Kəşmir təhlükəsizlik deyil, kimlik problemidir - AKTUAL
Tarix: 25-04-2025, 10:09 | Çap et
 1947-ci ildən bəri davam edən Kəşmir problemi təkcə sərhəd çəkişməsi deyil. Bu, müxtəlif dini-etnik kimliklərin toqquşması, regional hegemonluq uğrunda mübarizə və postimperial siyasi iradələrin sərt qarşıdurmasıdır. Kəşmir həm hindular, həm müsəlmanlar, həm də buddistlər üçün müqəddəs sayılan məkanlarla zəngindir. Amma bu mədəni müxtəliflik çoxdan təhlükəsizlik barrikadaları və silahlı münaqişələr fonunda kölgədə qalıb. 2019-cu ildə Hindistanın hakimiyyətə gələn hindu millətçi Bharatiya Janata Partiyası (BJP) Kəşmirə verilmiş xüsusi muxtariyyəti ləğv etməklə vəziyyəti radikal şəkildə dəyişdi. Bu qərar bölgənin müsəlman əhalisini “ikinci dərəcəli insanlar” statusuna salmaqla yanaşı, Kəşmir torpaqlarının qeyri-müsəlmanlara satılmasına da yaşıl işıq yandırdı. Tarazlıq pozuldu, müqavimət artdı. Elə həmin il yaranan “Müqavimət Cəbhəsi” (The Resistance Front – TRF) özünü bu siyasətə qarşı yerli cavab olaraq təqdim etdi. Təşkilatın əsas hədəfi sadə və aydındır: Hindistan hökumətinin "turizm vasitəsilə inteqrasiya" planlarını sabotaj etmək, dinc mühiti terrorla sarsıtmaq və bununla da Delhi rəhbərliyinin uğursuzluğunu ifşa etmək. Hindistanın İslamabadı terrora dəstəkdə ittiham etməsi yeni deyil. Lakin bu izah həddindən artıq sadələşdirilmiş və vəziyyəti dərk etmək üçün yetərsizdir. Pakistanın keçmişdə bu tip qruplaşmaları dəstəklədiyi doğrudur, lakin bu gün İslamabadın özü ciddi daxili siyasi, iqtisadi və hərbi xaosla üzləşib. Ölkədəki ekstremist qrupların hamısının dövlət nəzarətində olduğunu düşünmək — Cənubi Asiyanın reallıqlarından tamamilə uzaq bir xülyadır. Daha təhlükəlisi isə odur ki, Hindistanın son illərdəki radikal siyasəti artıq yerli silahlı aktorları formalaşdırıb. Onlar özlərini Hindistanın "səssiz işğalına" qarşı vuruşan qəhrəmanlar kimi təqdim edir, xarici göstərişlərə yox, şəxsi qisas hissinə əsaslanırlar. Bu, idarəolunmaz bir radikalizmdir — milliyyətçiliyin sərhədsiz forması. Bütün bunlarla yanaşı, Hindistanın özü Pakistanın Belucistan bölgəsindəki separatçılara dəstək verir. Hətta bu fəaliyyət “Rao doktrinası” adlı rəsmi sənəddə də təsbit olunub. Beləliklə, Kəşmir ətrafında baş verənlər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin zəif yerlərinə zərbə vurduğu hibrid müharibənin tərkib hissəsidir. Terror aktından sonra Hindistan hökumətinin reaksiyası klassik sxemdə baş verdi: Pakistanla su paylaşımı barədə 1960-cı il razılaşmasının dayandırılması, diplomatik heyətin azaldılması, sərhəd keçid məntəqələrinin bağlanması, viza azadlığı ilə ölkəyə gəlmiş pakistanlıların 48 saat ərzində çıxarılması. Bu, siyasətdən çox, ritorikadır. İctimaiyyətin gözündə güclü görünmək üçün edilən addımlardır. Lakin bu siyasətin praktik effekti nədir? Qısa müddətli reytinq artımı və millətçi çevrələrdə razılıq dalğası. Lakin uzunmüddətli perspektivdə — daha da artan radikallaşma, daha çox hücumlar və daha az təhlükəsizlik. Nəticə: Kəşmir təhlükəsizlik deyil, kimlik problemidir Hindistan Kəşmir problemini təhlükəsizlik məsələsi kimi təqdim edir. Amma əslində bu — kimlik, hüquq və siyasi təmsilçilik məsələsidir. Bu reallıq qəbul edilmədikcə, tətbiq olunan istənilən hərbi və inzibati tədbir yalnız müvəqqəti sakitlik gətirə bilər. Əsas səbəbləri aradan qaldırmayan siyasət — problemin özünü daha da dərinləşdirir. BayВsaran faciəsi — bu yolda növbəti dayanacaqdır. Əgər Hindistan rəhbərliyi bu səsi eşitmək əvəzinə yalnız repressiyalarla cavab verəcəksə, sabah turistlər təkcə gəlməkdən imtina etməyəcəklər. Onlar suallar verməyə başlayacaqlar. Və bu — istənilən avtoritar rejim üçün daha təhlükəli bir ssenaridir.
Elçin Alıoğlu - "DİA-AZ"

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34 |
|
|
|
| • Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12 |
|
|
|
| • Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59 |
|
|
|
| • Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49 |
|
|
|
| • "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17 |
|
|
|
| • "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08 |
|
|
|
| • Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56 |
|
|
|
| • Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50 |
|
|
|
| • Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44 |
|
|
|
| • Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36 |
|
|
|
| • Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21 |
|
|
|
| • Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17 |
|
|
|
| • 15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13 |
|
|
|
| • Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04 |
|
|
|
| • Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30 |
|
|
|
| • 26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28 |
|
|
|
| • Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27 |
|
|
|
| • MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18 |
|
|
|
| • Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14 |
|
|
|
| • Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09 |
|
|
|
| • Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59 |
|
|
|
| • Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52 |
|
|
|
| • Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49 |
|
|
|
| • “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27 |
|
|
|
| • “AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24 |
|
|
|
| • Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16 |
|
|
|
| • Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12 |
|
|
|
| • “Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08 |
|
|
|
| • Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59 |
|
|
|
| • Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53 |
|
|
|
| • Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50 |
|
|
|
| • İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44 |
|
|
|
| • Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03 |
|
|
|
| • Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00 |
|
|
|
| • Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58 |
|
|
|
| • Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50 |
|
|
|
| • Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45 |
|
|
|
| • Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35 |
|
|
|
| • “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11 |
|
|
|
| • Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07 |
|
|
|
| • Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04 |
|
|
|
| • Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02 |
|
|
|
| • Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56 |
|
|
|
| • Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45 |
|
|
|
| • BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40 |
|
|
|
| • Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Dünən, 12:36 |
|
|
|
| • Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Dünən, 12:28 |
|
|
|
| • Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Dünən, 12:27 |
|
|
|
| • “Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Dünən, 12:23 |
|
|
|
|