
Fövqəladə Hallar Nazirliyi “Grand-Mart” MMC barəsində protokol tərtib edib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna şirkətin Bərdədə fəaliyyət göstərən “Bolmart” mağazalar şəbəkəsində yanğın təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib olunan protokola Bərdə Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərini pozan “Grand-Mart” MMC müvafiq qaydada cərimə olunub.
Qeyd edək ki, “Grand-Mart” MMC-yə “Megastore”, “Bolmart”, “Grandmart” və “Baqqal” mağazalar şəbəkəsi daxildir. Bu şəbəkələrin hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus olduğu bildirilir.
























