Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: .....                     Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... .....                     Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı .....                     “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” .....                     Məsuliyyət əvəzinə teatr: .....                     “Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır” .....                     Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib .....                     “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” .....                     Yağış yağacağı gözlənilir .....                     EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub .....                     “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb .....                     Mask Almaniyadakı seçkiyə qarışdı .....                     19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi .....                     Əməkdar artist komaya düşüb .....                     Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi .....                     Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... .....                     İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... .....                     Naxçıvanda idarə rəisi təqaüdə göndərildi .....                     Bakıda tanışını bıçaqlayan gəncə .....                     Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi .....                     Bakı ilə İrəvanın "çip diplomatiyası" .....                     18 yaşlı azərbaycanlı İsveç siyasətində .....                     "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" .....                     Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb .....                     "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı .....                     Yasamalı rəsmən xaraba günə qoyublar... .....                     "Azğın məmur öz bildiyini edir..." .....                     Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... .....                     Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                     “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat .....                     Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ .....                     Anar Bayramovdan yeni təyinat .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər .....                     Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... .....                     Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” .....                     "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" .....                 

19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Tarix: Bu gün, 12:25 | Çap et

Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin keçmiş direktoru Mətanət Rzayeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

Plat.az-ın əldə etdiyi məlumata görə, bu barədə eks-məktəb direktoru Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

İddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi irəli sürüb.

Məlumata görə, Mətanət Rzayeva 2001-ci ildən pedaqoji fəaliyyətlə məşğul olub, 2006-cı ildən 2025-ci ilədək Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.

İş materiallarına əsasən, məktəbdə aparılan monitorinqlər zamanı təlim-tərbiyə prosesi, sənədləşmə, şagird və müəllimlərin davamiyyəti, eləcə də kadr idarəçiliyinin təşkili ilə bağlı bir sıra nöqsanlar müəyyən edilib.

Məktəbdə aparılmış monitorinq zamanı məktəbin direktorunun əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığı qənaətinə gəlinib. Aşkar edilmiş nöqsanlarla əlaqədar 2025-ci ildə müvafiq əmrlə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmrinə əsasən həmin məktəbdə təkrar monitorinq keçirilib. Monitorinq zamanı təlim-tərbiyə prosesi, məktəb sənədlərinin aparılması, şagird və müəllim davamiyyəti, habelə kadr idarəçiliyinin vəziyyəti araşdırılıb.

Monitorinqin nəticələrinə görə Mətanət Rzayevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib.

O, isə işdən çıxarılmasını qanunsuz və əsassız hesab edib.

Mətanət Rzayeva məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunmasını, əvvəlki vəzifəsinə – Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə bərpa edilməsini istəyib. Bundan əlavə, işə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əməkhaqqının, mediasiya sessiyasına görə ödədiyi 60 manatın və hüquqi yardım üçün ödədiyi 300 manatın cavabdehdən tutulmasını tələb edib.

İddiaçı bildirib ki, sözügedən məktəbdə direktor vəzifəsində çalışdığı dövrdə heç bir qanun pozuntusuna yol verməyib və əvvəllər barəsində intizam tənbehi tətbiq edilməyib.

Mətanət Rzayeva hesab edib ki, 2025-ci ilin aprelindən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona qarşı qərəzli münasibət formalaşıb.

Onun iddiasına görə, Regional Təhsil İdarəsinin rəhbərliyinin nümayəndələri onu idarəyə dəvət edərək könüllü ərizə yazıb işdən çıxmasını təklif edib, əks halda məktəbdə monitorinq aparılacağını və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyini bildiriblər. Mətanət Rzayeva bu təkliflə razılaşmadığını və pensiya yaşına 1 il 6 ay qaldığını iddia edib. Bundan sonra məktəbdə iki günlük monitorinq aparıldığını deyən iddiaçı, nəticədə ona verilmiş intizam tənbehinin də qanunsuz olduğunu irəli sürüb.

O, həmçinin işdən azad edilməsindən sonra iştirakı olmadan direktor otağının qıfılının dəyişdirildiyini və bununla bağlı Gəncə şəhər Prokurorluğuna müraciət etdiyini bildirib.

Cavabdeh tərəf isə iddianı qəbul etməyib. Etiraz ərizəsində bildirilib ki, monitorinq nəticəsində məktəb direktorunun əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirmədiyi müəyyən olunub.

Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə keçmiş məktəb direktorunun iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyib.

Bundan sonra Mətanət Rzayeva və kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi, bu mümkün olmadığı halda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş olunub.

Ali Məhkəmə kassasiya şikayətini araşdıraraq onu təmin etməyib.

Bununla da məktəb direktorunun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əməkhaqqının və digər xərclərin ödənilməsi barədə tələbləri təmin edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçinin öz əmək funksiyalarını, müqavilə öhdəliklərini yerinə yetirmədiyi və ya əmək vəzifələrini kobud şəkildə pozduğu hallarda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi (xitam verilməsi) əsasını bildirir. İşdən çıxarılmanın bu əsasla həyata keçirilməsi işçinin gələcəkdə yeni iş tapmasına və ya işlə təmin olunmasına mənfi təsir göstərə bilən, hüquqi baxımdan ən ağır və məsuliyyətli maddələrdən biri hesab olunur









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
“Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25
Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
"Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru