
Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) yeni təyinat olub.
Banker.az xəbər verir ki, Tea Melikadze EBRD-nin İnfrastruktur üzrə Qafqaz regional rəhbəri təyin edilib. O sentyabr ayından yeni vəzifəsinin icrasına başlayıb.
Tea Melikadze bundan əvvəl EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunda direktor müavini və baş bankir kimi fəaliyyət göstərib. Tea Melikadzenin infrastruktur və enerji sektorlarında 15 ildən artıq iş təcrübəsi var. O, EBRD-də Qafqaz regionunda nəqliyyat, su və tullantı sularının idarə edilməsi, eləcə də tullantıların idarə olunması sahələrində layihələrin hazırlanması və portfelin idarə edilməsinə cavabdeh olub. Tea Melikadze, həmçinin EBRD-nin “Yaşıl şəhərlər” proqramının yaradılmasında iştirak edən mütəxəssislərdən biridir.
Qeyd edək ki, EBRD-nin Qafqaz regionu üzrə rəhbəri isə Alkis Drakinosdur
























