Baxdım İTV və AzTv sədrlərinin çıxışına. Auditoriyaya çox güman ki, tələbələri yığıblar. Üzlərində daş ifadə, eyni geyim. Türkmənistanı xatırlatdı. Mənzərəni görən kimi saxladım. Deməli, polemika olmayacaqdı. Polemika olmayacaqdısa, bu gənclər dekorasiya kimi ora yığılıb? Adi studiyada söhbət apara bilməzdilərmi?
Bir ciddi sima yox, heç iqtidar yönlü jurnalist də yox idi. Et bunu mətbuat konfransı da. Layihənin adı da Media ilə bağlıdır axı. Media masası. Kimlərlə?
Bəlkə də öyrədilmiş suallarla polemika fason nəsə də olub. Çünki o fərəqət komandasından sərbəst sual çıxana oxşamır.
Və daha dürr tökəcədilərsə belə, heç nəyi, heç kimi dinləmədim. Bağladım.
Bizim işimiz Allaha qalıb. Bir onu bilirəm!
Müəllif: İradə İsaq - Mənbə: "DİA-AZ"
Qeyd: Yazılarımızı rahatlıqla oğurlaya bilərsiniz... Zatən şərəfsizlik bir vərdişdir...






