Müğənnilər toy qiymətlərində endirim edəcəkmi? - BÖHRAN
Tarix: 18-01-2016, 08:53 | Çap et
 Ölkədə yaşanan iqtisadi böhran bütün sahələrə olduğu kimi toy biznesinə də ciddi təsir göstərməkdədir. Ən nüfuzlu şadlıq evləri və restoranlar belə müştəri azlığından şikayətlənir, çox az sayda toy sifarişləri aldıqlarını bildirirlər.
Şadlıq evləri boş qaldığı kimi qazancları daha çox toylardan çıxan şou-biznes nümayəndələri də toysuz qalıb. Bəs görəsən sənətçilər vəziyyəti bir qədər yumşaltmaq üçün toy qiymətlərində endirim edəcəkmi?
Müğənni Manaf Ağayev artıq endirimlər etdiyini dedi: “Bundan öncə də dəfələrlə bildirmişəm ki, mən qiymət söhbəti etmirəm. Baxır toyu kim və harda keçirir. Elə adam var ki, onun imkanı yoxdur, onu öldürmək lazım deyil ki. Nəyə gücü çatır onu da verir”. Müğənni yanvar ayında cəmi 3-4 toy sifarişi aldığını bildirib.
Müğənni Təranə Qumral isə sualımıza “Əgər toy yoxdursa nəyə endirim edək” sualı ilə cavab verdi: “Bilirsiz ki, bu an Azərbaycanda böhran vəziyyəti yaşanır. Buna görə də heç toy edən yoxdur. Bir toy olsun ki, endirimlər də edək. Qızıl bahalaşıb, heç kəs oğluna toy edə bilmir, cehiz bahalaşıb heç kəs qızına cehiz verə bilmir. Yanvar ayında ümumiyyətlə, toy sifarişi almamışıq. Fikrimcə, fevralda yəqin ki, vəziyyət yaxşı olar”.
Bəstəkar-müğənni Cabbar Musayev toyların olmadığını, olan qalan toyların isə geri qaytarıldığını deyib: “Bu böhranı təkcə musiqiçilər deyil, bütün xalq yaşayır. Xalq o qədər çaş-baş qalıb ki, yanvar-fevral aylarında olan toyların hamısını geri qaytarıblar. Beləliklə sifariş edilən toyların cəmi 5-10 faizi qalıb. Çünki heç kim bilmir toy edib nə qədər xərc çəkəcək, restoranda hansı qiymətlər olacaq, bilmirlər ki, ümumiyyətlə adam gələcək, ya gəlmiyəcək. Bu vəziyyət stabilləşməsə, nə xalq toy edəcək, nə də musiqiçilər toy tapacaq”.
Cabbar Musayev əvvəlki toy qiymətinə nisbətən endirim etdiyini deyib: “Hər zaman xalqın büdəcəsinə uyğun hərəkət etmişik. Qiymətlərdə əvvəlkinə nisbətən aşağı düşmüşük. Amma hazırda toy yoxdur. Ancaq manat 2-3 manatadək devalvasiya edərsə, artıq əvvəlki qiymətə də gedə bilməyəcəyik. Ümid edirik ki, mart ayında vəziyyət stabilləşəcək. Vəziyyət niyə belə oldu, bu hansısa siyasət küləyidir, ya başqa şeydir, bilmirəm”.
Tanınmış xanəndə Elnarə Abdullayeva isə ölkədə böhran yaşandığından xəbərsiz olduğunu deyib: “Ölkədə, dünyada nə baş verirsə xəbərim yoxdur. Devalvasiyanın isə nə demək olduğunu bilmirəm. Biz çətinliyə öyrəşən adamıq. Mənim üçün nə fərqi var, az oldu, ya çox oldu. Az olanda qaloş geyinəcəm, çox olanda yaxşı ayaqqabı geyinəcəm. Mənim şüarım belədir. Ölkədə nə gedir, nə getmir bilmirəm, əsas odur ki, can sağlığı olsun”. Müğənni toy sifarişlərindən də razılıq edib: “Allah camaatımıza dəyməsin, bu ay toy sifarişlərim olub”.
Müğənni Nazənin isə hazırda xaricdə olduğunu, buna görə suala cavab verə bilmədiyini deyib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04 |
|
|
|
| • Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30 |
|
|
|
| • 26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28 |
|
|
|
| • Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27 |
|
|
|
| • MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18 |
|
|
|
| • Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14 |
|
|
|
| • Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09 |
|
|
|
| • Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59 |
|
|
|
| • Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52 |
|
|
|
| • Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49 |
|
|
|
| • “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27 |
|
|
|
| • “AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24 |
|
|
|
| • Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16 |
|
|
|
| • Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12 |
|
|
|
| • “Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08 |
|
|
|
| • Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59 |
|
|
|
| • Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53 |
|
|
|
| • Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50 |
|
|
|
| • İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44 |
|
|
|
| • Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03 |
|
|
|
| • Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00 |
|
|
|
| • Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58 |
|
|
|
| • Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50 |
|
|
|
| • Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45 |
|
|
|
| • Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35 |
|
|
|
| • “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11 |
|
|
|
| • Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07 |
|
|
|
| • Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04 |
|
|
|
| • Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02 |
|
|
|
| • Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56 |
|
|
|
| • Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45 |
|
|
|
| • BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40 |
|
|
|
| • Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Dünən, 12:36 |
|
|
|
| • Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Dünən, 12:28 |
|
|
|
| • Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Dünən, 12:27 |
|
|
|
| • “Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Dünən, 12:23 |
|
|
|
| • Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: - “Tarixdə mənim kimi sənətkar olmayıb”
Dünən, 12:21 |
|
|
|
| • “Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir
Dünən, 12:19 |
|
|
|
| • Bir müharibə cinayətkarı digərini təbrik etdi: - Kremlin əsirlər klubu...
Dünən, 12:14 |
|
|
|
| • Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
Dünən, 12:10 |
|
|
|
| • Ermənistan artıq Rusiya bazasını istədiyi vaxt çıxarmaq imkanına malikdir - Daniel İoannisyan
Dünən, 12:01 |
|
|
|
| • “Gənclik”də nə tikildiyini AYNA da bilmir - Foto
Dünən, 11:58 |
|
|
|
| • Ukrayna Permdə hərbi zavoda dronlarla zərbə endirib - ASTRA
Dünən, 11:55 |
|
|
|
| • Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır… - İLGİNC
Dünən, 11:52 |
|
|
|
| • Vüsal Nəsirli bu xanıma yüksək vəzifə verdi - ƏMR
Dünən, 11:47 |
|
|
|
| • Xalq artistinin qızı dələduzluqla üzləşib - TƏFƏRRÜAT
Dünən, 11:38 |
|
|
|
| • "Renaissance Travel"dən ŞİKAYƏT - polis araşdırmalara başladı
Dünən, 11:32 |
|
|
|
| • Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı
Dünən, 11:31 |
|
|
|
| • Daha üç vəzifəliyə hökm oxundu: Biri Mikayılovun uşaqlıq dostudur - TƏFƏRRÜAT
Dünən, 11:29 |
|
|
|
|