“Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                 

Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Tarix: 12-05-2025, 01:44 | Çap et
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı?
Hindistan və Pakistan arasında eskalasiya nisbətən sakitləşib. Mayın 10-da tərəflər atəşkəs barədə razılaşma əldə ediblər. Bunu, ilk olaraq ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mark Rubio açıqlayıb. Daha sonra Pakistan və Hindistan rəsmiləri atəşkəs razılaşmasını təsdiqləyiblər. Atəşkəs Bakı vaxtı ilə saat mayın 10-da 15:30-da qüvvəyə minib. Amma bu, hələ böyük sülh demək deyil…

Elə dünən axşam atəşkəsin yenidən pozulduğu barədə məlumat daxil olub. Düzdür, bu dəfə ballistik raketlər, aviasiya və dronlardan deyil, ancaq atıcı silahlardan istifadə edilib. Buna baxmayaraq, atəşkəsə tam nəzarət edilmədiyi göz önündədir.

Öz növbəsində, Hindistan Hərbi Hava Qüvvələrinin nümayəndəsi bəyan edib ki, atəşkəs razılaşmasına baxmayaraq, Pakistana qarşı “Sindur” əməliyyatı davam edir: “Əməliyyat davam etdiyindən, vaxtı çatanda müvafiq brifinq keçiriləcək. Hindistan Hərbi Hava Qüvvələri spekulyasiya və yoxlanılmamış informasiya yaymaqdan çəkinməyə çağırır”.

Yəni, bu, hələ sülh deyil. Çox kövrək atəşkəs razılaşması hər an yenidən pozula bilər…

Qeyd edək ki, bundan bir gün əvvəl Hindistan Pakistan aviabazalarına zərbə endirib, ən azı bir ədəd C-130 “Hercules” yük təyyarəsinin sıradan çıxarıldığı bildirilir. Pakistan isə mayın 10-da gecə saatlarında Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib. Nəticədə, Hindistana məxsus bir aviabazanın sıradan çıxarıldığı iddia edilir.

“Geo” telekanalının məlumatına görə, Pakistan ordusu bir neçə gün ərzində 100- yaxın pilotsuz uçuş aparatını məhv edib. Hindistan ordusu isə bildirib ki, Pakistan ordusu Cammu və Kəşmir sərhədi boyunca odlu silah və artilleriya atəşi açıb.

Hindistanın paytaxtı Yeni Dehlidə yerləşən “İndira Qandi” Beynəlxalq Hava Limanı da daxil olmaqla, ölkənin 30-dan çox hava limanı fəaliyyətini dayandırıb.

Hindistanın xarici işlər naziri bildirib ki, ölkəsi Pakistana hücumla 22 aprel terror aktının günahkarlarını məsuliyyətə cəlb etmək qərarına gəlib. O əlavə edib ki, Pakistan terrorçuları dayandırmayıb və onlar üçün “sığınacaqa” çevrilib.

Pakistan bu ittihamları qətiyyətlə rədd edib. Ölkə rəsmiləri Hindistanın hücumunu müharibə aktı adlandırıb. Ardınca Pakistan cavab zərbələri endirməyə başlayıb.

Qeyd edək ki, sərhəd bölgələrində hər iki tərəfdən 125-dən çox qırıcı təyyarənin iştirak etdiyi hava döyüşü baş verib. CNN telekanalının xəbərinə görə, bu, iki ölkə arasında son illərdə baş vermiş ən iri və ən uzunmüddətli aviadöyüşlərdən biri olub. Kanalın mənbəsi bildirib ki, təyyarələr hava döyüşünü bir saatdan artıq davam etdirib və heç bir tərəf qarşı tərəfin hava məkanına daxil olmayıb, zərbələr uzaq məsafədən endirilib.

Hücumlar nəticəsində Kəşmirdəki su elektrik stansiyası zərər görüb. Pakistan ordusu bu zərbəyə görə Hindistanı ittiham edib. Hindistan mənbələri isə Pakistanın Cammu və Kəşmirdəki məktəbə hücum etdiyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp Hindistanın hərbi əməliyyatını “biabırçılıq” adlandırıb və münaqişənin tezliklə başa çatacağına ümid etdiyini bildirib. ABŞ administrasiyası da iki ölkə rəhbərliyi ilə əlaqələri davam etdirəcəyini və münaqişənin həlli üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Böyük Britaniya və İsveçrə də deeskalasiyaya dəstək verməyə hazır olduqlarını açıqlayıblar.

Çinin Xarici İşlər Nazirliyi Hindistanı sülhə çağırıb və bəyan edib ki, “Çin terrorizmin bütün formalarına qarşıdır”. İsrail isə Hindistanın “Sindur” əməliyyatını dəstəkləyib və onu özünümüdafiə hüququnun həyata keçirilməsi kimi qiymətləndirib. BMT Baş katibi Antoniu Quterreş tərəfləri təmkinli olmağa çağırıb və bildirib ki, dünya Hindistan və Pakistan arasında hərbi toqquşmaya dözməməlidir.

Baş verənlər beynəlxalq ictimaiyyət, xüsusən də region dövlətləri üçün ciddi narahatlıq doğurur. Əsas sual isə budur: tərəflər bu gərginliyi hansı həddə qədər aparmaq fikrindədirlər? Hər iki ölkə nüvə silahına malikdir və heç kim burada nüvə müharibəsi və yaxud potensial olaraq Çin, ABŞ və Rusiyanın da bu prosesə cəlb olunmasını istəmir.

Xatırladaq ki, Hindistan Ermənistanın silah tərəfdaşı kimi tanınır, Pakistan isə Azərbaycanla hərbi əməkdaşlıq edir. Ölkəmiz isə son vaxtlar Çinin strateji tərəfdaşına çevrilib və Çin, məlum olduğu kimi, Pakistana xüsusi dəstək verir. Belə olan halda, mövcud gərginlik hara qədər gedib çıxacaq? Artıq bu hadisələri müharibə adlandırmaq olarmı? Bölgədə zəncirvari reaksiya baş verə bilərmi? Axı yaxınlıqda Əfqanıstan, İran kimi partlayış həddində olan ölkələr də var.

Tanınmış gürcü çinşünas, hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun fikrincə, hazırda Pakistan və Hindistan arasında baş verən hadisələri faktiki olaraq aşağı intensivlikli hərbi münaqişə, yaxud kiçik müharibə adlandırmaq olar. “Bu münaqişə lokal müharibəyə çevrilə bilər. Bu isə o deməkdir ki, rəsmi olaraq müharibə elan etməsələr də, iki müstəqil dövlət faktiki olaraq öz hərbi potensialından istifadə edir.

Əsas odur ki, döyüş toqquşmaları baş verir, hava məkanında intensiv döyüşlər gedir. Üç gün əvvəl Pakistan və Hindistan hərbi hava qüvvələri arasında genişmiqyaslı hava döyüşü olub və həmin döyüşdə Hindistan 5 hərbi təyyarəsini itirib. Quru ərazilərdə də hərbi əməliyyatlar baş verib və artıq ehtimal var ki, toqquşmalar yenidən başlasa, qarşıdurma dəniz məkanına da yayıla bilər.

Hesab edirəm ki, indiki mərhələdə Pakistan Silahlı Qüvvələrinin taktiki üstünlüyü var. Baxmayaraq ki, bu hərbi əməliyyatlar hələ genişmiqyaslı qarşıdurmaya – ordular və ya hərbi korpuslar səviyyəsində müharibəyə çevrilməyib. Hələlik döyüşlər diviziya və batalyonlar səviyyəsində aparılıb. Amma maraqlı odur ki, hər iki dövlət öz səfərbərlik gücünü artırır. Yəni, sərhədyanı döyüşlər lokal müharibəyə keçə və bu halda ballistik zərbə komplekslərinin, strateji dronların tətbiqi ehtimalı arta bilər. Bu zaman həm Hindistanın, həm də Pakistanın hərbi-dəniz qüvvələri işə cəlb olunacaq. Məncə, bu halda genişmiqyaslı, dərin hərbi-diversiya əməliyyatları başlayacaq və bu zaman Pakistan və Hindistan kəşfiyyat-diversiya və paramilitar qruplarından istifadə edərək qarşıdurmanı daha yüksək səviyyəyə qaldıra bilərlər”, – deyə professor bildirib.

O, həmçinin zəncirvari reaksiyanın mümkünlüyünü də istisna etmir. “Biz bilirik ki, hazırda Əfqanıstan və Pakistan münasibətlərində də gərginlik müşahidə olunur. Bundan başqa, Hindistanı dəstəkləyən İran faktoru da var. Mən hesab edirəm ki, burada yeni hərbi-siyasi ittifaqların formalaşması ehtimalı yaranır. Maraqlıdır ki, Türkiyə Pakistana dəstək verib. Bəzi ərəb dövlətləri də Pakistana dəstək nümayiş etdirib. Digər tərəfdən, Ermənistan isə Hindistanın mövqeyini dəstəkləyib. Çin isə faktiki olaraq Pakistana arxa durur. Üstəlik, Pakistan Silahlı Qüvvələri Çin silahlarını uğurla nümayiş etdirir və istifadə edir. Bunu açıq şəkildə demək olar. Bu da onlara müəyyən üstünlük verir. Əgər əvvəlki lokal müharibələrdə – 1962, 1971-ci illərdə və 1966-cı ildəki aşağı intensivlikli qarşıdurmada üstünlük Hindistanın tərəfində idisə, bu dəfə vəziyyət dəyişib və Pakistanın xeyrinədir. Bu artıq görünür. Baxmayaraq ki, Pakistan son illərdə çox çətin və ağır siyasi böhranlar yaşayıb, amma indiki mərhələdə Pakistan Silahlı Qüvvələri daha güclü döyüş hazırlığı və koordinasiya nümayiş etdirir. Mən düşünürəm ki, bu qarşıdurma nüvə müharibəsinə çevrilməyəcək və tərəflər bu mərhələdə dayanacaqlar. Hazırda vəziyyət belədir. Görək, hadisələr bundan sonra necə inkişaf edəcək”, – deyə Maisaya vurğulayıb.

PRESSKLUB.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru