Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi .....                     "Xadimə və satıcı eyni adamdır" .....                     Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR .....                     Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                     Putinlə görüşdə bunları müzakirə edəcəyik .....                     Qarşıdurmadan dialoqa: .....                     “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb .....                     İRİA-nın şöbə müdiri işdən çıxdı .....                     Bu qurumda yeni təyinatlar oldu .....                     "Məni ad gününə, toylarınıza da çağırmayın" .....                     İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı .....                     AZPROMO sığortaçı seçib .....                     İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb .....                     Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış .....                     Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb .....                     Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi .....                     “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” .....                     Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın .....                     İlham Əliyev Putinlə söhbətləşdi .....                     İran bu tarixdə BOMBARDMAN ediləcək .....                     "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" .....                     Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                 

Bizi qarşıda əla xəbərlər gözləyir... - “Məşhur aparıcı itinin bərbərindən narazı qaldı”
Tarix: 23-09-2024, 09:05 | Çap et
Bizi qarşıda əla xəbərlər gözləyir...
Ötən həftə dünyada və ölkəmizdə baş verən üç mühüm hadisədən biri Livanda peycerlərin partlaması idisə, biri də şairə Nazilə Səfərlinin Novxanıdakı bağ evini siçanların basması idi.

Üçüncü mühüm xəbərə namizədlər çoxdur, seçmək olmur.

Birinci xəbər dünya miqyaslı idi, o barədə Toqo mediası da yazmışdı. İkinci xəbəri isə bizdən tutmuş bizəcən öz ölkəmizin bütün mediası yazıb.

Gerçəkdən də dəhşətli hadisədir. Medianın siçanların faciəsinə belə diqqət yetirməsi təsadüfi deyil.

Nazilə xanım mediatik insandır, hər gün uçan-qaçan, başına gələn hər şeyə münasibət bildirir və jurnalistlər də onun bildirişlərindən xəbər düzəldir. Təkcə bizim virtual arxivimizdə onun şəkli ilə müşayiət olunan 30-da artıq xəbər var.

Siçan pəstəhası isə sıradan bir şey deyil, unikal hadisədir. Hətta videosu da var. Şairəmizin versiyasına görə, siçanlar bir-birini parçalıyıblar, sürüyüblər...

Heç demə, hadisədən öncə şairə xanım siçanlara xəbərdarlıq edibmiş ki, ona dəyib-dolaşmasınlar, axırları pis olacaq. Ona görə də belə olub.

İndi medianın yeni trendlərindən, jurnalizmin təzə istiqamətlərindən başı çıxmayan “sovetdənqalma əmilər” deyirlər ki, gör, ölkə jurnalistikası nə günlərə qaldı, bir şairənin evində ölmüş siçanlardan yazır.

Burada yazı hədəfi ölən siçanlar deyil. Ona qalsa, hər gün yüz minlərlə evdə milyonlarla siçan aşkarlanır və onların bir xeylisi lokal anti-siçan əməliyyatları ilə zərərsizləşdirilir. Amma bu hadisəlrin heç biri mediaya çıxmır.

Fəqət o siçan tanınmış adamın evində tapılırsa, bu, artıq hadisədir.

Ümumiyyətlə, tanınmış adamların başına gələn işlərin hamısı mühüm hadisədir: ərə gedirlər, xəbərdir, boşanırlar – xəbərdir, sponsor tapırlar – yeni xəbər, doğurlar – xəbər, doğmurlar – xəbər. Xalq bunların hamısını bilməlidir. Məsələn, Xatirə İslamın yeni aldığı maşının kapotu cızılıbsa, bu da mütləq saytlarda xəbər olmalıdır. Aygün Kazımova yeni şəkil çəkdiribsə, mütləq müzakirə olunmalıdır və nyu-media jurnalistlri bundan yazmalıdırlar. Roza Zərgərlinin istənilən açıqlaması, Elza Seyidcahanın yeni şeirləri, Rəqsanənin toyda kiminləsə soyuq görüşməsi, Qumralın hansısa sözü – hamısı xəbərdir.

Düzdür, onların heç biri Nazilənin evindəki hannibalizmə yoluxmiş və bir-birini parçalamış siçanların faciəsi qədər aktual xəbər deyil, amma oxucuları var. Araşdırsaq, məlum olacaq ki, bunlar peycerlərin partlaması xəbərindən daha çox oxunub.

Xalqımız sənətə və sənətçilərə dair xəbərlərə çox həssasdır. Düzdür, opera teatrında hansısa əsərin tamaşa qoyulduğu barədə xəbəri ən çoxu 30-35 adam oxuyar, ya oxumaz, amma səhnədə büdrəyib yıxılan və mini ətək geydiyi üçün naqolay vəziyyətə düşən gənc müğənninin başına gələn hadisəyə dair xəbəri minimum 3500 adam oxuyacaq. Hələ videosu varsa, videonun baxış sayı yüz mini keçəcək.

“Sovetdənqalma əmilər” isə belə xəbərləri bəyənmirlər, deyirlər, bunun nə ictimai-siyasi əhəmiyyəti var, şairənin evində iki yox, iyirmi siçanın ölməsindən ictimaiyyət xəbər tutsa nə olacaq, tutmasa, nə olacaq. Yenə bir mütəxəssis çıxıb siçanlarla yeni və effektiv mübarizə üsulundan danışsaydı, daha faydalı olardı.

Əmilərə qalsa, heç bürc xəbərlərini də bəyənmirlər. O gün biri mənə yazıb: “Yazırlar ki, 3 bürcün həyatında eşq macəraları dövrü başlayır. Mənim də bürcümün adı çəkilir, özümün də yaşım 70-dir. Yəni “yaş yetmiş, eşq bitmiş” mərhələsidir. Mən yaşda o bürcdən olan on minlərlə adam var ölkədə. İndi onların hamısı təzədən eşqə düşəcək? Heç olmasa, yaş senzi qoyun, yazın ki, bu, 20-27 yaş arasında subaylara aiddir”.

Bir tərəfə baxanda ağsaqqal düz deyir, amma dərhal da kimsə deyəcək, yaşın nə fərqi var ki. Hələ ailəli ola-ola eşqə düşənlər də məsələnin qoyuluşundan narazı qalacaqlar.

Durum belədir. Bizi qarşıda əla xəbərlər gözləyir: “Tanınmış müğənni mətbəxindəki taxtibitiləri zərərsizləşdirdi”; “Məşhur aparıcı itinin bərbərindən narazı qaldı”; “Gənc aktrisanın dırnaqları bəyənilmədi”; “Filankəs dəniz kənarıda çəkdirdiyi şəkilləri paylaşdı”; “Bəhmənkəsin biabırçı videosu yayıldı” və sair və ilaxır.

Bunlar çox aktual xəbərlərdir. Xalq bunları müzakirə etməlidir. Yerdə qalan məsələlər boş şeylərdir.

P.S. Bilməyənlər üçün: yazıdakı “hannibalizm” termini öz növünü məhv etməyi, yəni qardaş qırğınını nəzərdə tutur.

Samir SARI - Musavat.Com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 16:33
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Bu gün, 16:24
Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Bu gün, 16:15
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 16:08
Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Bu gün, 16:04
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Bu gün, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Bu gün, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Bu gün, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Bu gün, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Bu gün, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Bu gün, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Bu gün, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37
AZPROMO sığortaçı seçib
Bu gün, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru