Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək .....                     Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır .....                     Neft bazarında SENSASİON VƏZİYYƏT .....                     Ukrayna İran gəmisinə niyə hücum etdi? .....                     Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     “Bizim aydın şərtimiz var... .....                     "Nədən insanları məntiqsiz, avam sayırsız?!." .....                     "Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." .....                     ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! .....                     Tokayev Putinin üzünə dedi ki... .....                     Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb .....                     Rusiya hücum etsə, döyüşməyəcəklər .....                     "Azəriqaz"da "LİKE" MƏRƏZİ .....                     Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT .....                     Saleh Məmmədov QURUR... YARADIR! .....                     Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək .....                     "Yadda qalan məhz bunlardır..." .....                     Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi .....                     Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! .....                     Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb .....                     "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                 

Qərb diplomatları təxliyə olunur: Ukrayna “kantrabasda tək”? - GƏLİŞMƏ
Tarix: 16-02-2022, 08:05 | Çap et
Qərb diplomatları təxliyə olunur: Ukrayna “kantrabasda tək”?
ABŞ Prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə videokonfrans formatında keçirdiyi görüş zamanı deyib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər. Vaşinqton Rusiyanın Ukraynaya hücumunun raket zərbəsi və kiberhücumdan ibarət ola biləcəyini güman edir. Sözügedən görüşdə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa liderləri, həmçinin NATO-nun Baş katibi və Avropa Komissiyasının rəhbəri iştirak edib.

Bu görüşdən sonra 20-dən artıq dövlət Ukraynadakı diplomatik missiyalarını geri çağırıb. ABŞ Dövlət Departamentinin Kiyevdəki səfirliyini təxliyə edəcəyi barədə açıqlaması, onların Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə biləcəyi barədə məlumatların yayılması, Yaponiya Xarici İşlər Nazirliyinin Ukraynadakı diplomatların sayını azaltması, onları təxliyyə etməsi, İtaliya, İsveçrə, Slovakiya, Avstraliya, Səduiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər və digər dövlətlərin də analoji addımı atması yaxın günlərdə rusların Ukraynaya hücum edəcəklərinə dair ehtimalları artırıb. DİA.AZ-ın məlumatına görə, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki Azər Xudiyev AYNA-ya şərhində deyib ki, hazırda Ukraynada sakitlikdir və xüsusi təşviş yoxdur: “Prezident Volodimir Zelenski Ukrayna xalqına müraciəti zamanı söylədi ki, heç bir halda panikaya yol vermək olmaz və panika düşmənin maraqlarına xidmət edir. Hazırda Kiyevdə və digər şəhərlərdə sakitlikdir. Hamı öz işində-gücündədir. Sərhədlər açıqdır və Ukraynaya aviasiya relsləri işləyir. Yəni, xüsusi bir təşviş yoxdur”.

“Hesab edirəm ki, panika xaricdən idxal olunur və bununla bağlı böyük geosiyasi oyun aparılır. Dünya gücləri yaranmış vəziyyətdən istifadə edərək, öz qaydalarını formalaşdırmağa çalışırlar. Ukrayna hökuməti panikanın yaranmamasında çox israrlıdır və bu yöndə ciddi addımlar atır. Xarici jurnalistlərin “Müharibəni niyə xalqdan gizlədirsiniz” sualına Zelenskinin sərt cavabı da buna misaldır”, - deyə həmsöhbətimiz bildirib.

Diplomatın sözlərinə görə, sabiq Prezident Poroşenkonun rəhbəri olduğu blok bir neçə fraksiya ilə birləşərək, bazar günündə parlamentin fövqəladə iclasının çağırılmasını tələb edirdi: “Orada cəmiyyətə konkret mesajlar verilməsinin vacibliyi qeyd olunacaqdı. Prezident Zelenski buna imkan vermədi və hesab edirəm ki, bu, çox düzgün addım idi. Parlementin sədri də Prezidentlə həmrəylik nümayiş etdirdi. Ənənəvi olaraq bazar ertəsi ali qanunverici orqan toplaşdı və cari məsələləri müzakirə etdi. Ukrayna hərbi qüvvələrinin büdcəsinin və ehtiyat qüvvələrinin artırılması istiqamətində müzakirələr aparıldı”.

“Beynəlxalq ictimaiyyətdə yaxın günlərdə Rusiyanın Ukraynaya hücum edəcəyi barədə fikirlər mövcud olsa da, reallıqda bunlar az inandırıcıdır. Rusiyanın hazırkı həssas şəraitdə Ukraynaya hücum kimi riskli bir qərar verməsi ehtimalı çox aşağıdır. Kreml bilir ki, bu addım Avropa ilə münasibətlərin korlanmasına, nəticə etibarilə “Şimal Axını 2” boru kərmərinin taleyinin təhlükə altına düşməsinə səbəb ola bilər”, - deyə Xudiyev vurğulayıb.

Əlavə edib ki, bəzi dövlətlər diplomatik missiyalarını Ukraynadan çıxarsa da, əksər ölkələr öz fəaliyyətini davam etdirir: “Bir daha qeyd etmək istəyirəm ki, fövqəladə bir narahatlıq və təşviş müşahidə olunmur”.

Azərbaycan Milli Məclisində Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə AYNA-ya açıqlamasında bildirib ki, xarici dövlətlərin öz diplomatic nümayəndəliklərini təxliyə etməsi arzuolunan tendensiya deyil: “20-dən artıq ölkə öz diplomatik korpusunu ya Ukraynadan çıxarıb, ya da onların sayını azaldıb. Bəziləri isə Kiyevdən Lvov şəhərinə daşıyır. Hesab edirəm ki, bunlar preventiv addımlardır və Ukraynanın xeyrinə deyil”.

“Mən bunu səfirliyin əməkdaşları ilə müzakirələrim zamanı da söylədim. Onlar da mənimlə razı olduqlarını bəyan etdilər. Avropanın ortasında müharibə başlamaq böyük bir məsuliyyətdir. Nəzərə alanda ki, Avropa iqtisadiyyatı qənaətbəxş səviyyədə deyil, bu, əlavə problemlərə yol aça bilər. Bütün hallarda çoxsaylı insan tələfatı və ağır iqtisadi böhrana səbəb olacaq bu müharibənin başlanmasını real saymıram. Yəqin ki, ideoloji və informasiya cəbhəsində davam edən hərbi müstəviyə keçməyəcək”, - deyə deputat söyləyib.

Onun sözlərinə görə, belə bir müharibənin başlaması dünyanın nəqliyyat sistemini də iflic edəcək: “Müharibə bütün dünya üzrə qiymətlərin artmasına, bahalaşmaya gətirib çıxaracaq. Tərəflər bütün imkanlarını itirməyib və inanmıram ki, hazırkl şəraitdə müharibəyə getsinlər”.

“Məlumdur ki, Türkiyə hazırda tarixi bir missiyanı öz üzərinə götürüb. Həm Rusiya ilə, həm də Ukrayna ilə danışıqlar aparır. Hər iki tərəf Türkiyənin vasitəçiliyində maraqlıdır və bu, danışıqlar prosesinin tükənmədiyini söyləməyə əsas verir. Müharibə ən son variantdır və bu ehtimalları səsləndirməklə tərəflər bir-birinə təzyiq etməyə çalışır. Hazırda nə oyun gedir və səfirlər niyə və hansı səbəbdən təxliyyə olunur - bu barədə qəti söz demək çətindir”, - deyə Quliyev fikrini yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Bu gün, 08:50
Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır - KİV
Bu gün, 08:48
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
"Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32
ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20
Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03
"Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55
Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT - TƏFƏRRÜAT
Bu gün, 06:44
Saleh Məmmədov QURUR... YARADIR! - Amma Azərbaycanda YOX!
Bu gün, 06:40
Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək - "TRT-Haber"
Bu gün, 06:28
"Yadda qalan məhz bunlardır..."
Bu gün, 06:26
Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:23
Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! – Ermənilər heyrət içində
Bu gün, 06:20
Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb - "RBK-Ukrayna"
Bu gün, 06:19
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Dünən, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Dünən, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Dünən, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Dünən, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Dünən, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Dünən, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Dünən, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Dünən, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Dünən, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Dünən, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Dünən, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Dünən, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Dünən, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Dünən, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Dünən, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Dünən, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Dünən, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Dünən, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Dünən, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Dünən, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Dünən, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Dünən, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Dünən, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Dünən, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Dünən, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Dünən, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Dünən, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Dünən, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru