"2 nömrəli marşrut xətti illərdi çox pis işləyir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Gec gec gəlir....15...20 dəqiqə intervalla... Belə olarmı... şəhəriçi, həm də çox zəruri və əhalinin sıx istifadə etdiyi marşrut xəttində?
İnsanlar üst-üstə minməyə məcburdu avtobusa, çünki işə gecikmək mütləq hal olur....
İşə gecikəndəki cəriməni marşrut xətti rəhbəri ödəyəcəkmi?
Ya o iş yerindəki töhməti necə?
Ləğv edəcəkmi?
Belə xidmət olmaz ki....
İntervalı azaldın....insanlar da insan kimi marsrutdan istifadə etsin
Necə ki, 79, 65, 21 saylı marşrutlar kimi
Olmazmı?
Olar, məncə ....istəsəniz əgər...
Ancaq vicdan lazımdı....ya da ən pik vaxtda cəmi bir dəfə həmin 2 nömrəli marşrutdan istifadə etmək..."








