
DİA.AZ: - 22 oktyabr tarixində Nazirlər Kabinetinin yeni heyətinin tərkibinin təsdiqlənməsi ilə yanaşı, əsas hadisələrdən biri də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncam oldu. Bəlli oldu ki, sərəncama əsasən hər iki ləğv olunan strukturun birləşməsi hesabına yeni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılır.
Təbii ki, prezidentin belə bir qərar verməsi birmənalı qarşılanmadı. Doğrudur, Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəhbəri Aydın Bəşirov özünü tox tutmağa çalışdı və verilən qərarı alqışladığını bildirdi, bunun çoxdan atılmalı olduğunu söylədi. Amma təbii ki, onun başqa bir çıxış yolu da yox idi. Verilən qərar alqışlanmalı idi.
Bildirək ki, həmin tarixdə dövlət başçısının digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edildi. Halbuki həmin posta Aydın Bəşirovun şəxsinin iddialı olduğu söylənilir. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki bilgili qaynağın sözlərindən belə məlum olur ki, Aydın Bəşirov hətta QSC-yə rəhbər təyin oluna bilməsi üçün hakimiyyət daxilində özünə tərəfdaşlar da axtarıb. Amma nə o, daha böyük dairələri inandıra bilib, nə də onun inandırdıqları dövlət başçısının artıq verilmiş olan qərarına təsir edə bilib.
Nəticəsi isə artıq göz önündədir. Hər halda, 22 oktyabrda imzalanan məlum sərəncamın Aydın Bəşirov sayağı həddən artıq optimist notlarla qiymətləndirilməsi heç də doğru olmazdı. Yəni iddia etmək olmaz ki, bu qərar Aydın Bəşirovun xeyrinədir. Elə bu qərarın ardından Xəzər Dəniz Gəmiçiliyi çalışanlarından bir qrupun həbs edilməsi də məsələnin nə yerdə olduğunu tam çılpaqlığı ilə ortaya qoydu.
Söhbət Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğun yaydığı məlumatlardan gedir. Xatırladaq ki, Aydın Bəşirovun vəzifədən alınmasının üstündən bir gün keçəndər sonra Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi məlumat yaydı.
Məlumatda deyilirdi: “İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən “Kuban” gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində “Kuban” gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır. H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir”.
Xatırladaq ki, buna qədər də yerli mətbuatda XDG-nə məxsus yük gəmisinin oğruluq neftlə Rusiya xüsusi xudmət orqanları tərəfindən saxlanılması və heyət üzvlərinin həbsi haqda ardıcıl yazılar dərc edilib. Artıq prezident sərəncamı ilə ləğv edilmiş XDG mətbuat xidməti bu xəbərləri yalana çıxarmağa çalışırdı. Həmin məlumatlarda XDG-yə məxsus gəmiyə görə Rusiya tərəfinin 5 milyon dollar tələb etməsi və Aydın Bəşirovun həmin məbləği ödəməkdən yayınması haqda iddialar da vardı.
Qeyd edək ki, faktla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsində il avqustun 4-də Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanıb.
Doğrudur, yerli mətbuatımızda belə bir iddialar səsləndi ki, bununla Aydın Bəşirovun da qara günləri başlayır və ona qarşı da cinayət işinin müəyyən maddələrini yönəldə bilərlər. Amma durum heç də təqdim olunan kimi deyil. Bu barədə də DİA.AZ-a çox ilginc məlumatlar ötürülüb.
Məlumatı verən bilgili qaynağın sözlərindən belə aydın olur ki, əslində Aydın Bəşirov da eynən keçmiş kənd təsərrüfatı naziri, indiki baş nazirin müavini İsmət Abbasov kimi В«canını qurtaranlardandırВ». Mənbənin söylədikləri:
В«Təbii ki, bu qurtuluşun bir bədəli var. Bu gün hər iki strukturlarda ciddi yoxlama, təftiş işləri həyata keçirilir. Bu proses nəticəsində isə illər ərzində özlərinə sərvət toplamış onlarla məmurun В«silkələnəcəyiВ» şübhəsizdir. Elə İsmət Abbasovla Aydın Bəşirov da məlum məngənədən kənarda tutulmayacaqlar. Sadəcə olaraq, onlar birbaşa hədəf olmadan yayındılarВ».
Mənbəmiz bildirir ki, bu günlərdə istintaqın kənd təsərrüfatı nazirliyinin və həmçinin keçmiş Xəzər Dəniz Gəmiçiliyinin yüksək vəzifəli şəxslərinə korrupsiya ittihamı irəli sürməsi gözlənilir: В«Bu daha çox hadisələrin gedişatından asılıdır. Amma belə bir məsələ müzakirədədir. Yaxın günlərdə qərar verilərsə, o zaman ciddi hadisələr olacaqВ».









