“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                     İran öz səhvini necə düzəltdi? .....                     Əhməd Məmmədzadə azadlığa buraxıldı .....                     Elvin Məmmədzadəyə yeni vəzifə verildi .....                     Bakıda "lombard əməliyyatı" .....                     Adnan Əhmədzadənin şirkəti cərimələndi .....                     Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: .....                     Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... .....                 

MİSİR MƏRDANOVUN "QIZIL KİTABI"I VƏ...
Tarix: 4-02-2013, 13:07 | Çap et
MİSİR MƏRDANOVUN "QIZIL KİTABI"I VƏ...
NAZİRLİYİN KİTAB SİYASƏTİNƏ DAHA BİR ƏLAVƏ

“Azadlıq” qəzetinin dünənki sayında kitabxanalara alınan kitablarla bağlı Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tenderlər barədə naşir Şahbaz Xuduoğlunun maraqlı yazısı dərc olunub. Yazıda bir məqam diqqətimi çox çəkdi. Sən demə, müəllifi Misir Mərdanov olan və “Təhsil” nəşriyyatında çap edilmiş 5 cildlik “Azərbaycan təhsil tarixi” kitabı da keçirilən tender kampaniyasının predmeti olubmuş. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi kitabın hər cildinin bir nüsxəsini “Təhsil” nəşriyyatından 65 manata alaraq respublika kitabxanalarına paylayıbmış...
Yazıdan belə çıxır ki, Mədəniyyət və Turizm Nazirliyi hər komplekt üçün nəşriyyatın hesabına 325 manat köçürüb. Hər cildin tirajının 3000 nüsxə olduğunu nəzərə alsaq, bu hesabla, görün “Azərbaycan təhsil tarixi”nin ticarətindən “Təhsil” nəşriyyatının xəzinəsinə nə qədər mədaxil olar: nə az, nə çox, düz 975000 manat. Halbuki mütəxəssislərin hesablamalarına görə, bu qədər tirajın qarşılığında hər cildin bir nüsxəsi 10 manatdan (65 manat yox!) baha başa gələ bilməz. Onda suallar yaranır: Kitabın nəyi və harası Mədəniyyət və Turizm Nazirliyinə xoş gəlib ki, onu od qiymətinə alıb? Bəlkə onun içərisində əlahiddə nəsə var? Bəlkə hərfləri qızıldandır? Diqqətlə baxanda görürsən ki, həftəbecər şeydir, bir təhsil eksperti demişkən: “... ilk baxışdan adamda elə təsəvvür yaranır ki, tədqiqatçılar, müəllimlər, tələbələr üçün nəzərdə tutulmuş bu kitablar ciddi araşdırma əsərləridir. Bir az vizual vərəqlədikdən sonra görürsən ki, onlar montaj təfəkkürü ilə yazılıb. Daha doğrusu, cənab nazirimiz (Misir Mərdanov nəzərdə tutulur – N.İ.), heç bir prinsip və sistem gözləmədən, onların içərisinə nə gəldi doldurub. Prinsipsizlik və sistemsizlik hətta o həddə çatıb ki, o, hər şeyi unudaraq “müstəsna” hal kimi “təhsil tarixinə” öz uşaqlıq illərilə bağlı xatirələrini də daxil edib”…
Vəziyyəti ki, belə görürəm, Mərdanov boş durmayacaq, bu seriyadan cildlərini davam etdirəcək. Yaşca məndən böyük olsa da, cənab nazirə bir tövsiyəm var: Yaxşı olar ki, o, növbəti cild(lər)in adını “Təhsil tariximizin Mərdanov kəsimi” qoysun və bura son 10-12 ildə rəhbərliyi ilə təhsilimizdə gedən “həşəmətli” proseslər və “islahatlar” haqqında materialları daxil etsin. Bölmələrin adını da deyə bilərəm: “Əvəzolunmaz Mərdanov”; “Mərdanovun məzmunsuz təhsili”; “Təhsilimizdə kurikulum hoqqabazlığı”; “Təhsilimizin üzqarası – dərsliklər”; “Dərsliklər kralı – Mərdanov”; “Dağı(dı)lmış bağça və peşə təhsili”; “Mərdanov dönəmində rüşvət və korrupsiya”; “Misir Mərdanov və onun komandası”; “Repetitorluğun çiçəklənmə dövrü” və s. Hesab edirəm ki, bu bölmələri yazmaq üçün toz basmış arxivlərə getməyə ehtiyac yoxdur. Lazım gələrsə, materialların əldə olunmasında mən də sayın nazirimizə yardımçı ola bilərəm. Amma çox istərdim ki, o, növbəti cildə APA-nın TQDK-ya istinadən üç gün öncə yaydığı bir məlumatı da daxil etsin: “2012-ci ilin buraxılış imtahanları zamanı müəyyənləşib ki, XI sinif şagirdləri arasında 8, IX sinif şagirdləri arasında isə 122 nəfər oxumaq-yazmağı bacarmırmış. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür faktların bir çox imtahan rəhbərlərinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində IX və hətta XI sinfə qədər gəlib çatması bizim üçün müəmmalı olaraq qalır...
Çox təəssüfləndirici haldır ki, yazı işləri yoxlanılan şagirdlərin bir çoxu, yəni IX siniflər üzrə şagirdlərin 45 faizi, XI siniflər üzrə 47,8 faizi ya ümumiyyətlə yazı işini yerinə yetirməkdən imtina edib, ya da yazı işindən qeyri-kafi qiymət alıb. Yazı işini yerinə yetirənlərin çox cüzi bir hissəsi, IX siniflər üzrə 1,2 faiz, XI siniflər üzrə 1,6 faiz yazı işindən “əla” qiymət alıb. Bu fakt ümumilikdə şagirdlərdə söz ehtiyatının çox kasad və öz fikrini ifadə etmək qabiliyyətinin çox aşağı səviyyədə olduğunu göstərir”.
Yazıb-oxumağı bacarmamaqdan söz düşmüşkən, bildiyimiz kimi, ötən əsrin 24-cü ilində ölkəmizdə savadsızlığın ləğvi haqqında qərar (dekret) qəbul olunub. Bu qərar ölkə vətəndaşlarının hər birinin yazmaq və oxumaq bacarığının olmasını nəzərdə tuturdu. Belə getsə, Mərdanovun “xidməti” sayəsində, deyəsən, bu tarixi yenidən yaşamalı olacağıq…

Nadir İSRAFİLOV - təhsil eksperti







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
“Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru