“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” .....                     "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" .....                     “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir .....                     Putin Tokayevin planını rədd etdi .....                     Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib .....                     15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı .....                     Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü .....                     Gürcüstanda azərbaycanlı gənc başından güllələnib .....                     Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı .....                     Tokayev haqlımı .....                     Sabiq prokuror vəfat etdi .....                     Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür .....                     Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? .....                     Azərbaycanda pensiya yaşı 70 olur? .....                     Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” .....                     “Xəyanət” DAVAM EDƏCƏK: .....                     Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik .....                     ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb .....                     Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB .....                     Nazirlik məktəblərdə süni intellektin tətbiqinə .....                     Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA .....                     Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti .....                     Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... .....                     "Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" .....                     Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları .....                     "Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." .....                     “Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR .....                     Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi .....                     "Sən həyatımın ən böyük sevgisisən" .....                     Ana dilinin saflığının qorunması mühüm vəzifədir .....                     Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi .....                     ““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” .....                     Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi .....                     Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... .....                     Şahin Bağırov baş idarəyə rəis təyin etdi .....                     Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... .....                     Dövlət qurumları hibrid maşınlar almağa başlayır .....                     Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem .....                     Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər .....                     "Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." .....                 

“Qazaxıstanın Rusiya və Belarusla vahid ittifaqa girməsi mümkün deyil” - GƏLİŞMƏ
Tarix: 10-01-2022, 10:25 | Çap et
“Qazaxıstanın Rusiya və Belarusla vahid ittifaqa girməsi mümkün deyil”
Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi və üzv dövlətləri köməyə çağırması dünya gündəmini məşğul edən əsas mövzulardan biridir. Almatı və digər şəhərlərdə etirazçılara qarşı həyata keçirilən və qazax hökumətinin antiterror əməliyyatları adlandırdığı tədbirlər fonunda, ABŞ və Avropanın susqun mövqeyi, şərti bəyanatlarla kifayətlənməsi ciddi tənqid olunur. Bəziləri aksiyalar zamanı etirazçıların zorakılığa yol verməsini əsas gətirərək, bu səbəbdən Tokayevin atdığı addımları təqdir etsələr də, bunu demokratik dəyərlərin pozulması və zorla hakimiyyətdə qalmağa cəhd kimi qiymətləndirənlər də var. DİA.AZ xəbər verir ki, AYNA baş verənləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, diplomat Fərid Şəfiyevlə müzakirə edib.

- Qazaxıstanda bir neçə günün içərisində hadisələr episentrindən çıxdı və qanlı toqquşmalara gətirib çıxardı. İkrinizcə, baş verənlər əvvəlcədən planlaşdırılmış ssenari, yoxsa qazax xalqının hakimiyyətə qarşı qiyamı idi?

- Qazaxıstanda baş verən hadisələr sosial-iqtisadi problemlərdən qaynaqlanırdı. Eyni zamanda korrupsiya ilə bağlı problemlər də bu etirazları alovlandırırdı. Nəticədə etirazlar artıq geniş xarakter almağa başladı və bütün ölkəboyu yayıldı. Təbii ki, baş verənlərdən sonra beynəlxalq güclər hadisələrə müdaxilə etməyə cəhd etdi. Daha doğrusu, vəziyyətdən istifadə etməyə çalışdılar. Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin Qazaxıstanda yerləşdirilməsi hadisələrin gedişatını fərqli istiqamətlərə aparır. Hesab edirəm ki, KTMT qüvvələri bəlli və qısa bir müddət ərzində, misal üçün, bir neçə ay ərzində orada qalacaqlar. Vəziyyət sabitləşəndən sonra onların geri qayıdacağı gözlənilir. Bundan sonra vəziyyətin ölkənin daxilində həll olunacağı ehtimalı var. Yox əgər bunun əksi baş versə, yəni KTMT qoşunları uzun müddət qalarsa, bu, Qazaxıstanın milli dövlətçiliyi və müstəqilliyi üçün ciddi fəsadlar yaradacaq.

- Tokayevin iğtişaşçılara qarşı xəbərdarlıq edilmədən atəş açılması barədə qərarı ciddi müzakirə mövzusudur. ABŞ və Qərb isə baş verənlərə susur, yalnız bir neçə cümləlik bəyanatlar verməklə kifayətlənirlər...

- Son illər Qərb, o cümlədən ABŞ Orta Asiyada fəal siyasət aparmır və ola bilsin ki, məhz elə bu səbəbdən onların tam formalaşmış mövqeyi yoxdur. Eyni zamanda son hadisələrin xronologiyasına baxsaq, görərik ki, ortada təxribatçı addımlar da atılıb. Düzdür, Qərb təsisatları insanların etiraz haqlarını həmişə dəstəkləyir, lakin burada artıq söhbət zorakılıqdan gedir. Ortada talançılıq, vətəndaşların mülkiyyət hüquqlarına qarşı zorakılıq və digər təxribatlar baş verib. Belə olduqda Qərbin bu mövqeyi anlaşılan və təbiidir. Hesab edirəm ki, Qərbin baş verənlərə reaksiyası müvafiqdir.

- “Demokratiya sammiti”ndə Bayden bildirdi ki, 2022-ci il dünyada “demokratiya ili” olacaq. Supergüc real təsir imkanlarını itirib, yoxsa Qazaxıstanda maraqları yoxdur deyə seyrçi mövqe tutur?

- Qazaxıstan hadisələri kontekstində Baydenin bəyanatına nəzər yetirsək, görərik ki, insanlar etiraz edib və müəyyən məqsədlərinə nail olublar. Onların israrlı tələbindən sonra yanacağın qiyməti endirilib, Təhlküəsizlik Şurasının sədri və hökumət istefaya göndərilib. Bu xüsusda Baydenin söylədiklərində məntiq tapmaq mümkündür. Lakin bir daha söyləmək istəyirəm ki, bu hadisələri meydana gətirən əsas hadisələr daxili problemlərdən qaynaqlanır. Sonradan müxtəlif geosiyasi qüvvələr bundan istifadə edərək, öz xeyrinə yararlanmaq istəyirlər.

- Tokayevin müraciəti əsasında KTMT-yə üzv dövlətlərin, o cümlədən Rusiyanın hərbçiləri Qazaxıstandadır. Belarusun ardınca Qazaxıstanın da Rusiya ilə birgə ittifaqa daxil olacağı gözlənilirmi?

- Əgər dorğudan da, qeyd etdiyim kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri orada uzun müddət qalsalar, o zaman Qazaxıstanın həm milli kimliyi, həm də müstəqilliyi üçün fəsadlar yaranacaq. Qısa müddətlik dövrü əhatə edəcəksə, yenidən daxili sabitliyi bərpa etmək mümkün olacaq. Rusiyanın Belarusdan sonra Qazaxıstanla ittifaq yaratması çox çətin olacaq. Etiraf etmək lazımdır ki, bu ölkə son 30 il ərzində ciddi inkişaf yolu keçib. Burada Nazarbayevin də rolu az deyil. 1986-cı ildə də Qazaxıstanda oxşar hadisələr baş vermişdi. Sovet dövründə Qazaxıstana Kubin soyadlı rus baş katib təyin etmişdilər. Bundan sonra etirazlar başladı və Nazarbayev hakimiyyətə gəldi. Bu 30 il ərzində əhalinin sayı artıb, habelə ölkə ciddi inkişaf yolu keçib.

Belarusla müqayisədə bu dövlətin fərqli cəhətləri çoxdur. Belarus ruslara daha yaxın ölkədir. Qazaxıstanda isə milli kimlik güclüdür. Bu baxımdan Rusiyanın onları ittifaqa cəlb edə biləcəyi inandırıcı görünmür. Təbii ki, bu istiqamətdə müəyyən ssenarilər ola bilər, lakin reallıqda mümkün deyil. Bəzi rus siyasətçiləri digər formada yenidən Sovet İttifaqını bərpa etmək istəsələr də, buna nail olacaqları qətiyyən inandırıcı deyil. Hətta bu məqsədlə bəzi dövlətlərin, misal üçün, Ukraynanın, Qazaxıstanın milli kimliyini inkar etməyə çalışırlar. Mən bir az optimist olmaq istəyirəm və inanmıram ki, Qazaxıstanda bunu həyata keçirmək mümkün olsun. Bu ölkədə yetərli qədər saf millətçi qüvvələr yetişib və bunu da nəzərdən qaçırmaq lazım deyil.

- Qazaxıstan qarışdı və ölkə yeni dönəmə qədəm qoydu. Bundan sonra bu ölkənin taleyi necə olacaq?

- Təbii ki, bir diplomat və azərbaycanlı olaraq çox istəyirəm ki, Qazaxıstanda tezliklə sabitlik bərpa olunsun. Azərbaycan xalqının və bütün türk dünyasının istəyi budur. Çünki qazax xalqı bizimlə dost və qardaş xalqdır. O ki qaldı proqnozlara, hadisələr göstərir ki, daxildə köklü islahatlar aparılmalıdır. Bunlar baş tutsa, təbii ki, Qazaxıstanın gələcəyi barədə nikbin fikirlər söyləmək mümkündür. Qazaxıstan iqtisadi cəhətdən güclü bir dövlətdir. Onun güclü sənayesi var. Bu ölkə təkcə neftdən asılı deyil, digər sahələrdə də inkişaf mövcuddur. Pandemiya ilə bağlı müəyyən problemlər meydana gəlsə də, kosmetik deyil, dərin və tutarlı islahatlar baş tutarsa, dost ölkə bu çətinlikdən xilas ola biləcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Bu gün, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Bu gün, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Bu gün, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Bu gün, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:41
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05
Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03
Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47
Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38
“Xəyanət” DAVAM EDƏCƏK: - Hansı aktyorlar serialdan getdi?
Bu gün, 12:33
Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik - Sarukyan
Bu gün, 12:30
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 12:19
Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB - "...səbəbkarı Vladimir İliç Lenin olub"
Bu gün, 12:16
Nazirlik məktəblərdə süni intellektin tətbiqinə 2,5 milyon manat xərcləyəcək
Bu gün, 12:11
Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA - DETALLAR
Bu gün, 12:09
Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti - Milyonlarla insan...
Bu gün, 12:06
Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... – Hər 100 nəfərə düşən turist sayı
Bu gün, 11:59
"Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" - Sarukyan
Bu gün, 11:56
Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları prokurorluğa geri göndərdi
Bu gün, 11:50
"Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." - FAKT BUDUR!
Bu gün, 11:46
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:40
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
"Sən həyatımın ən böyük sevgisisən" - FOTO
Bu gün, 11:36
Ana dilinin saflığının qorunması mühüm vəzifədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:32
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi - MƏQALƏ
Bu gün, 11:30
““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:14
Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... - Sakinlər BOĞAZA YIĞILIB...
Bu gün, 11:03
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
Bu gün, 10:55
Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... - İTTİHAM VAR...
Bu gün, 10:42
Dövlət qurumları hibrid maşınlar almağa başlayır – TENDER
Bu gün, 10:35
Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem - AKTUAL
Bu gün, 10:31
Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər - İLGİNC
Bu gün, 10:12
"Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." - NARAZILIQ VAR...
Bu gün, 10:06
ABB qəpik-qəpik QARƏT EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:55
Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar - DETALLAR
Bu gün, 09:49
Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Bu gün, 08:50
Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır - KİV
Bu gün, 08:48
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru