Ramazanov Bəhlul Məmməd oğlu həm də Zığ qəsəbəsində yerləşən “Yeni Bakı Süd Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Onun qanuni təmsilçisi olduğu “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2000-ci ildə yaradılmasına baxmayaraq açıq mənbələrdə heç bir məlumat yoxdu.
Daha maraqlı olan odur ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus VÖEN-lə, lakin qalibin adı “MEAT-DAİRY” MMC kimi göstərilən daha bir tender keçirilib.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyində olan 328 sayl hərbi hissə tərəfindən gəmilər üçün su altı və su üstü boyaların satın alınması üzrə keçirilmiş açıq tenderdə də qalib “MEAT-DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilib və tərəflər arasında 14.09.2022-i il tarixdə 768 062 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Qeyd etdiyimiz kimi, VÖEN isə “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur.
Yuxarıda qeyd etdiyimiz kimi “MEAT-DAİRY” MMC-nin fəaliyyət sferası bəlli olsa da, VÖEN-i yoxdur. Bu MMC-nin “CTC Holdinq” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olması ilə əlaqadər ola bilər. Lakin sifarişçi dövlət qurumlarının, “Azəristiliktəchizat” ASC və Sərhəd Xidmətinin tabeliyində olan 328 sayl hərbi hissənin qalib kimi “MEAT-DAİRY” MMC-nin deyil, “YÜKSƏK TİCARƏT” MMC-nin VÖEN-nini göstərmələri artıq suallar doğurmaya bilmir. Bu yanlışlıqla ola bilməz. Yanlışlığı dövlət qurumlarından biri edə bilərdi. Lakin iki günün ərzində ayrı-ayrı dövlət qurumlarının satınalmaların vahid internet portalına yerləşdirdiyi məlumatlarda yanlışlığa yol verməsi heç inandırıçı görsənmir. Bu şirkətləri bir-birinə bağlayan bir tel mütləq var. Şübhələr də elə buradan başlayır.
Bu, ya STS Holding” ASC-nin direktoru Məhəmməd Nağıyevlə “YÜKSƏK TİCARƏT” MMC-nin direktoru Bəhlul Ramazanovun işbirliyinin nəticəsidir, ya da adıçəkilən dövlət qurumlarının şübhəli əməlləridir ki, üstünün açılmasını belə tezliklə gözləmirdilər.
Aktualinfo.org

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34 |
|
|
|
| • Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12 |
|
|
|
| • Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59 |
|
|
|
| • Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49 |
|
|
|
| • "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17 |
|
|
|
| • "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08 |
|
|
|
| • Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56 |
|
|
|
| • Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50 |
|
|
|
| • Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44 |
|
|
|
| • Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36 |
|
|
|
| • Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21 |
|
|
|
| • Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17 |
|
|
|
| • 15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13 |
|
|
|
| • Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04 |
|
|
|
| • Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30 |
|
|
|
| • 26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28 |
|
|
|
| • Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27 |
|
|
|
| • MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18 |
|
|
|
| • Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14 |
|
|
|
| • Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09 |
|
|
|
| • Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59 |
|
|
|
| • Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52 |
|
|
|
| • Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49 |
|
|
|
| • “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27 |
|
|
|
| • “AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24 |
|
|
|
| • Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16 |
|
|
|
| • Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12 |
|
|
|
| • “Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08 |
|
|
|
| • Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59 |
|
|
|
| • Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53 |
|
|
|
| • Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50 |
|
|
|
| • İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44 |
|
|
|
| • Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03 |
|
|
|
| • Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00 |
|
|
|
| • Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58 |
|
|
|
| • Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50 |
|
|
|
| • Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45 |
|
|
|
| • Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35 |
|
|
|
| • “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11 |
|
|
|
| • Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07 |
|
|
|
| • Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04 |
|
|
|
| • Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02 |
|
|
|
| • Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56 |
|
|
|
| • Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45 |
|
|
|
| • BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40 |
|
|
|
| • Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Dünən, 12:36 |
|
|
|
| • Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Dünən, 12:28 |
|
|
|
| • Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Dünən, 12:27 |
|
|
|
| • “Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Dünən, 12:23 |
|
|
|
|