Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                     Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... .....                     Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb .....                     İçib gömrük qapısına uzanan iranlı həbs edildi .....                     Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir .....                     Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə .....                     Sülhün açarı İrəvanda: .....                     Xaricdə qızı boğub öldürən azərbaycanlılara .....                     Əməkdar artistə vəzifə verildi .....                     Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN .....                     “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var” .....                     Yasamalda qanunsuz tikinti narazılıq yaratdı .....                     Rusiya və Ermənistan arasında yük daşımaları artdı .....                     Ət niyə bahalaşır? .....                     Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? .....                     Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi .....                     Şimal-şərq küləyi əsəcək .....                     BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? .....                     Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır .....                     Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir .....                     Aygünlə Namiqdən yeni duet və klip: .....                     “Əlvida, Ermənistan?” .....                     Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: .....                     “Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir .....                     Bir müharibə cinayətkarı digərini təbrik etdi: .....                 

“Həyatımı uşaqlara həsr etmişəm”
Tarix: 11-01-2016, 09:02 | Çap et
“Həyatımı uşaqlara həsr etmişəm”
Səhnədə olmaq, uşaqları əyləndirmək, onların daxili dünyalarına baş vurmaq o qədər də asan məsələ deyil, hər nə qədər kənardan asan görünsə də. Və bunu nəinki iş prosesində, həm ailədə, həm efirdə, həm də səhnədə etmək çətindir. Ötən gün Abdulla Şaiq adına Kukla Teatrının qonağı olduq. Teatrda uşaqların Yeni ili üçün hazırlanmış “Oyaq gözəl” tamaşasını izlədik. Tamaşada Gözəl obrazını yaradan, teatrın gözəl akstrisası Elnarə Hacıyeva qəzetimizin bu dəfəki “Debüt” rubrikasının qonağı oldu.

Elnarə 1990-cı ildə Füzuli rayonunda dünyaya gəlib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram-kino aktyorluğu” fakultəsini, Vaqif İbrahimoğlunun kursunu bitirib. Siz onu “Mən böyümüşəm” (Space), “Hazırcavablar” (AZTV) verilişlərindən daha yaxşı tanıyırsınız.

Elnarə bizimlə söhbətində aktryorluq sənətinə necə yiyələnməyindən danışdı. O, deyir ki, aktrisa olmaq üçün bəxt özü onun ayağına gəlib. Belə ki, Kukla Teatrına rəfiqəsi ilə görüşməyə gedən Elnarə teatrın baş inzibatçısı Səidə Haqverdiyeva ilə rastlaşır və o, Elnarədən kim olmaq istədiyini soruşur. Aparıcı olmaq istədiyini deyən Elnarə çox çəkmir ki, özünü “Space” televiziyasında uşaq verilişinin aparıcısı kimi görür. İşləmək üçün “Space” televizyasına sənədlərini aparan Elnarənin ilk gündən efir həyatı başlayır. Çox keçmir ki, o, teatrda da çalışmağa başlayır.

Müsahibimiz hazırda Azərbaycan televiziyasında “Hazırcavablar” verilişinin aparıcısıdır.

- Elnarə xanım, Universiteti bitirdikdən sonra qarşınızda sanki böyük bir qapı açıldı.

- Bəli. Universiteti bitirdikdən sonra “Space” telekanalında işləməyə başladım. Ümumiyyətlə, təhsil aldığım İncəsənət Universitetində çox şey öyrəndim. Tələbəlik illərimdə müxtəlif sənət adamlarından dərs aldım. Ancaq əsas öyrəndiklərimə görə, müəllimim Vaqif İbrahimoğluya borcluyam. O ki qaldı Universitetdən sonrakı fəaliyyətimə, nə yaxşı ki, Kukla Teatrına gəldim və nə yaxşı ki, Səidə Haqverdiyeva ilə qarşılaşdım. Bu sənətə gəlməyimdə onun böyük rolu olub. Belə ki, universiteti bitirdiyim ilin may ayında teatrın baş inzibatçısı Səidə xanımla tanış oldum, onun sayəsində uşaq verilişində aparıcı olaraq çıxış etdim. İndiyədək aktrisa kimi nəyə nail olmuşamsa, hamısı Səidə xanımın sayəsində olub. O, hər zaman mənim dəstəkçimdir.

- Demək olar ki, teatrda da, efirdə də uşaqlarla işləyirsiniz. Uşaqlarla işləmək çətin deyilmi?

- Demək olar ki, həyatımı uşaqlara həsr etmişəm. Uşaqlarla işləmək mənim üçün o qədər də çətin deyil. Düzdür, çətin tərəfləri də var. Bu çətinliyi televiziyada daha çox görürəm. Teatr canlı sənət növüdür. Orada öz obrazından çıxa bilmirsən. Ancaq televiziyanın yazılmamış qanunları var. Belə ki, biz uşaqlarla ünsiyyətdə olmalı, danışmalıyıq. İstənilən vəziyyəti idarə etməyi bacarmalıyıq.

- Həyat yoldaşınız sənətinizlə bağlı nə düşünür?

- Mənim efirdə olmağıma heç bir etirazı yoxdur. Çünki onun özü də televiziyada çalışır. Biz eyni kanalda çalışırıq. Ona görə də heç bir çətinliyimiz yoxdur.

- Başqa teatrlarda işləmək üçün təkliflər varmı?

- Başqa teatrlara getməyi düşünmürəm. Kukla Teatrı mənim ikinci evimdir. Bura mənə çox doğmadır. Səidə xanım burada yanımdadır, mənə dəstəkdir. Mənim bacım yoxdur, ancaq elə bilirəm ki, o, böyük bacımdır. Onun əziyyətini heç vaxt itirmərəm.

- Nədənsə sizi seriallarda görmürük.

- Əslində seriallara çəkilməkdən daha çox filmə çəkilmək istəyərəm. Özümü tamamilə fərqli bir obrazda görürəm. Hər zaman uşaqlarla işlədiyimdən, uşaq kimi olmuşam. İstəyirəm ki, ciddi bir rol canlandırım. Serial elədir ki, onunla bizim işimiz uyğun gəlmir. Serialın vaxtı ilə bizim məşqlərimiz üst-üstə düşmür.

- Niyə məhz uşaqlarla bağlı verilişlər aparırsınız?

- Mən doğrudan da uşaqları çox sevirəm. Onlarla işləməkdən yorulmuram. “Space” kanalında təsadüfən uşaq verilişində aparıcı oldum və işlədikcə gördüm ki, belə veriliş mənə, xasiyyətimə çox uyğundur. Vaqif müəllim bizə dərs keçərkən Rasim Aşın uşaq psixologiyası kursundan yararlandım. Vaqif müəllimi tez-tez xatırlayıram. Bizim nəsil aktrisaların bünövrəsini məhz həmin rejissor qoydu. Nə öyrənmişəmsə, ondan öyrənmişəm. Tez-tez onun sözləri yadıma düşür.

- Hazırda hansı tamaşalar üzərində çalışırsınız?

- Hazırda “Oyaq gözəl” tamaşasında Gözəl obrazını canlandırıram. “Pinokionun sərgüzəştləri” tamaşasında Pəri obrazı da maraqlı rollarımdandır. Bunlardan əlavə, teatrda yeni tamaşa hazırlanır. Orada da çox maraqlı bir obrazm var. Yaxın zamanlarda tamaşanı izləyicilərə təqdim edəcəyik.

- Elnarə xanım, Kukla Teatrının aktrisası olmaq çətindirmi?

- O qədər də yox. Çünki işimi sevirəm. Digər teatrlardan fərqli olaraq, biz burada həm obraza girməli, həm də kuklaları oynatmalıyıq. Bu baxımdan, Kukla Teatrında işləmək bir qədər çətindir. Bir obrazı canlandırmaq üçün aylarla məşq edirik. Həm vaxt, həm də can gedir. Ancaq istənilən halda, mən öz halımdan məmnunam.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07
Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04
Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02
Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45
BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40
Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Dünən, 12:36
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Dünən, 12:28
Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Dünən, 12:27
“Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Dünən, 12:23
Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: - “Tarixdə mənim kimi sənətkar olmayıb”
Dünən, 12:21
“Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir
Dünən, 12:19
Bir müharibə cinayətkarı digərini təbrik etdi: - Kremlin əsirlər klubu...
Dünən, 12:14
Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
Dünən, 12:10
Ermənistan artıq Rusiya bazasını istədiyi vaxt çıxarmaq imkanına malikdir - Daniel İoannisyan
Dünən, 12:01
“Gənclik”də nə tikildiyini AYNA da bilmir - Foto
Dünən, 11:58
Ukrayna Permdə hərbi zavoda dronlarla zərbə endirib - ASTRA
Dünən, 11:55
Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır… - İLGİNC
Dünən, 11:52
Vüsal Nəsirli bu xanıma yüksək vəzifə verdi - ƏMR
Dünən, 11:47
Xalq artistinin qızı dələduzluqla üzləşib - TƏFƏRRÜAT
Dünən, 11:38
"Renaissance Travel"dən ŞİKAYƏT - polis araşdırmalara başladı
Dünən, 11:32
Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı
Dünən, 11:31
Daha üç vəzifəliyə hökm oxundu: Biri Mikayılovun uşaqlıq dostudur - TƏFƏRRÜAT
Dünən, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru