Bu ilin ilk 6 ayında Azərbaycana ümumilikdə 18 milyon 393,19 min cüt ayaqqabı idxal edilib.
Yeniavaz.com xəbər verir ki, təqdim olunan gömrük məlumatlarına əsasən, ayaqqabıların ümumi gömrük dəyəri 64 milyon 643,18 min ABŞ dolları təşkil edib.
Beləliklə, idxal olunan bir cüt ayaqqabının orta gömrük dəyəri 3,51 dollar olub.
Ən çox gətirilən ayaqqabı növü altlıqlı və üstü rezin olan, topuğu örtən ayaqqabılar olub. Bu növdən 5 milyon 909,25 min cüt idxal edilib və buna 15 milyon 304,2 min dollar ödənilib. Bir cütün orta gömrük dəyəri isə 2,59 dollar təşkil edib.
İkinci yerdə altlığı rezin və ya plastmasdan, üstü tekstil materiallarından olan ayaqqabılar qərarlaşıb. Bu növdən 3 milyon 994,24 min cüt gətirilib. İdxalın dəyəri 13 milyon 404,56 min dollar, bir cütün orta gömrük dəyəri isə 3,36 dollar olub.
Üçüncü yerdə altlığı rezin və ya plastmasdan, üstü tekstil materiallarından olan idman ayaqqabıları dayanıb. Azərbaycana 3 milyon 500,46 min cüt belə ayaqqabı gətirilib. Onların gömrük dəyəri 16 milyon 835,06 min dollar, bir cütün orta dəyəri isə 4,81 dollar olub.
Bu ilin ilk 6 ayında Azərbaycana idxal edilən ayaqqabı növləri və bir ədədinin orta gömrük dəyəri aşağıdakı kimi olub:
Altlıqlı və üstü rezin olan, topuğu örtən ayaqqabılar – 5 909,25 min cüt (1 cütün orta gömrük dəyəri 2,59 dollar)
Altlığı rezin və ya plastmasdan, üstü tekstil materiallarından olan ayaqqabılar – 3 994,24 min cüt (3,36 dollar)
Altlığı rezin və ya plastmasdan, üstü tekstil materiallarından olan idman ayaqqabıları – 3 500,46 min cüt (4,81 dollar)
Üstü toxuculuq materiallarından olan ayaqqabılar – 1 586,41 min cüt (0,71 dollar)
Altlıqlı və üstü rezin olan digər idman ayaqqabıları – 858,31 min cüt (2,69 dollar)
Taxta altlıqlı və ya platformalı, daxili içliksiz, üzərində bir və ya bir neçə deşik olan digər ayaqqabılar – 697,38 min cüt (10,78 dollar)
Altlığı digər materiallardan olan sair ayaqqabılar – 481,11 min cüt (2,30 dollar)
Üstü dəri materialdan olan idman ayaqqabıları – 407,29 min cüt (4,65 dollar)
Altlığı təbii dəridən, üstü toxuculuq materiallarından olan ayaqqabılar – 291,82 min cüt (3,23 dollar)
Sukeçirməyən altlıqlı, rezin və ya plastmas üstlüklü ayaqqabılar – 202,86 min cüt (1,45 dollar)
Onu da bildirək ki, bu ilin ilk yarısında Azərbaycanda 586,2 min cüt ayaqqabı istehsal olunub.
























