“İki aktyorla yollarımızı ayırdıq…”
Ekran işinin yeni mövsümdən davam edəcəyini söyləyən layihə rəhbəri bir neçə aktyorun serialdan gedəcəyini və yeni aktyorların layihəyə daxil olacağını bildirib:
“Yeni mövsümdə serialda yeni simalar görəcəksiniz. Xalq artisti Qurban İsmayılov, eyni zamanda Murad Ruzigar, Könül Şahbazova və İlhamə Əhmədova. Onların hər biri tanınmış aktyorlardır. Nələr baş verəcək, hadisələr hansı istiqamətdə cərəyan edəcək, bu barədə öncədən danışmaq istəmirəm, tamaşaçılarımız intizarda qalsın. Bircə onu deyim ki, yeni mövsüm o qədər maraqlı olacaq ki, tamaşaçılarımız gözlərini qırpa bilməyəcəklər. Yəni üç yıldır reytinqlərdə birinci olan “Xəyanət” 4-cü mövsümdə də birinciliyini qoruyub saxlayacaq”.
Layihə rəhbəri heyətdən ayrılan aktyorların adlarını da açıqlayıb:
“Şamil Süleymanov və Rasim Cəfərlə yollarımızı ayırdıq. Hər biri ilə işləmək çox xoş idi, çox gözəl sənətkarlardır, sadəcə olaraq ssenarida obrazlarının xətti bitdi”.
Tamaşaçıların maraqla izlədiyi Mahir obrazına gəlincə, Cövdət Şükürov onun serialda qalıb-qalmayacağı barədə sualımızı belə cavablandırıb:
“Hələ bəlli deyil. Yenidən seriala qayıda da bilər”.










