
DİA.AZ: - “ Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ti Direktorlar Şurasının sədri Xaqani Quluzadəyə Məmməd Əhmədoğlunun ünvanladığı müraciətin surəti daxil olub. Həmin müraciəti DİA.AZ olaraq olduğu kimi diqqətinizə təqdim edirik:
“Hörmətli Xəqani müəllim. Rəhbərlik etdiyiniz nəhəng korporasiyanın istər Azərbaycanda, istərsə də yaxın xarici dövlətlərdə həyata keçirdiyi iri layihələr deməyə əsas verir ki, ictimaiyyətimiz Sizin əməyinizi yüksək dəyərləndirir. Hazırda təkcə tikinti sahəsində 5000-dən çox işçisi olan “AKKORD” fəaliyyətində “Hər şey insan üçün” fəlsəfəsini əsas götürür. İşçilərin həyatının təhlükəsizliyini maksimum təmin etmək məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühiti mühafizə kodeksinə əməl edir. Lakin bütün bunlarla yanaşı çox təəssüflər olsun ki, “AKKORD”un ümumi işinə kölgə salan bəzi vəzifə sahibləri utanc gətirəcək hərəkətlərə də yol verirlər. Belə ki, redaksiyamıza ümidi hər yerdən üzülmüş əlil anası Muxtarova Şəfiqə İbrahim qızı müraciət edərək ona insanlıq naminə köməklik göstərilməsində yardımçı olmağımızı xahiş edir. Şəfiqə xanımın oğlu Muxtarov Coşqun Fərmail oğlu 12 aprel 2008-ci il tarixində Siyəzən rayonu ərazisində şəxsi MERCEDES E320 markalı, 10 VN 504 nişanlı avtomobillə dayanmış vəziyyətdə olarkən “AKKORD”a məxsus Ford markalı 90 JC 344 nömrəli yük avtomobili sürücüsünün qanuna zidd hərəkəti nəticəsində baş vermiş qəza nəticəsində ağır xəsarət almış, nəticədə sağ ayağı amputasiya olmuşdur. Ana qeyd edir ki, hadisə baş verən zaman “AKKORD”un müxtəlif vəzifəli şəxsləri onları əmin etməyə çalışmışlar ki, oğlunuzun sağlamlaşmasına və avtomobilə dəymiş zərər tam ğdəniləcəkdir. Bu adamlar olmazın vədlər verərək bizi Siyəzən Rayon Məhkəməsində başlanmış cinayət işinin gedişində təqdim etdiyimiz mülki iddiadan imtina etsək oğluma hətta ev verəcəklərini bildirmişlər. Biz bu vəzifə sahiblərinə inanıb ortalıqda centlmen sazişinin olmasını düşünərək dəymiş ziyanla bağlı verdiyimiz ərizədən imtina etdiyimizi rəsmiləşdirdik. lakin bir azdan bizləri get-gələ saldılar sonralarsa “Akkord”un heç bir rəsmisini tapa bilmədik. Ona görə də yenidən Nərimanov Rayon Məhkəməsinə müraciət etdik.
Məhkəmənin 26 aprel 2012-ci il tarixli, iş n- 2(005)-791/2012 saylı qətnaməsində isə bizə 3000 AZN maddi zərərə, 1000AZN isə mənəvi zərərə görə kompensasiyanın ödənilməsi qət
edildi. və Ali Məhkəmə də bu qətnaməni qüvvədə saxladı. Məsələ isə reallıqda ondan ibarət idi ki, mən Sahil qəsəbəsindəki şəxsi 3 otaqlı mənzilimi satıb oğlumun müalicəsinə sərf etdim. “Optimal” servisin 01.05.2008-ci il tarixində tərtib etdiyi Aktdan da görünür ki, oğlumun yarasız vəziyyətə düşmüş avtomobilinə 6280 manat ziyan dəymişdir. Amma nə faydası. Təəssüflər olsun ki, mən tək ana olaraq indi əlil oğlumun ailəsinə C.Cabbarlı küçəsi ev 15-də kirayə evdə baxmaq məcburiyyətindəyəm. “AKKORD”un aidiyyatı vəzifəli şəxsləri isə bizi məhkəməyə müraciət etdiyimizə görə guya acıqları tutub məhkəməyə belə bir ədalətsiz qətnamə çıxarmasına nail olublar. Və dul arvad üzərində qazandıqları “qələbə”ni yəqin ki, ofislərində qeyd etməyi yaddan çıxarmayıblar. Amma bu günün reallığı budur ki. mən əlil oğlumun tək oğlunu iki ildir ki, pulsuzluqdan məktəbə oxumağa göndərə bilmirəm...”
Hörmətli, Xaqani müəllim! yəqin ki, adi bir azərbaycanlı anasının və ömürlük şikəst olmuş oğlu Coşqunun “AKKORD”a məxsus yük avtomobili sürücüsünün səhlənkarlığı ucbatından necə bədbəxt bir vəziyyətə düşdüyü orta məktəb şagirdinə də anlaşılandır. Anlaşılmayan isə budur ki, “AKKORD” rəsmiləri məhkəmə yollarında süründürməçiliyə saldıqları Şəfiqə xanıma göstərdikləri “əzələ” nümayişi nə müsəlmanlığa, nə də ziyalılığa yaraşan hərəkət deyildir.
Şəfiqə xanımın bizə müraciət edərək başına gətirilən rəzilliyi bütün ictimaiyyətə çatdırılmasında ona yardımçı olmağımızı xahiş edir ki, bəlkə bu zaman bir təsəlli tapa. Bu rəzilliyi üç dildə bütün dünyaya yaymaq bizim üçün o qədər də çətin məsələ deyil. Amma biz bir mətbu orqan olaraq inanmaq istərdik ki, xaqani müəllim kimi yaxın regionlarda tanınmış nüfuzlu bir korporasiyanın rəhbərliyinin adı adi bir məslədə hallansın. Məhkəmələrimizin müstəqil olmadığı ağlı başında olan istənilən vətəndaşımıza məlumdur. Həmin Məhkəmə İlhamə və Nazpəri arasında çəkişməyə qiymət verərək 50000AZN mənəvi təzminatın ödənilməsini, Yasamal rayon Məhkəməsi isə “Azadlıq” qəzetinə qarşı Tağı Əhmədovun 30000AZN mənəvi zərərinin ödənilməsi barədə qətnamələr çıxarıb icraata yönəlmişlər. Budur müqayisə. Yəqin ki, artıq şərhə ehtiyac yoxdur.
Xaqani müəllim, mən bir adi ziyalı olaraq Sizə müraciət edərək xahiş edirəm: Şəfiqə xanımın əlil oğlunun, məktəbə pulsuzluqdan gedə bilməyən nəvəsinin və bu gün evsiz-eşiksiz qalmalarını nəzərə alaraq bu ailəyə müəyyən qədər də olsa maddi yardım göstərilməsinə köməklik edəsiniz. Ümid edirəm ki, “Hər şey insan üçün” fəlsəfi deviziniz reallığı əks etdirəcəkdir. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
QEYD: Təxminən 3-4 il əvvəl AKKORDun Bakıxanov qəsəbəsində yaşayan bir işçisi də iş vaxtı qolundan xəsarət almış və ona da şirkət əvvəlcə heç bir təzminat ödəməmişdir. Atası taksi sürücüsü olsa da o respublikanın direktiv orqanlarına AKKORDun ədalətsiz yanaşmasından dəfələrlə şikayət etmiş və nəticədə şirkət öz işçisinə 70000 AZN təzminat vermək zorunda qalmışdır.
Xüsusi qeyd: 04 noyabr 2013-cü il tarixində, saat 13-00-da “Korrupsia və Cəmiyyət”jurnalının təşkilatçılığı ilə Şəfiqə Muxtarova R.Behbudov küç, 86-da yerləşən RATİ-nin ofisində “ Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ti bəzi rəsmilərinin saxtakarlıqları barədə” maraqlı açıqlamalarla mətbuat konfransı keçirəcəkdir. Konfransa dövlət rəsmilərinin, KİV , QHT və diplomatik korpus nümayəndələri dəvətlidir.
Qarşı tərəfi də dinləməyə hazırıq...









