Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                 

OQTAY ŞİRƏLİYEV KORRUPSİONERƏ VƏZİFƏ VERİR
Tarix: 13-02-2012, 12:01 | Çap et
OQTAY ŞİRƏLİYEV KORRUPSİONERƏ VƏZİFƏ VERİR

KORRUPSIYA İTTIHAMI İLƏ HƏBS OLUNMUŞ KÖNÜL VƏLİYEVA İLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Ötən ilin yanvar ayından korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində müxtəlfi dövlət qurumlarında həbslər aparılmışdı. İri çəkili korrupsionerlərə gözün üstə qaşın var deyilməsə də bəzi həkimlər, xırda məmurlar məsuliyyətə cəlb olunmuşdu. Hüquq mühafizə orqanlarının rəhbərləri işdən çıxarılan, həbs olunan işçilər barədə prezidentə və ictimaiyyətə əhatəli məlumatlar vermirdilər. Prezident İlham Əliyev də Yeni il təbrikində ölkədə korrupsiyaya qarşı amansız mübarizə getdiyini bəyan etmişdi.

Amma bir il keçməmiş ağır cəza alan В«korupsionerlərВ» bir-bir azadlığa buraxılır.

Rüşvət cinayətində ittiham olunan Səhiyyə Nazirliyinin Narkoloji Dispanserini baş həkimi Könül Vəliyeva və idspanserin həkimi Faiq Quliyev məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Onlar müvafiq olaraq 6.5, və 6 il müddətinə cəzalandırılmışdılar.

Ötən ilin eyni dövrdə başlayan anti-korrupsiya tədbirləri görüntü xarakteri daşıması o zaman da bəlli idi. Korrupsiya və rüşvətxorluq maddəsi ilə tutulan şəxslərin azadlığa buraxılması təsdiq edir ki, tədbirlər formal idi. Ola bilsin əsaslandıracaqlar ki, Azərbaycan məkhəmələri müsəqildir və qərarı onlar çıxarıb. Amma hər kəsə bəllidir ki, ölkədə müstəqil məhkəmə yoxdur, icra hakimiyyətinə tabedir. Ötən il В«ərəb baharıВ» başlayanda, hakimiyyət təşvişə düşdü. Toplantı keçirərək, guya korrupsiyaya qarşı ciddi mübarizəyə başladıqlarını bəyan etdilər. Buna müvafiq olaraq, bir neçə nəfəri şou xətrinə həbs etdilər və sonra da yavaş-yavaş azadlığa buraxacaqlar. Yüksək səviyyədə bir məmur nə işdən çıxarıldı, nə də həbs edildi. Ən zəif adamları qurban verirlər. Sonradan da onların bəzilərini xilas edirlər. İşçi korrupsiyaya görə ittiham olunursa, onun rəhbərliyi niyə məsuliyyət daşımır. Bunu Təhsil Nazirliyinin şöbə müdiri Orxan Kərimovun timsalında göstərmək olar.

Dövlət büdcəsinin 40-50 faizi qeyri şəffaf investisiya xərclərinə yatırılır. Həmin pullar real korrupsiya mənbəyidir. Buna qarşı mübarizə aparmaq da isə acizdirlər. Bu o deməkdir ki, ölkə korrupsiya dövlət səviyyəsindədir.

Onu da bildirək ki, Narkoloji Dispanserini baş həkimi Könül Vəliyeva ilə bağlı qərarsızlıq, daha doğrusu onun həbsdən azad ediləcəyi və həbsinin simvolik xarakter daşıması ilə bağlı əminlik hələ əvvəlcədən mövcud idi. Və bu da Vəliyevanın arxasında dayanan qüvvələrin əzəməti ilə əlaqələndirilir.

Xatırladaq ki, hələ keçən ilin ortalarında Korrupsiyada ittiham edilərək işdən azad olunduğu bildirilən Narkoloji Mərkəzin (Narkoloji Dispanser keçən ilin iyunun 14-dən Narkoloji Mərkəz adlandırılır) sabiq baş həkimi Könül Vəliyeva yenidən Mərkəzə bərpa edilmişdi. O, həmin tarixdən etibarən Narkoloji Mərkəzin direktor müavinidir. Mərkəzin direktoru Telman Məmmədhəsənovun həmin ərəfədə verdiyi məlumata görə, Könül Vəliyeva iyunun 20-də Səhiyyə Nazirliyinin əmri ilə müalicə işləri üzrə müavini təyin edilib.

Bildirək ki, Baş Prokurorluğun mətbuat xidmətinin iyunun 7-də yaydığı məlumata görə, Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt"inə daxil olmuş müraciəti əsasında mayın 5-də vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.

Baş prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsi ilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul alıb. Həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, Könül Vəliyeva xəstələri onlara pulsuz verilməli olan dərman preparatları ilə təmin etməyib və s. qanunsuzluqlara yol verib.

Onu da bildirək ki, Könül Vəliyeva barəsində bu boyda həngamənin çıxmasına rəğmən mətbuata açıqlamalar verərək hüquq-mühafizə orqanlarının əməliiayt xəbərlərini də təkzib etmişdi.O, telekanallardan birinə müsahibəsində “belə bir şeyin olmadığını”, dispanserin mərkəzə çevrildiyini və özünün də həmin mərkəzin müalicə işləri üzrə direktor müavini təyin edildiyini demişdi. Barəsində cinayət işi açılması ilə bağlı suala gəldikdə, sabiq baş həkim bütün sualları Səhiyyə Nazirliyinə verməyi məsləhət görüb.

Mərkəzdən onu da öyrəndik ki, pul yığımında Könül Vəliyevaya yardımçı olmaqda ittiham edilən Rumziyyə Maçanova da hazırda öz işində çalışır.

Xatırladaq ki, Baş Prokurorluğun iyunun 7-də yaydığı məlumatda istintaqla korrupsiya hallarının müəyyən edildiyi bildirilsə də, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmin zamankı açıqlamasında bildirmişdi ki, cinayət işi sabiq baş həkim barəsində deyil, şikayətlə bağlı toplanan materiallar üzrə açılıb: “Cinayət işi başlanılıb və tərəfimizdən istintaq davam etdirilir. Sabiq baş həkim hələ ittiham olunmur, ona ittiham elan edilməyib”.

Onu da bildirək ki, bu, korrupsiyada ittiham olunub, sonradan azad edilənlərlə bağlı yeganə hal deyil. 2011-ci ilin fevralında Şəkidə iş adamını intihar həddinə çatdırmaqda ittiham edilən digər dövlət məmuru, rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Yusif Abdurrəhmanov da hazırda evindədir.

Xatırladaq ki, Respublika Prokurorluğu Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Yusif Abdurrəhmanov və digər müavin Eldəniz Qəhrəmanov barəsində vəzifə səlahiyyətlərini aşma maddəsi üzrə cinayət işi açmışdı. İstintaq materiallarında deyilirdi ki, barəsində cinayət işi qaldırılan şəxslərin hərəkətləri Şəki sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hikmət Səlimovu özünə qəsd etməyə vadar edib.

Bundan başqa, Şamaxıdan aldığımız məlumata görə, bir müddət əvvəl korrupsiya ittihamı ilə həbs edilən bələdiyyə sədri də sərbəst buraxılıb.

Bütün bunlarla bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Konkret olaraq Könül Vəliyevanın məsələsinə izahat verən hökumət içindəki mötəbər qaynağımız iddia edir ki, əslində bu xanımın belə bir ağır ittihamdan qurtulmasında şəxsən Oqtay Şirəliyev maraqlı olub: В«Hətta Oqtay Şirəliyev əslində həmin əməliyyatdan sonra qolları qandallanmış Könül Vəliyevanın bir gün belə həbsdə qalmasının da qarşısını alıbВ».

Onu da bildirək ki, korrupsiyaya qarşı mübarizə elan edildikdən sonra boğaza qədər rüşvət adlı çirkaba bulaşmasına (ifadə Hacıbala Abutalıbova məxsusdur -red.) səhiyyə sistemində kimsənin В«burnu belə qanamadıВ». Bu heç də o demək deyildi ki, Azərbaycan səhiyyəsində bircə nəfər də olsun korrupsionerin aşkarlanması mümkün olası iş deyil. Sadəcə olaraq burada bir sirli məqam mövcuddur.

Mötəbər mənbənin bildirdiyinə görə, ilk günündən hakim elitada kifayət qədər nüfuzlu hesab olunan Oqtay Şirəliyev onun rəhbərliyi altında çalışanlardan kimsənin həbs edilməməsi ilə bağlı tələbini ortaya qoyub: В«Nazir bu yolla bütün korrupsioner səhiyyə işçilərinin canını satın alıbВ».

Könül Vəliyevanın məsələsinə gəlincə isə, bu barədə danışan mənbəmiz bildirdi ki, əməliyyatın hazırlanmasından nazir xəbərsiz olsa da, Könül Vəliyevanı sona qədər müdafiə etməklə yanaşı, həta istintaq dövründə belə onu vəzifəsiz qoymadı. Mənbəmiz bildirir ki, yaxın günlərdə artıq tam olaraq bəraət almış Könül Vəliyevanın yenidən əvvəlki vəzifəsinə təyin edilməsi planlaşdırılır.

Mövzu diqqətimizdədir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru