Müğənni Mətanət Əsədova Əməkdar artist Vasif Məhərrəmlinin doğum günündə ona aldığı hədiyyəni açıqlayıb.
Qaynarinfo xəbər verir ki, müğənni həmkarının ona geyim hədiyyə etdiyini bildirib:
“Mənə geyim alıb. Vasifdən hədiyyə gözləmirəm. Amma o, adına, öz şəxsiyyətinə uyğun addım atan dostumuzdur”.
“Vasif Məhərrəmli sizə nə hədiyyə etdi” sualına müğənni belə cavab verib:
“Onun mənə aldığı hədiyyəni deməyə utanıram”.
Mətanət Əsədovanın həmkarının hədiyyəsi ilə bağlı bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.







