Elvin Məmmədzadəyə yeni vəzifə verildi .....                     Bakıda "lombard əməliyyatı" .....                     Adnan Əhmədzadənin şirkəti cərimələndi .....                     Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: .....                     Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... .....                     Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı .....                     “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” .....                     Məsuliyyət əvəzinə teatr: .....                     “Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır” .....                     Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib .....                     “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” .....                     Yağış yağacağı gözlənilir .....                     EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub .....                     “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb .....                     Mask Almaniyadakı seçkiyə qarışdı .....                     19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi .....                     Əməkdar artist komaya düşüb .....                     Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi .....                     Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... .....                     İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... .....                     Naxçıvanda idarə rəisi təqaüdə göndərildi .....                     Bakıda tanışını bıçaqlayan gəncə .....                     Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi .....                     Bakı ilə İrəvanın "çip diplomatiyası" .....                     18 yaşlı azərbaycanlı İsveç siyasətində .....                     "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" .....                     Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb .....                     "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı .....                     Yasamalı rəsmən xaraba günə qoyublar... .....                     "Azğın məmur öz bildiyini edir..." .....                     Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... .....                     Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                     “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat .....                     Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ .....                     Anar Bayramovdan yeni təyinat .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər .....                 

Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Tarix: Bu gün, 13:24 | Çap et

Bakıda qızıl alveri adı ilə qurulan sövdələşmə məhkəməyə qədər gedib çıxıb.

Qaynarinfo xəbər verir ki, lombardda girovda olduğu deyilən təxminən 30 min manatlıq qızılları çıxarıb satacağını vəd edən şəxs bu məqsədlə tanışından 22 800 manat alıb. Lakin vəd edilən qızılların yalnız 4 800 manatlıq hissəsi təqdim olunub, 2 000 manat isə geri qaytarılıb. Nəticədə 14 200 manat məbləğində borc qalıb və məsələ dələduzluq ittihamı ilə məhkəməyə çıxarılıb.

Səbail Rayon Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə təqsirli bilinib.

İş materiallarına əsasən, hadisə 2025-ci ilin oktyabrında baş verib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı yaranmış etibarından istifadə edərək lombardda təxminən 30 min manat dəyərində qızıl məmulatlarının girovda olduğunu bildirib. O, həmin qızılların lombarddan çıxarılması üçün 22 800 manat borcun ödənilməli olduğunu deyib.

Təqsirləndirilən şəxs bildirib ki, pul ona verildiyi halda qızılları lombarddan çıxarıb zərərçəkmiş şəxsə daha aşağı qiymətə satacaq. Sövdələşməyə əsasən, zərərçəkmiş şəxs 22 800 manat verib.

Məhkəmədə zərərçəkmiş şəxsin ifadəsindən məlum olub ki, onunla birlikdə mağazaya gələn tanışı təqsirləndirilən şəxsə zəmanət verib. Tanışı zərərçəkmişə “məni tanıyırsan, narahat olma” deyərək həmin şəxsin etibarlı olduğunu bildirib. Zərərçəkmiş də məhz bu zəmanətə güvənərək razılaşıb.

Təqsirləndirilən şəxs ertəsi gün mağazaya gələrək 22 800 manatı alıb və qızılları lombarddan götürəcəyini deyib. Lakin sonrakı hadisələr vəd edilən kimi cərəyan etməyib.

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 4 800 manat dəyərində qızıl məmulatları verib və əlavə olaraq 500 manat qazanc götürüb. O, qalan qızılları da gətirəcəyini bildirib.

Aradan bir həftə keçməsinə baxmayaraq, vəd edilən qızıllar gətirilməyib. Zərərçəkmiş şəxs həm təqsirləndirilən şəxslə, həm də ona zəmanət verən tanışı ilə əlaqə saxlayaraq pulunun və qızılların taleyini soruşub. Hər iki şəxs isə məsələnin həll olunacağını deyib.

Daha sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin kart hesabına 2 000 manat göndərib. Bundan sonra zərərçəkmiş şəxs sövdələşmənin əvvəlki kimi baş tutmayacağını anlayıb və qalan pulunu tələb edib.

İş üzrə müəyyən edilib ki, təqsirləndirilən şəxs aldığı vəsaitin bir hissəsini şəxsi ehtiyaclarına və digər şəxslərə olan borclarının ödənilməsinə sərf edib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, ifadəsində zərərçəkmiş şəxsdən aldığı pulla digər şəxslərə olan borclarını ödədiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə 2 000 manat, daha sonra isə istintaq dövründə 1 800 manat ödəyib.

Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə 14 200 manat borcu qaldığını bildirib. O, azadlıqda qalacağı təqdirdə işləyərək dəymiş ziyanı ödəyəcəyini deyib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs isə ona dəymiş ziyanın hələ də tam ödənilmədiyini bildirib. Onun sözlərinə görə, məhkəmə araşdırması zamanı da təqsirləndirilən şəxsə zərəri ödəməsi üçün kifayət qədər vaxt verilib, lakin müxtəlif səbəblər göstərilərək ödəniş həyata keçirilməyib.

Zərərçəkmiş şəxs məhkəmədən mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxsin layiqli cəza almasını xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin təqsirinin yalnız etirafı ilə deyil, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla tam təsdiqləndiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə müttəhimə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun 2026-cı ildə şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş üzrə zərərçəkmiş şəxsə ödənilməmiş 14 200 manat məbləğində ziyanın qalması da məhkəmə araşdırmasının əsas nəticələrindən biri olub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
“Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25
Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru