"Jim Carrey illərlə açıq deyirdi ki, Hollywood-dan yorulub. Şöhrət, media, rol oyunu, sənaye təzyiqi onu bezdirib. “I have enough. I’ve done enough. I am enough” yəni : “mən bu oyundan yoruldum”..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Sistemə qarşı açıq danışdığına görə
onun müsahibələri çoxuna “qəribə” gəlirdi, çünki Hollywood-da çox adam açıq danışmır, danışa bilmir.
Jim isə: şöhrətin illüziya olduğunu, Hollywood-un saxta olduğunu, insanların maska taxdığını, sənayenin çox süni işlədiyini açıq şəkildə deyirdi.
Bu da sistem üçün “narahat adam” obrazı yaradırdı. (Mən də bizim camiyədə “narahat adam” obrazındayam) Jim artıq Hollywood-un rahat adamı deyildi bu səbəbdən onun ictimai obrazını dəyişib daha qaranlıq, daha fəlsəfi, daha siyasi, daha spiritual, problemli bir fiqura çevrdilər.
Jim Carrey haqqında bir video gördüm, özümün də rahat adam olmadığım yadıma düşdü. Vallah, elə mənim də haqqımda o qədər uydurma, həqiqəti əks etdirməyən şayiələr danışırlar ki, məqsəd isə ictimai obrazımı dəyişib hörmətdən salmaqdır. Dünya ulduzlarının başına gələnləri görəndə özümə şükür edirəm.
Bilsəm ki, sabah öləcəyəm, bu gün bir video çəkib bütün həqiqətləri cəmiyyətimizin üzünə çılpaqlığı ilə demək istəyərdim. Bunu etmədən ölmək istəmərəm..."









