Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                 

Alimpaşa Məmmədov hələ də öz ampulasındadır - İTTİHAM
Tarix: 15-01-2021, 10:11 | Çap et
Alimpaşa Məmmədov hələ də öz ampulasındadır
Rayon icra Hakimiyyəti başçılarının həbs dalğası başlayandan sonra dövrü mətbuatın “növbəti” nominasiyası üzrə ən çox adını hallandırdığı namizədlərdən biri də Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur. Amma uzun müddətdir ki,haqqında yazılanlara baxmayaraq sözügedən şəxsin “yaxın zamanı” gəlib çatmaq bilmir. Yəni, Alimpaşa Məmmədov hələ də öz ampulasındadır.

Hüquq mühafizə orqanları tərəfindən hələ 2019-cu ildə Şəmkir rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyevın saxlanılması ətrafında yaranmış ajiotaj Alimpaşa Məmmədovdan bir başçı kimi nəinki yan keçdi, hətta birlik rəisinin yenidən iş başına qayıtması ilə nəticələndi. Bu gün Teymur Hacıyev də öz ampulasındadır. Deyilənlərə görə ötən il Bakıdan birliyin fəaliyyətini yoxlamağa getmiş “DOST” Agentliyinin işçilərinin qarşısına Teymur Hacıyev ictimai işlərə cəlb olunmuş kimi onlarla manikürlü, pedikürlü xanım çıxarıb. Hansı ki,həmin manikürlü, pedükürlü xanımlar güya Şəmkir şəhərinin küçələrində təmizlik işləri aparırlar. Halbuki evlərində oturub Teymur Hacıyevin verdiyi kartdan pul çıxarırlar.Belələrinin sayı məlumatlara görə yüzlərlədir. Onların işini isə beş-on nəfər kasıb-kusub görür.

Bunları qoyaq bir kənara. Hələ 2019-cu ildə, Şəmkir rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyevın saxlanılması xəbəri yayılmamışdan on gün əvvəl Alimpaşa Məmmədovun əmri ilə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş Pərviz İbrahimov da deyinlərə görə bu kimi işlərdən geri qalmır. Vaxtı ilə,hələ gənc yaşlarından Şəmkir kimi bir rayonun İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışmış Pərviz İbrahimovu hamı Alimpaşa Məmmədovun kadrı kimi tanıyır.Onun daha kimə bağlı olduğunu da biz bilirik. Növbəti yazıların birində onu da açıqlayacıq. O ki qaldı, İcra başçısı ilə 35 yaşlı bu gənc kadrın gördüyü işlərə?

Aktualinfo.org Alimpaşa Məmmədovun başçılığı altında Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2020-ci ildə keçirdiyi kotirovka sorğuları ətrafında araşdırmalar aparıb.Burada dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinin pozulması halları başdan aşır.Biz onların bir qismini diqqətinizə çatdırırıq,nəticəni özünüz çıxarın.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi keçirdiyi bir neçə kotirovka sorgusunun nəticələrini 31.12.2020-ci il tarixdə açıqlayıb. Qeyd edək ki, nümayəndəlik sair torpaq, tikili və avadanlıqların satın alınması (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar və s.) üzrə keçirdiyi kotirovka sorğusunda “Qafqaz Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə və 34 296.07 manat dəyərində müqavilə bağlayıb.

Nümayəndəliyin maşın və avadanlıqların satın alınması üzrə keçirddiyi kotirovka sorğusunun da qalibi “Qafqaz Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 37 997 manat dəyərində müqavilə bağlanılıb.

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üzrə 7994.5, dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə isə 8928.1 manat dəyərində müqavilələr də “Qafqaz Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Göründüyü kimi nümayəndəlik ayrı ayrı işlərin görülməsi üzrə bir MMC ilə ümumi olaraq 89 215 manatlıq müqavilə bağlayıb.

Şəmkir şəhər 7 saylı körpələr evi uşaq bağçasının cari təmiri işləri üzrə 29965.01 manat,Şəmkir şəhər 7 saylı körpələr evi uşaq bağçasında təmir işləri üzrə 57846.61 manat dəyərində satınalma müqavilələri “ANTİK-20” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb ki,ümumi olaraq 87 811 manat təşkil edir.

Nümayəndəlik tərəfindən Şəmkir şəhər S.Vurğun 277, 155/4, 155/8, 141/7, Çinarlı qəsəbə A.Mürşüdov 11/4, Şəhriyar 34 ünvanlarında dam örtüklərinin dəyişdirilməsi və Çinarlı qəsəbə S.Vurğun 160, Şəhriyar 48 ünvanlarında təmir işlərinin satın alınması üzrə 119 410.55 manat satınalma müqaviləsi isə “SH MEMORIAL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Bu həmin “SH MEMORIAL” MMC-dir ki,19.05.2020-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin Şəmkir rayonu, Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2(iki) ədəd liftin alınması və quraşdırılması işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olmuşdu və 104 854.8,yəni hər biri 52 min manata iki liftin alınmasına müqavilə bağlamışdı.Aprelin 1 də yaradılmış MMC ilə mayın 19-da müqavilə bağlamaq satınalmalar haqqında qanunun tələblərinə nə dərəcədə uyğundur?

İndi isə Şəmkir rayonunda iş görən MMC-lərə diqqət yetirək.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QAFQAZ-GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 11.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏMKİR RAYONU, DƏLLƏR ÇƏYİR qəsəbəsi,qanuni təmsilçisi kimi Cəfərov Cəfər Etibar oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ANTİK-20″ Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 11.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏMKİR RAYONU, DƏLLƏR ÇƏYİR qəsəbəsi,qanuni təmsilçisi kimi Cəfərov Cəfər Etibar oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında”SH MEMORIAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 01.04.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏMKİR RAYONU, DÜYƏRLİ qəsəbəsi,qanuni təmsilçisi kimi Cavadov Pərvin Fərhad oğlu qeyd edilib.

09.06.2020-ci il tarixdə Şəmkir şəhəri Həzi Aslanov, Səməd Vurğun, M.Ə.Sabir, küçələrində abadlıq işlərinin satın alınması üzrə keçirilmiş müsabiqədə Şəmkir Rayon İcra Hakimiyyətinin 498 901.23 manat müqavilə bağladığı “QAFQAZ TƏMİR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti də yuxarıda qeyd etdiyimiz şəxslərə,yəni bir ailənin digər üzvünə,Cavadov Fərhad Kamal oğluna məxsusdur.

Alimpaşa Məmmədovun daimi işbirliyi qurduğu şirkətlərdən biri də “GREAT VAY” Məhdud Məsuliyyətli Cəmiyyətidir ki,Şəmkir şəhərində Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Mirzə Fətəli Axundov, Həsən Əliyev küçələrində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə elan olunmuş açıq tenderdə 795 783.22, Şəmkir rayon Kür qəsəbə M.Ə.Rəsulzadə, V.Xuluflu, S.Vurğun, N.Nərimanov, Şəhriyar və Şəmkir şəhər Şahlar Musayev, M.Ə.Rəsulzadə küçələrində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə 554 241.46 manat müqavilələr bağlanılıb.Bu MMC-nin qanuni təmsilçisi rayonun Yuxarı Seyfəli kənd sakini Qasımov Qabil Qasım oğludur ki,adına yaratdığı bir neçə MMC ilə demək olar Şəmkirdə bir çox iri həcmli tenderlərin daimi qalibi olub.

Göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin keçirdiyi kotirovka sorğularının mütləq qalibləri rayon İcra Hakimiyyəti tərəfindən keçirillmiş tenderlərin qalibləri ilə eynilik təşkil edir.Burada daha çox diqqət çəkən məqam hansılardır? Hər ikisi tender elanlarından bir-iki ay əvvəl, həm də eyni gündə yaradılan MMC-lərin,”Qafqaz Group” və “ANTİK-20” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin bir nəfərə məxsus olması və bir ayın içində ayrı-ayrı işlərin görülməsi üzrə ümumi olaraq 177 min manat dəyərində müqavilələrin bağlanılmasıdır. Qanuni təmsilçilərinin ata-oğul olduğu digər MMC-ləri də burada görməmək mümkün deyil. Bu şəxslərin ayrı -ayrı kəndləri hüquqi ünvan göstərmələri və Mərkəzi Seçki Komissiyasının seçicilərin adbada siyahısında sözügedən şəxslərin bu ünvanlarda daimi qeydiyyatda olmamaları İcra Hakimiyyətinin keçirdiyi bütün tendrləri artıq şübhə altına ailmış olur.Yəni hər şey formal olaraq təşkil edilir,Alimpaşa Məmmədov isə hələ də öz ampulasındadır.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Bu gün, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Bu gün, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Bu gün, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Bu gün, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Bu gün, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Bu gün, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Bu gün, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Bu gün, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Bu gün, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Bu gün, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Bu gün, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Bu gün, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Bu gün, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru