Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... .....                     İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... .....                     Naxçıvanda idarə rəisi təqaüdə göndərildi .....                     Bakıda tanışını bıçaqlayan gəncə .....                     Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi .....                     Bakı ilə İrəvanın "çip diplomatiyası" .....                     18 yaşlı azərbaycanlı İsveç siyasətində .....                     "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" .....                     Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb .....                     "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı .....                     Yasamalı rəsmən xaraba günə qoyublar... .....                     "Azğın məmur öz bildiyini edir..." .....                     Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... .....                     Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                     “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat .....                     Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ .....                     Anar Bayramovdan yeni təyinat .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər .....                     Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... .....                     Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” .....                     "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" .....                     Şəhidlərin adlarını orada görmək məyus etdi .....                     Paşinyan sülhə görə nə qədər pul alıb... .....                     30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? .....                     Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır .....                     Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz .....                     Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... .....                     Vuçiç belə asanlıqla gedənə bənzəmir... .....                     Belə pis gündə meydançada heç domino da oynamazlar... .....                     "Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" .....                     ""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" .....                     Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... .....                     Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı .....                     Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... .....                     Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ .....                     Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... .....                 

"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Tarix: Bu gün, 10:48 | Çap et

"Dünən bir dostum məni qonaq çağırmışdı. Söhbət əsnasında dedi ki, 20 kvadratmetrlik kiçik bir dönərxanası var. Ardınca elə gileyləndi ki, bir anlıq nə deyəcəyimi bilmədim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Fadil Paşayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Deyir: “Bu balaca dönərxananın qapısını döyməyən dövlət qurumu qalmayıb...”
Dostum danışdıqca, açığı, dəhşətə gəlirdim. 20 kvadratmetrlik bir obyektin sahibini bu qədər qurum necə “məşğul” edə bilər? Kiçik sahibkar onsuz da icarə, vergi, əməkhaqqı, kommunal xərclər, məhsul və digər gündəlik məsrəflərin altında əzilir. Bir də üstünə qanunsuz tələblər və bürokratik əngəllər gələndə adamın işləməyə həvəsi də, gücü də qalmır.
Axı biz müstəqilliyimizin 35-ci ildönümünə yaxınlaşırıq. Altı ildir ki, dövlət suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunub. Azərbaycan böyük tarixi Zəfər qazanıb. Dünyaya öz gücünü nümayiş etdirib.
Amma təəssüf ki, bəzi problemlər hələ də həyatımızın ayrılmaz hissəsi olaraq qalır: korrupsiya, rüşvət, bürokratiya, sahibkarın incidilməsi, vəzifədən sui-istifadə... Ən ağrılısı isə odur ki, bütün bunlar barədə dəfələrlə danışılıb, xəbərdarlıqlar edilib, tapşırıqlar verilib.
Demək olar, hər bir iş adamının telefonunda Prezident İlham Əliyevin “Sahibkara mane olmaq dövlətə xəyanətdir” fikrinin səsləndiyi video var. Bəziləri həmin ifadəni ofisinin divarına asıb, bəziləri iş masasının qarşısına qoyub. Amma görünən odur ki, bu sözlərin mahiyyətini dərk etməyənlər hələ də kifayət qədərdir.
Çifayda...
Çünki azğın məmur öz bildiyini edir. Sahibkarı dövlətin tərəfdaşı kimi yox, sanki qarşısında dayanmış “günahkar” kimi görür. İş adamının problemini həll etmək əvəzinə ona yeni problem yaradır. Qanunun tələb etdiyi proseduru izah etmək əvəzinə, sahibkarı kabinetdən-kabinetə göndərir. Bəzən isə məsələni elə dolaşdırır ki, sahibkar “kaş bu işə heç başlamazdım” deyə düşünür.
Belə münasibət yalnız bir sahibkarın problemini deyil, bütövlükdə ölkənin iqtisadi inkişafını zədələyir. Çünki sahibkar iş yeri yaradır. Vergi ödəyir. İnsanlara maaş verir. Ailələr dolanır. Küçədə bir dönərxananın, kafeyə çevrilmiş kiçik obyektin, emalatxananın, mağazanın arxasında bir neçə ailənin çörəyi dayanır.
Əslində dövlət sahibkarı düşmən yox, tərəfdaş kimi görür. Amma əksər dövlət qurumu sahibkarın nəfəsini kəsir, qanun adı ilə sahibkara təzyiq göstərir, onu bezdirməkdən ötrü cilddə-cildə girir. Bu, yolverilməzdir.
Bir ölkədə sahibkar daim “görəsən sabah hansı qurum gələcək?” qorxusu ilə yaşayırsa, orada sağlam biznes mühiti yaratmaq mümkün deyil.
Axı biz Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdik. Viran qoyulmuş şəhərləri yenidən qururuq. Dünyaya qalib xalqın, güclü dövlətin və böyük potensiala malik Azərbaycanın olduğunu göstəririk. Bəs ölkənin içindəki kiçik sahibkara niyə rahat nəfəs almağa imkan vermirik? Niyə 20 kvadratmetrlik dönərxananın sahibini rahat buraxmırıq? Niyə vətəndaş dövlət qurumunun qapısını döyəndə probleminin həll ediləcəyinə yox, yeni problemlərlə üzləşəcəyinə ehtiyat edir?
Ən təhlükəlisi də budur: cəzasızlıq hissi. Məmur bilir ki, etdiyi hərəkətə görə ciddi məsuliyyət daşımayacaqsa, sabah daha artığını etməyə cəsarət tapır. Bir müddət sonra bu, sistemə çevrilir. Sistemləşəndə isə cəmiyyətin dövlətə olan inamına zərbə vurur. Bizim qalib Azərbaycanımız buna layiq deyil.
Bu gün ölkəmizin ən böyük sərvətlərindən biri yalnız neft, qaz və təbii resurslar deyil. Ən böyük sərvətlərimizdən biri də öz zəhməti ilə iş quran, risk edən, insanlara çörək verən sahibkardır. O sahibkarı isə qorumaq lazımdır. Onun qarşısına süni maneələr çıxarmaq yox, yolunu açmaq lazımdır. Məmur bilməlidir ki, dövlətin gücü vətəndaşı qorxutmaqda deyil, vətəndaşın yanında olmaqdır.
Prezidentin “Sahibkara mane olmaq dövlətə xəyanətdir” fikri sadəcə divardan asılan poster, telefonda saxlanılan video olmamalıdır. Bu, hər bir məmurun gündəlik fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilməlidir. Çünki sahibkarı yaşatmaq iqtisadiyyatı yaşatmaqdır. İqtisadiyyatı yaşatmaq isə dövləti gücləndirməkdir.
Biz qalib Azərbaycanı cəzasızlıq, rüşvət və bürokratiya bataqlığında boğmaq üçün yox, daha güclü, daha ədalətli və daha firavan gələcək qurmaq üçün qurmuşuq. Günəşli Vətənimizi kimlərinsə azğınlığı ucbatından cəhənnəmə çevirməyə haqqımız yoxdur. Dur deyən mütləq olmalıdır. Və ən əsası, həmin “dur” sözü kağız üzərində yox, real həyatda eşidilməlidir..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
"Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45
Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37
Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33
Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28
Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59
"Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45
"Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru